Cümə axşamı günü, 12 noyabr 2026
     

Postsovet ölkələrində Qərb və Rusiyanın təsirlərini səssiz sıxışdıran tarixi faktor meydana çıxır

Image


Postsovet ölkələri uğrunda Qərb və Rusiyanın geosiyasi, geoiqtisadi müstəvidə apardığı kəskin mübarizə bu gün də davam edir və görünən odur ki, qarşıdakı dövr ərzində bu mübarizə daha da şiddətlənəcək. Yaranmış vəziyyətdə postsovet ölkələri arasında artıq müəyyən qütbləşmə də müşahidə olunur. Onların bəziləri Qərbin, bəziləri isə Rusiyanın təsir dairəsi altındadır. Düzdür, burada  balanslı siyasət yürüdüb hər iki tərəflə yaxşı münasibətlər saxlaya bilənlər də var ki, onların da başında Azərbaycan gəlir.

Ümumiyyətlə, Azərbaycanın postsovet, o cümlədən Qafqazda marağı olan bütün qüvvələrlə münasibəti əsl uğur nümunəsi olaraq qəbul edilir. Yaranmış vəziyyətdə daha bir diqqətçəkən məqam postsovet məkanına digər oyunçuların da iddialı olmasıdır. Karnegi Moskva Mərkəzi bu xüsusda maraqlı təhlil hazırlayaraq digər oyunçuların sözügedən məkanda sürətlə mövqelərini gücləndirdiyini bildirir: “Son iyirmi ildə postsovet məkanında Qərblə Rusiya arasında rəqabətin müxtəlif formaları haqqında çox yazılıb. Şübhəsiz, bu rəqabət vacibdir, ancaq regionda başqa geosiyasi proseslər də gedir. Avropa Birliyi, ABŞ və Rusiyanın keçmiş sovet respublikalarında gərginliyi artırıb-azaltmaq istiqamətində aktiv səyləri fonunda çox az adam üçüncü ölkələrin bu məkanda tədricən aktivləşməsinə diqqət yetirib. Hələlik bu ölkələrdən heç biri regiona əhəmiyyəti baxımından Rusiya, AB və ABŞ-la müqayisə edilə bilməz. Lakin onların hamısı birlikdə postsovet məkanında Moskvanın siyasi, iqtisadi və hərbi dominantlığını, həmçinin Qərbin təsirini dağıdır. Keçmiş sovet respublikaları və üçüncü ölkələr arasındakı münasibətlərin əsasını mənfəət yarışı təşkil edir. Bu, azad ticarət haqqında sazişlərin yayılması, həmçinin ikitərəfli ticarətin artmasında özünü göstərir. Gürcüstan, Moldova, Ukrayna kimi ölkələr Türkiyə və Çinlə, Fars körfəzi ölkələrilə əməkdaşlıq haqda sazişlər imzalayıb. Rusiya Moskvanın iqtisadi təsirini, həmçinin AB-nin fəaliyyətini kölgədə qoyan Çin aktivliyinə diqqət yetirmir. Çin və Türkiyə Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın ən böyük ticarət tərəfdaşlarının yer aldığı beşlikdədir.  

Nəqliyyat və turizm əlaqələri də genişlənir. Regional aviaşirkətlər yeni marşrutlar açır və əlavə reyslər işə salır. Üçüncü ölkələrlə dəmiryol əlaqəsi də inkişaf edir. Ötən il təxminən 10 ildir davam edən Bakı-Tiflis-Qars dəmiryol xəttinin inşası başa çatıb, üç ildən sonra isə bu yolun İranla birləşən 180 kilometrlik qolu tikilə bilər. “Şərq tərəfdaşlığı” ölkərinin demək olar hamısının aviaəlaqəni genişləndirməsi və viza tələblərini yumşaltması üçüncü ölkələrdən turist axınına gətirib çıxarıb. Statistika öz sözünü deyir: ötən il Gürcüstan üçüncü ölkələrdən 1,7 milyon nəfər və Rusiyadan 1,39 milyon nəfər turist qəbul edib, Azərbaycanda isə üçüncü ölkələrdən və Rusiyadan turist sayı 850 min nəfər təşkil edib. Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankı Azərbaycan və Türkiyə arasında qaz kəmərinin inşasına 600 milyon dollarlıq krediti təsdiqləyib. Belarusda Çin yerli tərəfdaşlarla sənaye parkı təşkil edib, ilin əvvəlində 1 milyard dollarlıq investisiya müqavilələri bağlayıb”. Bununla yanaşı, mərkəz hərbi müstəviyə də diqqət çəkir. Məsələn, qeyd olunur ki, üçüncü ölkələrlə əməkdaşlıq digər MDB ölkəlri, xüsusən də Azərbaycanın  hərbi potensialının möhkəmlənməsinə gətirib çıxarır: “Türk və İsrail şirkətləri ilə birgə təşəbbüs sayəsində Azərbaycan silah, sursat və pilotsuz uçuş aparatlarının istehsalını artırıb. “SIRPI”nin məlumatına əsasən, ötən il Azərbaycan idxalında İsrailin payı 29%-ə çatıb. Halbuki, 2010-2017-ci illərdə Rusiyanın payı 20% azalıb”.

Bununla yanaşı bildirilir ki, postsovet məkanında üçüncü ölkələrin aktivliyinin artmasının iki səbəbi var: bir tərəfdən, Rusiya və Qərb alternativlərinə tələb artıb, digər tərəfdən, regionda yeni, iddialı iqtisadi və siyasi oyunçular meydana çıxıb: “Son on ildə haqqında bəhs etdiyimiz üçüncü ölkələrin çoxu zəngin və iddialı olub. Onların xaricə əlavə resurs investisiya etməsi üçün vəsait və siyasi iradələri var və Şərqi Avropada bu investisiyalar aktivləşib. Adətən, bu kontekstdə Çin qeyd olunur, ancaq eyni sözlər Türkiyə və bəzi ərəb dövlətlərinə də aiddir. Postsovet dövlətlərinə gəldikdə, onlar birmənalı şəkildə xarici siyasi və iqtisadi əlaqələrin diverfikasiyasında maraqlıdır. Nəticədə bir çox postsovet dövləti üçün xarici siyasi və iqtisadi imkanlar spektri genişlənir və onların çoxvektorlu xarici siyasətlərinin əsasını möhkəmlədir. Onlar istədikləri vaxt həm Moskvaya, həm də Qərb paytaxtlarına “yox” demək imkanı əldə edir. Başqa sözlə, üçüncü ölkələrin güclənməsi həm Rusiyaya, həm Qərbə nəzərəçarpan təsir göstərməyə başlayır.

Üçüncü ölkələrin güclənməsi regionda Rusiya və AB-nin iqtisadi təzyiq vasitələrini də tədricən zəiflədir (burada Birləşmiş Ştatların iqtisadi iştirakı nəzərə çarpmır). Üçüncü ölkələrin güclənməsi AB-nin region dövlətləri qarşısında siyasi tələblər qoymaq imkanını məhdudlaşdırır. Bu heç əvvəl də yaxşı alınmırdı. AB islahatlarda israr edir. Ancaq Brüssel getdikcə daha tez-tez – özü də nəinki Minsk və Bakı, həmçinin Kiyev və Kişinyovdan da – bu sözləri eşidir: AB müəyyən islahatların keçirilməsində çox israr etsə, bu ölkələr investisiyaların cəlb edilməsi və xarici bazarlara çıxış əldə etmək üçün başqa imkanları dəyərləndirə bilər. Şərq qonşular tez-tez deyirlər ki, avropalılar bundan sonra da bu qədər sual versələr, heç bir sual verməyən çinlilər, türklər və ərəblər tapılacaq. Rusiya isə Qərblə müqayisədə üçüncü ölkələrə düşmən gözü ilə baxmır, onları daha məqbul hesab edir. Amma həm Rusiya, həm Qərb yeni reallığı dərk etməlidir. Son iyirmi ilin böyük bir hissəsini onlar postsovet məkanı uğrunda mübahisə aparıblar. İndi isə ətrafa boylanıb bir məsələni dərk etməyin vaxtı gəlib çatıb: onların hərdən “ümumi qonşuluq” adlandırdıqları region nəinki Rusiya və Qərb, həmçinin digər ölkələr üçün də ümumi olmağa başlayıb. Bu dövlətlərin yerləşməsi üçün həm Rusiya, həm Qərb sıxlaşmalı olacaq”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ