Cümə günü, 09 oktyabr 2026
     

Ermənilər işğal etdikləri ərazilərimizdə tarixi abidələrimizin memarlıq quruluşunu dəyişməklə yeni cinayətə əl atırlar… - FOTO

Image


“… Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər”
“Bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur”

 

Erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində ermənilər dünyada analoqu olmayan saxtakarlıqlara əl atırlar. Uzun illərdir erməni işğalında olan Dağlıq Qarabağda və ətraf rayonlarda mövcud tarix-mədəniyyət abidələrimizə qarşı ermənilər kütləvi təcavüz həyata keçirirlər. Bir vaxtlar ermənilər alban-xristian mədəniyyətinin örnəkləri olan abidələrimizin üst yazılarını silməklə və onu “qədim erməni yazısı” ilə əvəz etməklə saxtakarlıq edirdilərsə, bu gün artıq onlar bu istiqamətdə daha çirkin siyasət həyata keçirirlər.

Təəssüf ki, bu gün ermənilər tərəfindən Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir.  

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini  Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bu sahədə vəziyyətin olduqca acınacaqlı olduğunu bildirdi. F.İsmayılovun sözlərinə görə, ermənilər işğal altında saxladıqları Azərbaycan torpaqlarında bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı dəhşətli cinayətlər törədirlər.

“Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri, Qarabağ da daxil olmaqla, Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib. Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub.

Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Təsadüfi deyil ki, əsrlərlə dinc yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur” -deyə bildirən F.İsmayılovun sözlərinə görə, Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə Rusiyanın görkəmli Qafqazşünas tarixçi-alimi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Mütəxəssis vurğulayır ki, Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. “Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki dövr alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin onlara məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu, forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir.

Təqribən minillik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlayıb. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər, xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdirirlər” - deyə qeyd edən F.İsmayılov vurğuladı ki, abidələrin mənimsənilməsi zamanı ermənilər bəzən abidənin bütün divarlarını yenidən tikir, genişləndirir və  hündürləşdirirlər ki, bu da abidənin mövcud vəziyyətdə təmir edilməsi “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Buna misal olaraq Xocavənd rayonunun Dağyurd kəndindəki abidəni misal göstərmək olar: “Dağyurd Xocalı rayonunun ərazi vahidinə aid kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olub. XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlandırmışlar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim “dağda salınmış yurd” yeri mənasını verir. Kənd 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Kənddə yerləşən bu abidənin XIX  əsrə aid olduğu güman edilir. Abidənin ümumi görünüşündə və tikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet imperiyası dövründə anbar kimi istifadə edilib. 

Lakin bu abidənin görünüşü erməniləri qane etmədiyindən, onun formasını dəyişmək qərarına gəldilər. Beləliklə, onlar abidənin ümumi görünüşünü dəyişdirdilər.

Təmirdən sonra abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə bağlandı. Hələ, üstəlik, binanın üzərinə zəng qülləsi də əlavə edildi.

Dağyurd kəndində  Qafqaz Albaniyası dövrünə aid olan daha bir XII-XIII əsr abidəsi erməni vandalizminin qurbanı olub. Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən hədəf kimi istifadə edilib, ağır artilleriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılıb. Ermənilər bu cinayətlərini gizlətmək üçün abidəni yenidən inşa etmək qərarına gəliblər. Belə ki, abidəni bərpa etmək bəhanəsi ilə onu əzəli görünüşündən məhrum etdilər. Təmir zamanı, şəkildən göründüyü kimi, abidənin sol tərəfininə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırıldı. Binanın tavanı 50 cm-dən çox hündürləşdirildi. Beləliklə, abidə əzəli görkəmindən daha böyük görünür”.

F.İsmayılovun sözlərinə görə, erməni işğalı altında olan Dağlıq Qarabağda və ətraf rayonlardakı abidələrimizlə bağlı KİV-lər daha geniş təbliğat işi həyata keçirməlidirlər. Bu barədə ictimaiyyətə geniş informasiya verilməli, maarifləndirmə işləri aparılmalıdır. “Bizim işğal altında olan ərazilərimizdə ermənilər birmənalı şəkildə özlərinə tarix yaradırlar. Yəni onlar bilavasitə bu ərazilərin ermənilərə “aid” olduğunu bütün dünyaya çatdırırlar. Yəni onu da etmək üçün sübutlar tələb olunur. Sübutlar da bizim işğal altında qalan daşınmaz tarix-mədəniyyət abidələridir, tikintilərdir, quramalardır və s. Əvvəl onlar keçən əsrin 90-cı illərində, 2000-ci illərdə daha çox abidələrin üst yazılarını dəyişirdilər. Abidələrin üzərindəki qədim qrafikləri, yazıları dəyişib onları erməni dilində yazırdılar. Ancaq bu onların köməyinə çatmırdı. Ona görə ki, memarlıq quruluşuna görə istər Qafqaz Albaniyası dövrü memarlıq abidələrimiz, istərsə də xristianlığa qədərki dövrə aid olan abidələrimiz öz memarlıq xüsusiyyətlərinə görə ermənilərinki ola bilmir. Onlar yazıları dəyişsə də, abidlərin memarlıq quruluşu qalırdı, dediyim kimi, indi də onların formasını dəyişirlər. Bu abidələrin memarlıq quruluşu ilə tanış olan istənilən xarici ekspert deyirdi ki, bu abidə sizə məxsus deyil, başqa xalqa aiddir. Bu baxımdan da onlar abidələrin ümumi quruluşunu dəyişməyə başladılar. Ermənilər xristian dövrü abidələri də dağıdırlar, hətta o abidələrin üzərinə mərmər vururlar. Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər abidəsi də ermənilər tərəfindən təcavüzə uğrayıb. Onlar 2010-cu ildə bu abidənin üzərini mərmər löhvələrlə örtməyə başlayıblar”.   

Azərbaycanın 2000-ci ilin 12 dekabr tarixindən 1954-cü il tarixli Haaqa Konvensiyasına qoşulduğunu deyən mütəxəssis qeyd edir ki, Azərbaycanda “Tarixi abidələrin mühafizəsi haqqında” 1998-ci ildə qəbul edilən qanun da mövcuddur. Ermənilərin işğal altında olan abidələrimizin memarlıq qurluşunu dəyişməsinin bütün qanunvericilik aktlarına zidd olduğunu deyən F.İsmayılov bildirir ki, müvafiq konvensiya da, qanunvericilik də ermənilərin həyata keçirdiyi saxtalaşdırma işini beynəlxalq aləmdə ifşa etməyə əsas verir: “Bizim tam haqqımız var ki, bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldıraq və ermənilərin bu saxtakarlığının qarşısını alaq. Çox təəssüf ki, minillik tarixi olan Qafqaz Albaniyası abidələri əlimizdən gedir. Bu mənada kı, ermənilər işğal altında olan torpaqlarımızdakı abidələrin memarlıq quruluşunu, formasını tamamilə dəyişdirirlər”.   

Müsahibimiz bildirdi ki, ermənilər xristian dövrü abidələri ilə yanaşı, islam dövrü abidələrini də erməniləşdirməyə çalışırlar. Bu abidələri eyni zamanda da “fars mədəni irsi” kimi qələmə verən ermənilər onların farslar tərəfindən inşa edildiyini iddia edirlər. Bu, 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir.

F.İsmayılov bildirdi ki, hazırda işğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda olan bütün abidələrin siyahısı, fotoşəkilləri onda var.

“İşğal altında olan torpaqlarımızda 2645 tarixi-mədəniyyət abidəmiz var. Bunun 1844-ü memarlıq abidəsidir, 700-ü arxeoloji abidədir. Bunun da 64-ü memorial heykəltəraşlıq nümunələridir. Bütün bu abidələrin təxminən 30 minə yaxın görüntüsü və məlumatını arxivləşdirmişəm. Çox təəssüf ki, bəzi dövlət qurumlarının saytlarında işğal olunmuş ərazilərimizdəki tarix-mədəniyyət abidələri ilə bağlı dezinformasiyalar yayırıq” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, o saytlarda yerləşdirilən xəritələrdə işğal olunmuş ərazilərimizdə Azərbaycanın 9 məscidi olduğu qeyd edilir. Bunun yanlış məlumat olduğunu vurğulayan F.İsmayılovun bildirdiyinə görə, təkcə Şuşada 18 məscidimiz var: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi hesabatında işğal altındakı ərazilərimizdəki məscidlərin sayının 64 olduğu qeyd edilir. Mənim kəndlər üzrə tərtib etdiyim siyahıda 74 məscid yer alıb. Bunun 64-nü dövlət qurumu təsdiq edir. Məsələn, o saytlarda tarix-mədəniyyət abidələrinin sayını 473 kimi göstərirlər. Amma mən sizə 2645 tarix-mədəniyyət abidəsinin fotoşəkillərini, onların yerləşdiyi coğrafi mövqeyi təqdim edə bilərəm”.

Avqustun 30-da erməni işğalı altında olan abidələrimizin taleyi, onların üzləşdikləri erməni saxtakarlıqları ilə bağlı böyük mətbuat konfransı keçirməyi planlaşdırdığını deyən F.İsmayılov bu barədə geniş ictimaiyyəti maarifləndirmək, onlara daha çox məlumat çatdırmaq fikrində olduğunu qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ