Bütün Ermənistan mayın 8-də parlamentdə yenidən baş nazir seçkisini gözləyir. Respublikaçılar Paşinyana səs vermədilər, ancaq təkrar səsvermədə də bu mövqedə qalacaqları inandırıcı görünmür.
“Bakı-Xəbər”in baş redaktoru Aydın Quliyev də bu qənaətdədir: “Mayın 8-dən Ermənistan parlamentində Respublika partiyasının deputat bokunun parçalanma ehtimalı böyükdür. Baş nazirliyə birinci səsvermədə respublikaçılar Paşinyanın meydan qüvvələrinin azalacağına stabka etdilər. Ancaq Paşinyan birinci səsvermədə lazımi sayda səs ala bilməyəndən sonra inqilabçılar hərəkatı bir az da gücləndi. Vəziyyət dəyişdi. Sarkisyançı deputatlar bilir ki, ikinci səısvermədə də inad etsələr, baş nazir seçkisi baş tutmasa parlament buraxılacaq və növbədənkənar seçkilər təyin olunacaq. Respublikaçı deputatlar yeni seçkidə mandatlarının azı 90 faizini, bəlkə də hamısını itirəcəklərini yəqin görürlər. Ancaq yeni seçkidə hər şeyi itirənə qədər bəzi şansları var. Yəni Paşinyana səs verməklə ölkəni siyasi böhrandan müvəqqəti xilas etmək, həm də Paşinyana yaxınlaşmaqla yeni seçkilərdə mandatları qismən qoruyub saxlamaq şansı əldə etmək. Respublikaçı deputatların özləri üçün bu mövcud şansı görməyəcəklərini düşünmək olmaz.
Bir detalı da unutmayaq. Parlamentdəki respublikaçı çoxluq nə prinsipial ideoloji paltforma üstündə birləşə bilib, nə də ətrafında birləşmək üçün parlaq lider şəxsiyyətinə malikdirllər. Sarkisyanın timsalında xarizmatik olmayan bir liderləri var idi, onu da itirərək başsız qaldılar. Sarkisyan vaxilə bu dəstəni adi mənafe qrupu kimi yaratmışdı, odur ki, sarsılmaz ideya-siyasi birlikdən də söhbət gedə bilməz. Saydığım faktlara görə ikinci mərhələ baş nazir seçkisinə qədər pespublikaçılar korpusunda ciddi parçalanma qaçılmaz olacaq. Bu mərhələdə Paşinyanın baş nazirliyinə səs verənlər növbədənkənar seçkidə Paşinyanın komandasında təmsil olunmaq şansı da qazanacaq”.
Namiq QULİYEV