Cümə axşamı günü, 12 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Bilal ibn Rabah

Image


Bilal ibn Rabah hicrətdən 43 il əvvəl Sərada anadan olub. Atası Rabah bəy, anası Həmamə xanımdır. Bilal Məkkədə böyüyüb boya-başa çatıb. Atası vəfat edərkən onu kafirlərin başçılarından biri olan Ümeyyə ibn Xələfə tapşırıb.

Məkkə Müqəddəs İslamın nuru ilə şəfəq saçdığı və Uca Yaradanın elçisinin tövhid kəlməsini yaydığı zaman Bilal ibn Rabah Müqəddəs İslamı ilk qəbul edənlərdən biri olub. O, Müqəddəs İslamı qəbul etdiyi zaman hələ çox adam müsəlman olmamışdı. Həmin vaxt Müqəddəs İslamı qəbul edənlər yalnız bunlar idi: Möminlərin anası Xədicə bint Xuveylid, Əbu Bəkr əs-Siddiq, Əli ibn Əbu Talib, Ammar ibn Yasir və anası Sümeyyə, Süheyb ər-Rumi və Miqdad ibn əl-Əsvad.

Bilal ibn Rabah müşriklər tərəfindən heç kəsin məruz qalmadığı əzab-əziyyətə, onların şiddət və zülmünə, qəlblərinin hiddət və küdurətinə məruz qalıb. Ondan başqası bu qədər iztirab çəkməyib. O və onunla birgə olan zəif müsəlmanlar Uca Yaradanın yolunda bütün bəlalara sinə gəlib böyük səbr nümayiş etdiriblər. Belə bir səbr və dözüm ancaq onlara məxsusdur.

Əbu Bəkr əs-Siddiqin və Əli ibn Əbu Talibin kütlə arasında böyük nüfuzları var idi. Camaat onlardan çəkinmirdi. Kölələrdən olan zəif müsəlmanlar isə Qureyşin ən şiddətli əzab-əziyyətlərinə dözməli olurdular. Qureyş tanrıları atıb Hz.Məhəmmədin dininə tabe olan kəslərə ibrət olsun deyə onlara olmazın işgəncələr verirdi. Qureyşin ən qəddar kafirləri onlara işgəncə verməklə məşğul olurdular. Onların qəlblərini nifrət hissi bürümüşdü. Əbu Cəhl Şümeyyəyə dözülməz işgəncələr verir, onu heyvancasına təhqir edir, söyüş söyürdü. Nəhayət nizəni onun qarnından salıb kürəyindən çıxartdı və onu ilk müsəlman şəhid qadın etdi. Onun din qardaşları, xüsusilə də Bilal ibn Rabah kafirlərin işgəncələrinə məruz qalırdılar. Günorta düşdükdə onların paltarlarını soyundurur, əvəzində bədənlərinə dəmirdən geyimlər geyindirib onları qızmar günəşin yandırıcı şüaları altında istidən əridir, kürəklərini şallaqlayır və onlara Hz.Məhəmmədə qarşı çıxmağı əmr edirdilər. İşgəncə şiddətlənib onlar üçün dözülməz olduğu zaman bəzən kafirlərin istəklərini yerinə yetirməyə məcbur qalırdılar, fəqət onların qəlbləri Uca Yaradana və Onun rəsuluna yenə də sadiq qalırdı. Bilal isə Uca Yaradanın yolunda bütün bu işgəncələrə boyun əymədən sinə gəlirdi. Ona ən şiddətli işgəncələri Umeyyə ibn Xələf və onun adamları verirdilər. Onun kürəyini şallaqla qan çalağına çevirir, sinəsi üstünə qaya parçası qoyur və ona olmazın işgəncələr verirdilər. Ancaq o, bütün bunlara baxmayaraq “O, təkdir!”, “O, təkdir!” deməkdən əl çəkmirdi. Onu Lat və Uzzanı zikr etməyə nə qədər məcbur etsələr də o, Uca Yaradanı zikr etməyə davam edirdi. Ona öz dediklərini təkrar etməyə sövq etsələr də o, onlara belə cabab verirdi: “Dilim sizin dediklərinizi tutmur.” Kafirlər Bilala işgəncələrin ən son həddini tətbiq edirdilər. Azğın və qəddar Ümeyyə ibn Xələf ona işgəncə verməkdən bezdikdə, onun boynuna qalın bir ip bağlayıb avaraların və uşaqların əlinə verirdi və onlara tapşırırdı ki, Bilalı Məkkənin qayalıqlarında dolaşdırsınlar. Bilal isə Uca Yaradanın elçisinin yolunda çəkdiyi işgəncələri işgəncə yox, rahatlıq və rifah qəbul edirdi. Onun dili “O, təkdir!”, “O, təkdir!”, “O, təkdir!”, “O, təkdir!” deməkdən yorulmurdu.

Əbu Bəkr əs-Siddiq Umeyyə ibn Xələfə yüksək qiymətlə Bilalı ona satmağı təklif etdi. Umeyyə elə düşünürdü ki, Əbu Bəkr onu almayacaq. Əbu Bəkr isə onu yüksək dəyərə Umeyyə ibn Xələfdən aldı. Satış sövdələşməsi başa çatdıqdan sonra Umeyyə dedi: “Əgər onu bir uqiyyəyə də alsaydın, yenə də satardım.” Əbu Bəkr isə: “Əgər onu yüz uqiyyəyə də satsaydın, yenə də alardım” - dedi. Əbu Bəkr Hz.Məhəmmədə Bilalı alıb zülmkarın əlindən qurtardığını bildirdikdə, Hz.Peyğəmbər: “Ey Əbu Bəkr, bu işdə məni də şərik et” - dedi. Əbu Bəkr isə “Ya rəsulullah, artıq onu azad etmişəm” - deyərək cavab verdi.

Uca Yaradan Öz elçisinə Mədinəyə hicrət etməyə icazə verdiyi zaman Bilal hicrət edənlər arasında idi. O, Əbu Bəkr əs-Siddiq və Amir ibn Fihr ilə birgə eyni evdə qalırdı. Onlar qızdırma xəstəliyinə tutuldular.Bilal sağaldığı zaman şirin səsini yüksəldərək bu sözləri dedi:

Görəsən, bir gecə Fəxdə qala biləcəmmi, ətrafında da gözəl qoxulu bitkilər?

Görəsən, bir gün Micənnədə dolaşa biləcəmmi, Şamə və Tafilə oradan doyunca baxım?

Görünür Bilal Məkkə, onun vadiləri və dağları üçün çox darıxmışdı. Çünki o, imanın şirinliyini orada dadmışdı. Çünki o, Uca Yaradanın nur camalını görmək naminə Onun yolunda işgəncələrə orada məruz qalmışdı. Çünki o, öz nəfsinə və şeytana orada qalib gəlmişdi.

Bilal Yəsribdə Qureyşin işgəncələrindən uzaqda rahatlıq tapdı və özünü öz peyğəmbərinə, əzizinə – Hz.Məhəmmədə həsr etdi. Ona Uca Yaradanın salavatı və salamı olsun! O, Hz.Peyğəmbərlə birgə namaz qılır, döyüşə qatılır, onun etdiyi hər şeyi təkrar edərdi. Hz.Peyğəmbər Mədinədə öz məscidinin inşasını başa çatdırdığı zaman azan oxuma zamanı gəldikdə Bilal qalxaraq o gözəl səsi ilə azanı ifa etdi. O, İslam tarixində ilk müəzzindir. Azanı qurtardıqdan sonra Bilal Hz.Peyğəmbərin evinin qapısının ağzında dayanaraq “Namaza gəlin! Nicata gəlin!”– deyərək səsləndi. Hz.Peyğəmbər öz otağından çıxdıqda Bilal onu gördü və iqamə verməyə başladı.

Həbəş kralı Nəcaşi Hz.Peyğəmbərə krallara və şahlara layiq üç qısa ox hədiyyə etmişdi. Hz.Peyğəmbər bu oxlaradan birini özü üçün saxladı, digərlərini isə Hz.Əli ibn Əbu Talib və Hz.Ömər ibn əl-Xəttaba hədiyyə etdi. Sonra özündə qalan oxu Bilala bağışladı. Bilal həyatı boyu onu qoruyub saxladı. Onu Ramazan və Qurban bayramlarında, yağmur namazlarında və məsciddən kanarda namaz qıldığı zaman belə özü ilə aparardı.

Bilal Hz.Peyğəmbərlə birlikdə Bədr döyüşündə iştirak edib və Uca Yaradanın vədinə necə sadiq olduğunun şahidi olub. O, Uca Yaradanın ordusuna necə kömək etdiyini, əvvəllər ona işgəncələr verən kafirlərin necə zəlil vəziyyətə düşdüklərini öz gözləri ilə gördü. Əbu Cəhl və Ümeyyə ibn Xələf müsəlmanların qılınclarına hədəf oldular. Vaxtilə işgəncə verdikləri kəslər indi onların qanlarını axıdırdılar.

Hz.Peyğəmbər Məkkəyə qalib kimi girdiyində onun yanında səmaların carçısı Bilal ibn Rabah da var idi. Möhtəşəm Kəbə evinə daxil olduğu zaman Hz.Məhəmmədin yanında Osman ibn Talha, Usamə ibn Zeyd və Rəsulullahın müəzzini Bilal ibn Rabah da var idi.

Zöhr namazı vaxtı Hz.Peyğəmbərin ətrafında minlərlə insan toplaşmışdı. Könüllü və ya könülsüz Müqəddəs İslamı qəbul edən Qureyş kafirləri də bu canlı mənzərəyə tamaşa edirdilər. Bu vaxt Hz.Peyğəmbər Bilal ibn Rabahı çağırıb ona Kəbənin üstünə çıxmağı və oradan tövhid kəlməsini elan etməyi əmr etdi. Bilal bu əmri böyük şövqlə yerinə yetirdi. Azan səsilə könülləri oxşadı. Minlərlə üz ona tərəf çevrildi və minlərlə dil onun dediklərini təkrarladı. Qəlblərində mərəz kök salmış və xalis imanın nişanələri olmayan kəsləri isə həsəd və kin öz ağuşuna aldı, ürəklərini parça-parça etdi. “O, təkdir!”, “O, təkdir!” deməkdən yorulmayan Bilal ibn Rabahın səsinə qarşı Hz.Peyğəmbər çox mehriban olub.

Uca Yaradanın elçisi haqq dünyasına qovuşduqda Bilal ayağa qalxıb azan verdi. Azanın “Əşhədu ənnə Məhəmmədən rəsulullah” sözlərinə çatdıqda hüzn onu boğdu, sözləri ifadə edə bilmədi. Müsəlmanlar hönkür-hönkür ağlamağa başladılar. Həmin hadisədən sonra Bilal üç gün azan verdi. O hər dəfə azan verəndə “Əşhədu ənnə Məhəmmədən rəsulullah” sözlərinə çatdıqda ağlayır və ağladırdı.

Bu itkiyə dözə bilməyən Bilal ibn Rabah Rəsulullahın xəlifəsi Əbu Bəkrdən onu azan verməkdən azad etməyi və Şam torpaqlarında Uca Allah yolunda cihada qoşulmaq üçün icazə istədi.

Əbu Bəkr əs-Siddiq onun bu istəyi və Mədinəni tərk etmək arzusu barədə tərəddüd etdi.   

Onda Bilal:

– Əgər məni özün üçün satın almışdınsa, məni saxla! Yox əgər məni Uca Allah üçün azad etmisənsə, onda məni azad etdiyin kimsəyə burax! – dedi.

Əbu Bəkr:

– Allaha and olsun ki, səni yalnız Uca Allah üçün satın aldım və yalnız Uca Allah üçün azad etdim – dedi.

Bilal göz yaşları axıdaraq:

– Mən Rəsulullahdan sonra azan verə bilmirəm – dedi.

Əbu Bəkr ona:

– Sən azadsan – deyərək onun getməsinə izin verdi.

Bilal ilk heyyətlə Mədinədən ayrıldı və Dəməşq yaxınlığındakı Dariyyə adlanan yerdə azandan ayrı yaşamağa başladı.

Bilal saleh bir bəndə idi. Hz.Peyğəmbərdən sonra o, kimsə üçün azan ifa etmədi. O, Hz.Məhəmməd məqamının paklığı keşiyində durdu, Hz.Peyğəmbərin azançısı olmaq iftixarını qorudu. Bəli, bu səbəbdən də Hz.Peyğəmbərin vəfatından sonra Bilal bir daha azan ifa etmədi. Ümmət Bilalın könül oxşayan tövhid azanının intizarında qaldı.

Uca Yaradan bu insanları Hz.Peyğəmbərə Müqəddəs İslamı yaymaq üçün silahdaş seçmişdi. Onlar bu yolda heç nəyi – nə canlarını, nə də mallarını əsirgəmədilər. Bu yolda ailələrini, evlərini, vətənlərini tərk edib öz dinlərini qorumaq üçün hicrət etdilər. Ən çətin

anlarda Hz.Peyğəmbər ilə hər şeyə dözdülər və bununla da tarixdə humanist və əzəmətli bir nəsil kimi tanındılar.

Bilal uzun illər Hz.Peyğəmbərin yanında olduğundan onun bir çox buyruqlarını yadda saxlamışdı. O, Hz.Məhəmmədin sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın Hz.Peyğəmbərin dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Hz.Peyğəmbərdən xatirələr nəql etməklə müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.

Səmaların carçısı Bilal ömrünün sonuna kimi Dəməşqdə yaşadı. Ölüm yatağında olarkən zövcəsi yanında oturub ağlaya-ağlaya deyirdi: “Nə kədərli gündür!” Bilal isə hər dəfəsində gözlərini açaraq: “Yox! Nə sevimli gündür!” - deyirdi. Bilal son nəfəsini verərkən bu sözləri təkrarlayırdı: “Sabah Hz.Məhəmməd və səhabələri ilə görüşəcəyik”.

Bilal 63 il yaşadı. O, Dəməşq yaxınlığındakı “Babus-səğır” adlı yerdə bəzi səhabələrlə yanaşı dəfn olundu. Hazırda onun məzarı üzərində qübbə inşa edilib və bu yer mərifət əhlinin ziyarətgahıdır. Şam müsafirləri öz ehtiramlarını bildirmək üçün Bilalın məzarını ziyarət edirlər.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ