çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağ münaqişəsində həll şərtləri daha sürətlə ölkəmizin lehinə dəyişir – qondarma rejim rəhbərinə iyunun 15-dək vaxt verildi

Image


Azərbaycanın işğal edilmiş ərazilərində yaranan qeyri-sabit vəziyyət özünün yeni gərgin mərhələsinə qədəm qoymaqdadır. Belə görünür ki, burada separatçı rejimə qarşı yaranan narazılıq dalğası gözlənilməz nəticələrə də gətirib çıxarmaq iqtidarındadır. Bütün bunlar isə nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcək faktorlar sırasında yer alır.

Məlumat üçün bildirək ki, müəyyən fasilədən sonra işğal altındakı Dağlıq Qarabağ bölgəsində yenidən etiraz aksiyaları başlayıb. Burada ermənilər Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyanın istefasını tələb edir.
Qeyd olunur ki, separatçı “Milli dirçəliş” partiyası Xankəndinin “Dirçəliş” meydanında mitinq keçirmək istəyib. Lakin separatçı rejimin “polis qüvvələri” meydanı mühasirəyə alıb. Bundan sonra etirazçılar şəhər parklarından birinə toplaşıb. Xeyli sayda etirazçının iştirak etdiyi aksiyada istefa şüarları səsləndirilib. “Milli dirçəliş”in sədri Ayk Xanumyan bildirib ki, davamlı aksiyalara başlayırlar: “Bako Saakyan bizim təhlükəsizliyimiz üçün ciddi təhdiddir. Saakyan istefaya getməlidir. O əvəzolunmaz deyil, Serj Sarkisyanın yolunu getməli və istefa verməlidir”.
Qeyd edək ki, iyunun 1-də Xankəndidə kütləvi aksiyalar keçirildi. Nəticədə Saakyan “güc strukturlarının rəhbərlərini” istefaya göndərdi. Saakyan özü isə 2020-ci ildə qondarma rejimin rəhərliyinə namizəd olamyacağını açıqladı. Lakin Qarabağa yerləşdirilmiş ermənilər hesab edirlər ki, Saakyan onları aldadır və o, 2020-ci ildə getsə də, “rəhbərliyə” Sarkisyan rejiminin davamçısı olacaq “Qarabağ klanı”ndan kimsə gətiriləcək. Separatçı “Qarabağ işığı” təşəbbüs qrupu da qondarma rejimin “prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir. Təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan ona iyunun 15-nə qədər vaxt verdiklərini bildirib: “Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”. Xankəndidə qondarma rejimdən xilas olmaq istəyən ermənilərin Bakıya üz tuta biləcəyi ehtimalları da gündəmdədir. Bundan əvvəl də elə erməni politoloqların özləri Qarabağdakı ermənilərin xilas üçün Bakıya üz tutacaqlarını istisna etməyib. Yenidən bu məsələyə toxunan erməni politoloq Tiqran Qriqoryan qeyd edib ki, İrəvan Qarabağdakı hadisələrə müdaxilə etməsə və Saakyan istefa verməsə, əhali xilas yolunu başqa yerlərdə axtaracaq: “Bu vəziyyət Bakının “Qarabağdakı ermənilər bizim vətəndaşımızdır” tezisini gücləndirir və dolayısı ilə əhali arasında İrəvana yox, Bakıya yaxınlaşmaq simptomları yüksəlir”.
Erməni sosioloq David Karabekyan da daha əvvəl  bildirmişdi ki, rejimdən bezən Qarabağdakı ermənilər, hansı yolla olursa olsun, xilas olmaq istəyir: “Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmır. Azərbaycan ordusu Xankəndiyə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”.
Qarabağda baş verənlər İrəvanda da ciddi narahatlığa səbəb olub. Ermənistan rəhbərliyi düşünür ki, Qarabağda daxili qarşıdurma güclənərsə, Azərbaycan ərazilərin azad olunması üçün hərəkətə keçə bilər. Xatırladaq ki, bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ bölgəsinə gəlib. Onun Azərbaycan torpaqlarına gəlişinin Qarabağla bağlı yeni planla əlaqədar olduğu deyilir. Burada ilk olaraq Bako Saakyanın açıqlamalarına diqqət çəkilir. Bir daha xatırladaq ki, Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyan Xankəndidəki etiraz aksiyalarından sonra “güc strukturlarının rəhbərlərini” istefaya göndərdi. Bunun ardınca bəyan etdi ki, o, 2020-ci ildə keçiriləcək “prezident seçkilərində” namizəd olmayacaq.
Erməni siyasi şərhçi Akop Badalyan iddia edir ki, Qarabağda “seçkilər” daha tez keçiriləcək və Sarkisyanın səfəri də bununla bağlıdır: “Cəbhədə vəziyyət gərginləşir, Azərbaycan bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini açıqladı. Buna paralel olaraq, Xankəndidə “siyasi vəziyyət” qarmaqarışıqdır. Bu kontekstdə Armen Sarkisyanın Qarabağa gedişi diqqət çəkir. Məqsəd Qarabağda vəziyyətə nəzarəti ələ almaqdır”.
Erməni şərhçi son günlər regionda baş verən hadisələri xatırladıb və qeyd edib ki, Armen Sarkisyanı Qarabağa Bako Saakyan dəvət edib: “Görünür, Qarabağla bağlı hələ ki məlum olmayan hansısa plan hazırlanır”. Bu plana Azərbaycan amilinin nəzərə alınmasının daxil olacağı isə qətiyyən istsina olunmur. Çünki Bakı Qarabağ məsələsinin sülh və ya güc yolu ilə mümkün qədər tez həllini tələb edir. Bu isə Ermənistanın indiki vəziyyətdə durumunu daha da ağırlaşdırır.

Ekspertlər yaranmış situasiyada həmsədrlərin İrəvana səfərinin də baş verənlərin tərkib hissəsi olması, İrəvanın bu fonda yeni davranış sərgiləməsinin diqqət yetrilməli amillər sırasında yer aldığını qeyd edir.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər edib və inqilabdan sonra hakimiyyətə gələn yeni baş nazir Nikol Paşinyanla görüşüb. Bu səfər daha çox tanışlıq xarakteri daşıyırdı. Güman ki, həmsədrlər həm də Ermənistanın yeni rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin görüşünün mümkünlüyünü araşdırıb. Həmsədrlərlə görüşdə diqqət çəkən ən mühüm detal Paşinyanın “Qarabağ danışıqlarda əsas tərəf kimi iştirak etməlidir” tezisinin gündəmə gəlməməsi oldu. Məlumata görə, Ermənistan və Azərbaycan rəhbərliyinin mümkün görüşünün müzakirə edildiyi toplantıda “Qarabağın tərəf kimi çıxış etməsi” məsələsinə ümumiyyətlə toxunulmayıb. Erməni şərhçi Sarkis Artsruni yazır ki, bu, Ermənistan üçün “Qarabağın tərəf kimi iştirakı” məsələsinin ilkin şərt olmadığını göstərir. Hərçənd, Ermənistanın yeni rəhbərliyi uzun müddət idi ki, bu məsələni israrla gündəmə gətirirdi. Görünür, İrəvanda Bakı ilə toqquşmağın öz ziyanlarına olduğunu anlayanlar hələ də var.
Erməni şərhçi qeyd edir ki, Azərbaycanın son vaxtlar Qarabağ və Naxçıvan cəbhəsində irəliləməsi və arsenalına yeni dağıdıcı silahları daxil etməsi müharibə təhlükəsi üçün ciddi siqnal oldu: “Ermənistan rəhbərliyi daha ehtiyatla davranmaq yolunu seçir”. Digər tərəfdən, həmsədrlərin İrəvana səfəri fonunda Ermənistan prezidenti Armen Sarkisyanın Dağlıq Qarabağ bölgəsinə gəlişi və qondarma rejimin “prezidenti” Bako Saakyanla qapalı müzakirələr aparması diqqət çəkdi. Erməni şərhçi Aram Amatuni hesab edir ki, Qarabağ cəbhəsində müharibənin yenilənməsi təhlükəsi mövcuddur və Sarkisyanın Saakyanla Xankəndindəki qapalı toplantısında bu məsələlər də müzakirə olunub: “Təbii ki, Xankəndidə son vaxtlar Qarabağdakı etiraz aksiyaları və Saakyanın gedişi məsələsi də müzakirə edilib. Lakin indiki məqamda müharibə təhlükəsinin müzakirəsi daha aktualdır”.

Beləliklə, yaranmış vəziyyət göstərir ki, Azərbaycanın diplomatik, siyasi, iqtisadi, hərbi təzyiqləri Ermənistanı getdikcə daha çox dalana dirəyir. Belə vəziyyətdə Ermənistanda və zəbt olunan ərazilərdə davam edən etiraz aksiyaları isə İrəvanın mövqelərini bir qədər də zəiflədir. Bütün bunlar nəticə etibarı ilə Qarabağ münaqişəsinin gedişinə təsir edir. Xüsusən də ölkəmizin bu günlərdə nümayiş etdirdiyi yeni silahlar erməniləri prosesləri daha ayıq başla qiymətləndirməyə sövq edir.  Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də erməni tərəfinin çıxılmaz bir duruma düşdüyünü vurğulayır. O, Azərbaycanın Belarusdan “Polonez” raket kompleksləri, İsraildən isə “Lora” yüksək dəqiqlikli operativ-taktiki raketlərini almasını şərh edərkən bu xüsusda bir çox maraqlı məqamlara toxunub.  Ekspert qeyd edir ki, Azərbaycanın “Polonez” komplekslərini əldə etməsi onun regionda mövqelərini daha da gücləndirir.  Rusiyalı ekspertə görə, Azərbaycan hərbi imkanlarını durmadan artırır: “Konkret olaraq bu sistem necə istifadə olunacaq, bu, taktiki və strateji situasiyadan asılıdır. Hər şey müharibənin gedişindən asılıdır”. Xramçixin qeyd edib ki, “Polonez” daha çox döyüş komplekti daşıdığı üçün daha çox sayda raketi hədəfə çatdıra bilər. Bu da kompleksin yüksək məhsuldarlığı deməkdir.

Xramçixin vurğulayıb ki, bu gedişlə Qarabağda müharibə qaçılmazdır, nə vaxt başlamasından asılı olmayaraq, bu müharibə hökmən olacaq. Çünki tərəflərin mövqeləri heç cür uzlaşmır və belə vəziyyətdə güc tətbiq etmədən münaqişənin həllini təsəvvür etmək fövqəladə çətindir: “Azərbaycan həm canlı qüvvədə, həm texnikada əhəmiyyətli üstünlüyə malik olduğu üçün əraziləri güc yolu ilə azad edə bilər. Bakı İrəvana nisbətən daha sürətlə qüvvə cəmləyir”.

Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan isə bildirir ki, Bakı tək Qarabağ yox, elə Naxçıvan istiqamətində də böyük üstünlüyə malikdir. “Naxçıvana gəlincə, qeyd etmək olar ki, Azərbaycanın bu ərazidə Əlahiddə Ümumqoşun Ordusu var. Söhbət Azərbaycan ordusunun 20-40 min hərbçisindən gedir. Naxçıvandakı ordunun silahları həmçinin müdafiə deyil, müasir zərbə  sistemləridir. İndi sual yaranır: onların başqa məqsədləri yoxdursa, bu qədər təsirlıi hərbi gücün saxlanmasına belə böyük xərclər nəyin naminədir? Aydındır ki, hansısa məqsəd var. Ermənistanın bu situasiyada tən gələsi şəxsi heyət və hərbi texnika cəmləyə biləcəyini də təsəvvür etmək real deyil. Azərbaycan həmişə bildirib ki, Dağlıq Qarabağ onun ərazisidir və onun tərkibinə qayıtmalıdır. Bakı bunu ya dinc, ya da hərbi yolla edəcək“. Belləiklə, ermənilər özləri də etiraf edir ki, yaranmış vəziyyətdə Azərbaycan istənilən yolla məqsədinə çata bilər. Bu fondazəbt edilmiş ərazilərin dinc yolla azad edilməsi ermənilərin özləri üçün də ən məqbul variant sayıla bilər. Əks təqdirdə düşmənin itkisi kifayət qədər böyük olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ