Cümə axşamı günü, 12 noyabr 2026
     

Sarkisyançı deputatlar Paşinyana qarşı vahid cəbhədə - “Moskvadan təlimatlanırlar” iddiası…

Image


Qabil Hüseynli: “Bundan sonrakı proseslərdə Rusiya zorakı üsullara əl ata bilər”

 

Ermənistan parlamentinin xüsusi iclasında yeni baş nazir seçkiləri keçirilib. Bu posta yeganə namizəd etiraz aksiyalarının lideri, parlamentdə müxalif “Çıxış” fraksiyasının rəhbəri Nikol Paşinyan olub. Paşinyan parlamentdə çıxış edərək ölkədəki mövcud vəziyyət barədə məlumat verib. Qeyd edib ki, xalq ölkə daxilində mövcud olan sosial-iqtisadi siyasətin dəyişməsini istəyir: “Xalq xarici siyasi dəyişikliklər tələb etmir. Rusiya Ermənistanın strateji müttəfiqi olaraq qalır. Bundan başqa, Ermənistan ABŞ, Avropa İttifaqı ölkələri və İranla əməkdaşlığı davam etdirəcək”.

Baş nazir postuna namizəd bildirib ki, ölkənin ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan hökumət başçısının seçilməsini pozmaq məqsədilə parlamentin deputatlarına təzyiq göstəriblər. Daha sonra Paşinyan deputatların suallarını cavablandırıb. Bundan sonra deputatlar baş nazirin çıxışına münasibət bildiriblər. Altı saatdan çox davam edən iclasın yekununda səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən Nikol Paşinyan baş nazir seçilməyib. Hakim Respublika Partiyasının deputatları Paşinyanın əleyinə səs veriblər. Bu səbəbdən etirazçı deputat baş nazir seçilməsi üçün lazım olan 53 səsi toplaya bilməyib. 7 gündən sonra parlamentdə yenidən seçki keçiriləcək. Adətən oxşar situasiyalarla rastlaşan ölkələrdə hakim partiyanın bazası sürətli şəkildə parçalanır. Ermənistanda isə biz parlamentdəki hakim partiyanın nümayəndələrinin dirənişini gördük. Vəziyyətin  bu hal almasında Rusiya amilini necə qiymətləndirmək olar? Ola bilərmi ki, deputatların dirəniş göstərməsilə bağlı təlimat Rusiyadan gəlsin? Ermənistandakı proseslərin gələcəyini necə proqnozlaşdırmaq olar? Hadisələrin gedişində Paşinyanın fiziki məhv edilməsini gözləmək olarmı?

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan qanunlarına əsasən, parlamentdə hökumət başçısını seçmək mümkün olmasa, yeddi gün sonra ikinci səsvermə keçirilir: “Lakin ikinci səsvermədə də baş nazir seçilməzsə, prezident parlamenti buraxır və 30-45 gün ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edir. Ermənistan müxalifətinin namizədi Nikol Paşinyanın parlamentdə baş nazir seçilməməsi gözlənilməz hadisə deyil. Məntiqlə Serj Sarkisyanın partiyasından olan deputatlar ya parlamentə gəlməməli, ya da Paşinyanın əleyhinə səs verməli idilər. Üstəlik, parlamentdə baş nazir məsələsi müzakirə ediləndə Rusiya Prezidenti Vladimir Putin Serj Sarkisyan və Robert Köçəryanı Moskvaya çağırmışdı. Proseslərdə Rusiya barmağı özünü son həftədə göstərdi. Bundan sonrakı proseslərdə Rusiya zorakı üsullara əl ata bilər. Müxtəlif ssenarilər mümkündür. Paşinyanın həbsindən tutmuş, mitinqlərin zorakı vasitələrlə dağıdılmasına qədər hadisələrin çeşidli inkişafı ehtimal olunur. Digər variant köhnə hakimiyyət nümayəndələrinin parlamenti buraxaraq yeni seçkilər təyin etməsi və özlərinin dediyi kimi, Paşinyana qarşı mübarizə aparıb xalqın içərisinə getməsidir. Qan tökmək məsələsində Rusiyadan hər addım gözləmək olar. Bu gün Paşinyanın ümum erməni tətili çağırışı güclü olarsa, bütün infrastrukturlarda işlər dayanarsa, köhnə hakimiyyət ruslarla birlikdə öz qərarını verəcək. Əgər doğrudan da Paşinyan müxalifətin lideridirsə, əhali onun sözünə baxırsa, ümumerməni tətili baş tutmalıdır. Yox, ümumölkə tətili baş tutmasa, köhnə qüvvələr Paşinyanın üzərinə daha cəsarətlə gedəcəklər. Paşinyan və ətrafında olan bir neçə nəfərin həbsi etiraz xəttinin başsız qalması, lidersiz etirazçıların isə polis dəyənəyi hesabına və ya 2008-ci ilin martında olduğu kimi, silah gücünə dağıdılması ilə nəticələnə bilər. Düzdür, ortada Qərbin mövqeyi məsələsi də var. Avropa strukturlarından zorakı üsullardan qaçmaq çağırışları olub. Onlar da anlayırlar ki, Rusiya bu ölkədə asanlıqla zorakı tədbirlərə əl ata bilər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ