Cümə axşamı günü, 12 noyabr 2026
     

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasına cavab verdi... - MÜSAHİBƏ

Image


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərovun “Trend”ə müsahibəsi

- Hörmətli Səyavuş müəllim, bildiyiniz kimi, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının növbəti hesabatı çıxıb. Hesabatda ənənəvi olaraq Azərbaycan dövlətinin din sahəsində apardığı siyasət tənqid olunur. Sizin bununla bağlı münasibətinizi bilmək istərdik.

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, hesabatı hazırlayan işçi qrupu növbəti dəfə məqsədli şəkildə qərəzli mövqe tutmağa üstünlük verib. Hesabatın ümumi təhlili onu göstərir ki, bu sənədi hazırlayanlar Azərbaycandakı dini duruma, dövlət-din münasibətlərinə şərh verərkən peşəkar etikaya zidd hərəkət edərək qeyri-obyektivlik nümayiş etdiriblər. Peşəkar etika dedikdə nəyi nəzərdə tuturam? Peşəkar etika hər hansı məsələ barədə rəy bildirən zaman dəqiq faktlara, real vəziyyətə istinad etməyi tələb edir və mücərrəd, ümumi ifadələrdən qaçmağı şərtləndirir. Halbuki hesabatda biz bunun əksini görürük. Hər il eyni, həqiqətdən uzaq şablon ifadələr səsləndirilir, yoxlanılmamış və dəqiqləşdirilməmiş məlumatlar təkrar verilir. Biz həmin şablonlaşmış, təkrar iddiaların əsassızlığını tutarlı arqumentlərlə, konkret faktlarla göstərsək də, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası eyni məsələləri qabartmaqda davam edir. O zaman həmin Komissiyanın kimlərin maraqlarına xidmət etməsi sual doğurur. Görünür, hesabatın işçi qrupu üçün əsas məqsəd həqiqət deyil. Əsas amal hansısa siyasi dairələrin sifarişini yerinə yetirmək və Azərbaycanda mövcud olan tolerant, multikultural şəraitə kölgə salmaqdır.

- Hesabatda reallığı əks etdirməyən, şablonlaşmış iddiaların hər il yer aldığını bildirirsiniz. Bunlar hansı iddialardır, konkret nümunələr göstərə bilərsinizmi?

- Hər il iddia olunur ki, guya heç bir protestant dini icması, o cümlədən baptistlər, "Yeddinci günün adventistləri", "Əllincilər" dövlət qeydiyyatına alınmayıb və protestantlar öz fəaliyyətlərində bir sıra məhdudiyyətlərlə qarşılaşırlar. Halbuki bu iddia tamamilə uydurmadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən bəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci günün adventistləri” dini icması, “Bakı şəhəri Yeni Apostol” xristian dini icması, Gəncə şəhəri "Yeddinci günün adventistləri” xristian dini icması və “Vineyard Azərbaycan” xristian dini icması olmaqla doqquz protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb. Hesabatda iddia olunanların əksinə olaraq, son illər dövlət qeydiyyatına alınan dini qurumlardan biri baptistlər, ikisi adventistlər, üçü isə "Əllincilər"in dini icmalarıdır.

Respublikamızda protestantların dini mənsubiyyətlərinə görə məhdudiyyətlərlə üzləşdiklərini demək ölkəmizdə mövcud olan reallığı görmək istəməmək mənasına gəlir. Bu gün respublikamızda yaşayan protestantlar bizim bərabərhüquqlu vətəndaşlarımızdır. Onların dua evləri tam sərbəst şəkildə fəaliyyət göstərir, eləcə də protestantlar dini ayin və mərasimlərini azad şəraitdə keçirirlər. Buna Bakı şəhərinin ən gözəgəlimli yerində yerləşən keçmiş “Xilaskar” yevangelik-lüteran kilsəsini misal gətirə bilərəm. Burada bəzi protestant dini icmalar bazar günü ayinlərini icra edir və əlamətdar dini bayramlarını təmtəraqlı şəkildə qeyd edirlər. Məsələn, 2016-cı ilin fevral və 2017-ci ilin dekabrında müxtəlif protestant dini cərəyanlarına mənsub dindarların, o cümlədən lüteranlar, "Əllincilər", xarizmatlar, "Yeddinci günün adventistləri", presviterianların iştirakı ilə möhtəşəm şəkildə Bibliya bayramı keçirilib. Qeyd edim ki, həmin bayramın təşkilində Alban-udi dini icması, rus pravoslav və katolik dini icmaları da yaxından iştirak ediblər. İndi sual yaranır: məgər protestantların sıxışdırıldığı bir ölkədə paytaxtın mərkəzində, dövlət tərəfindən qorunan tarixi-mədəni abidədə onlar dini ayinlərini sərbəst icra edə bilərdilərmi?

Dövlət qeydiyyatına alınan protestant təmayüllü dini icmalara dövlət tərəfindən maliyyə yardımının ayrılması, protestant dua evlərinə müəyyən olunmuş illik limit daxilində pulsuz təbii qazın verilməsi bir daha onu göstərir ki, ölkəmizdə yaşayan protestantlar hər hansı ayrıseçkiliklə üzləşməyib.

- Hesabatda “Yehovanın Şahidləri” məsələsinə də toxunulub. İddia olunur ki, bu dini icmanın heç bir hüquqi statusu yoxdur və onun ardıcılları daim təzyiqlərlə üzləşirlər. Bu, nə dərəcə doğrudur?

- Bu şablonlaşmış iddia da ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatında hər il yer alır. Biz bu iddianın əsassızlığını dəfələrlə sübut etsək də, həmin iddia hər il sözbəsöz təkrar olunur. Belə ki, “Yehovanın Şahidləri” dini icması 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınıb və həmin icmanın qeydiyyatı bu günə qədər hüquqi qüvvəsini qoruyur. Yəni “Yehovanın Şahidləri” dini icmasının hüquqi statusunun olmaması barədə iddia tamamilə uydurmadır. Bununla yanaşı, “Yehovanın Şahidləri” dini icması qanunvericiliyin tələblərinə riayət etdiyi təqdirdə, onun fəaliyyəti üçün heç bir məhdudiyyət yaradılmır. “Yehovanın Şahidləri” dini cərəyanında olduqca əlamətdar dini bayram sayılan İsa Məsihin ölümünün anım günü və ya həmin dini icma üçün böyük əhəmiyyət kəsb edən regional tədbirlər dediklərimizi təsdiq edir. Belə ki, hər il DQİDK-ya həmin dini icma tərəfindən misal çəkdiyim dini yığıncaqların keçirilməsi üçün müvafiq şəraitin yaradılması ilə bağlı müraciətlər daxil olur. Tərəfimizdən isə qanunla nəzərdə tutulmuş qaydada “Yehovanın Şahidləri” dini icmasına müvafiq köməklik göstərilir, hüquq-mühafizə orqanları isə həmin icma üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görürlər. Bütün bunlar isə “Yehovanın Şahidləri” dini icması tərəfindən rəğbətlə qarşılanır. Hətta həmin dini icma yaradılmış şərait üçün DQİDK-ya təşəkkür məktubu göndərib.

Burada başqa bir önəmli məqama da toxunmaq istərdim. DQİDK-nın razılığı əsasında ölkəyə ən çox dini ədəbiyyat idxal edən məhz “Yehovanın Şahidləri” dini icmasıdır. Bütün bu faktlar isə onu göstərir ki, “Yehovanın Şahidləri” dini icmasına qarşı hər hansı qərəzli mövqe göstərilmir. Lakin təəssüf ki, “Yehovanın Şahidləri” dini icması yaradılan şəraitdən sui-istifadə etməyə çalışır, qanunvericiliyin tələblərini müntəzəm pozaraq hüquqi ünvandan kənarda respublikamızın müxtəlif bölgələrində qanunsuz dini yığıncaqlar keçirməyə çalışır. Təbii ki, bütün bu qanunsuz əməllərin qarşısı alınaraq inzibati tədbirlər görülür. DQİDK-da həmin dini icmanın yerli liderləri və xaricdəki rəhbərləri ilə dəfələrlə görüş keçirilib, mövcud problemlər müzakirə olunub və onlara öz dini fəaliyyətlərini qanuna uyğun şəkildə tənzimləmək tövsiyə edilib. Buna baxmayaraq, hələ də bu icmanın fəaliyyətində neqativ hallar müşahidə olunur. Belə təəssürat yaranır ki, “Yehovanın Şahidləri” dini icmasının xaricdəki mərkəzində olan bəzi dairələr məqsədli şəkildə yerli dini icma ardıcıllarını qanun pozuntusuna yönəldirlər ki, Azərbaycan dövlətinin müvafiq dövlət orqanları tərəfindən onlara qarşı inzibati-profilaktik tədbirlər görülsün və həmin hallar sonradan hesabatda qabardılsın, beləliklə, “Yehovanın Şahidləri” məsələsi ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunsun.

Halbuki, birmənalı olaraq bildirirəm ki, Azərbaycanda dini və etiqadi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Yalnız insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan din və dini cərəyanların yayılması və təbliği qadağandır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub. Dövlətimizin elan etdiyi prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər hansı dini cərəyanın inanc əsasları ümumbəşəri dəyərlərə zidd deyilsə, hər hansı dini cərəyanın mənsubları qanunauyğun şəkildə fəaliyyət göstərməyə çalışırlarsa, onda onların fəaliyyətinə heç bir məhdudiyyət yaradıla bilməz. Yəni dövlətimizdə kiminsə inancı müzakirə predmeti sayıla bilməz, burada vicdan və dini etiqad azadlığı prinsipi əsas götürülür.

- Səyavuş müəllim, hesabatda bir sıra məscidlərin bağlanılması, bəzi müsəlman din xadimlərinin təzyiqlərə məruz qalması barədə iddialar da yer alıb. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?

- Hesabatdakı həmin iddialarla tanışam. Sizin dediyiniz bu iddialar hesabatın “Müstəqil müsəlmanların repressiyası” və “İbadət yerlərinin qapadılması” hissəsində yer alıb. Yenə də təkrarlamaq məcburiyyətindəyəm ki, hesabatı hazırlayanlar qeyri-peşəkarlıq nümayiş etdirərək mücərrəd, ümumi ifadələrdən istifadə edərək və ya dəqiqləşdirilməmiş məlumatlara istinad edərək ölkəmizdəki dini durumu tənqid edirlər. Məsələn, hesabatda ümumi, mücərrəd ifadədən istifadə olunaraq guya dörd şiə və dörd sünni məscidinin bağlanıldığı iddia olunur, lakin konkret hansı ibadət yerlərinin nəzərdə tutulduğu göstərilmir. Həmin məscidlərin adları çəkilmir, ümumi, mücərrəd iddialar ortaya atılır.

Qətiyyətlə bildirirəm ki, Azərbaycanda heç bir müsəlman ibadət yeri bağlanmayıb. Əksinə, Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir. Bu siyasətin tərkib hissəsi kimi isə respublikamızdakı məscidlər, ziyarətgahlar əsaslı şəkildə təmir-bərpa olunur, yaxud dövlət hesabına yeni məscidlər dindarların istifadəsinə verilir. Buna misal olaraq,dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə inşa edilən və 2014-cü ilin dekabrında açılışı olan möhtəşəm Heydər məscidini göstərə bilərik.

Hesabatda digər qərəzli yanaşmalar da yer alıb. Belə ki, hesabatda Bakının Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi tənqid olunur. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2017-ci il iyulun 2-də Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə başlanılmış, bu məsələ daim dövlət başçımızın diqqət mərkəzində saxlanılmış, beləliklə, 12 aprel 2018-ci ildə Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdu. Açılışda dövlət başçısı İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. Hacı Cavad məscidinin əvvəlki binası istifadə üçün tamamilə yararsız olduğu halda, dövlətin maliyyə dəstəyi ilə tikilən yeni binası möhtəşəm dini memarlıq kompleksi kimi inşa olunub. Təsadüfi deyil ki, bu hadisə Hacı Cavad məscidi dini icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.

ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatının qərəzli tərəfləri, nöqsanlı cəhətləri ilə bağlı kifayət qədər fakt gətirmək mümkündür.

Sonda bununla bağlı bir faktı da misal gətirmək istərdim. Düşünürəm ki, bu fakt hesabatın işçi qrupunun qərəzli niyyətlərini açıq-aşkar ortaya qoyur. Hesabatda bildirilir ki, 2017-ci ilin may ayında ölkənin rəsmi təqviminə riayət etməkdən imtina etdiyinə görə Göyçay rayonunda bir imam cəza kimi işdən qovulub və cərimə olunub. Görünür, hesabatda Göyçay rayonunun II Ərəbcəbirli kənd məscidinin dini ayinlər icraçısı və icma sədri Ruslan Məmmədov nəzərdə tutulur. Lakin onunla bağlı hesabatda qeyd olunan məlumat tamamilə uydurmadır. Belə ki, R.Məmmədova qarşı hər hansı inzibati cərimə cəzası tətbiq olunmayıb. Həmçinin o, işdən də çıxarılmayıb. Sadəcə R.Məmmədov Qəbələ rayonunun Duruca kəndinə köçməsi ilə əlaqədar öz ərizəsi əsasında dini ayinlər icraçısı, o cümlədən icma sədri vəzifəsindən azad olunub. Beləliklə, hesabatda yer alan bu yalan məlumat hesabat müəlliflərinin səmimiyyətlərini ciddi şəkildə şübhə altına alır.

Düşünürəm ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının hesabatının Azərbaycanla bağlı bölümünün obyektiv meyarlardan uzaq hazırlandığı, ölkəmizin tolerant və multikultural imicinə xələl yetirməyi məqsəd güdən bəzi siyasi dairələrin sifarişi ilə tərtib olunduğunu sübuta yetirmək üçün toxunduğum faktlar kifayət edir.

Ümidvaram ki, hesabat müəllifləri gələcəkdə Azərbaycandakı dini durumu dəyərləndirərkən iradlarımızı nəzərə alacaq, məsələyə subyektiv baxış bucağından deyil, obyektivlik, ədalət və peşəkarlıq mövqeyindən yanaşacaq, beləliklə, Azərbaycan reallıqlarını daha düzgün qiymətləndirə biləcəklər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ