Cümə axşamı günü, 12 noyabr 2026
     

İranla İsrail addım-addım müharibəyə doğru... İsraildən “İranın yarım ton ağırlığında məxfi nüvə arxivini ələ keçirdik” iddiası... - YENİLƏNDİ

Image


İsrailin baş naziri Benyamin Netanyahu, İranın nüvə razılaşmasına baxmayaraq, gizli nüvə silahı proqramı olduğunu bildirib. Baki-xeber.com xəbər verir ki, Tehranın gizli nüvə silahı fəaliyyətinə dair əllərində yeni və konkret sübutlar olduğunu deyən Netanyahu, İranın nüvə proqramına aid məxfi arxivinin surətini də ələ keçirdiklərini iddia edib.

O, İsrail kəşfiyyatının İranın nüvə proqramı haqqında 183 CD-də 55 min səhifəlik gizli məlumatları ələ keçirdiyini bildirib. Netanyahu deyib ki, İran ən yüksək səviyyədə nüvə proqramını davam etdirmək əzmində olub. İsrail lideri, İran hökumətinin əvvəllər nüvə silahı hazırladığına dair iddiaları israrla təkzib etməsinə baxmayaraq, ələ keçirdikləri yarım ton ağırlığında olan sənədlərin Teharanın nüvə silahı proqramlarını sübut etdiyini deyib.

Netanyahu İranın 2015-ci ildə dünyanın altı dövləti ilə nüvə sazişini imzaladıqdan sonra özünün nüvə proqramına aid arxivini gizlətdiyini bəyan edib.

Ələ keçirdikləri 100-dən çox sənədin 2015-ci il nüvə razılaşmasının yalanlar üzərində qurulduğunu sübut etdiyini deyən Netanyahu bildirib ki, əllərindəki sənədlər İranın bütün dünyanı aldatdığını ortaya qoyur.

Baş nazirin sözlərinə görə, bu materiallar İranın “beş Hirosima bombasına bərabər bomba” düzəltmək və onu ballistik raketə yükləmək planının olduğunu göstərir.

O, ələ keçirilən sənədləri Birləşmiş Ştatlarlarla paylaşdığını da deyib.

İsraildən Putinə dəvət... 

İsrail lideri CNN-ə açıqlamasında isə, ələ keçirilən dosyaların araşdırlması üçün mütəxəssis göndərəcək ABŞ, İngiltərə və Fransadan başqa, Rusiya prezidenti Vladimir Putinə də dəvət göndərdiyini deyib: "İranın nüvə proqramı ilə əlaqədar sənədləri araşdırmaq üçün ABŞ, İngiltərə, Fransa və Putini dəvət etdim".

İran Netanyahunu yalan danışmaqda ittiham etdi

İranın xarici işlər naziri Cavad Zərif isə İsrailə Twitter hesabından cavab verib. O, Netanyahunun insanları aldatdığını deyb. Zərif Twitter-də "Son dəqiqə: Yalançı çoban yenə iş başında. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı karikatura fiyaskosu da əzmini qıra bilmədi. Artıq kiçik bir zümrənin aldada bilərsən" mesajını yazıb.

İranın xarici işlər nazirinin müavini Abbas Araqçı isə İsrailin Netanyahunun son bəyanatlarını “cəfəng şou” adlandırıb: “Bu bəyanat cəfəngiyyatdır. Netanyahunun Trampın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı qərarını gözləməsi bunun bir teatr olduğunu göstərir. İsrail isə səhnədə ən yüksək səviyyədə rol oynadı”.

Avropa İttifaqından Netanyahunun bəyanatına reaksiya…

İsrailin baş nazirinın səsləndirdiyi bəyanata Avropa İttifaqı da reaksiya verib. Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib ki, bunlar İranın nüvə razılaşmasının müddəalarını pozduğunu sübut etmir: “Netanyahunun bəyanatında eşitdiyim İranın Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərini yerinə yetirmədiyini sual altına qoymadı”.

ABŞ-dan ilk açıqlama...

İsrailin baş nazirinin İranın gizlicə nüvə silahı istehsalı ilə məşğul olduğunu təsdiqləyən sənədlər əldə etdiklərini söyləməsindən sonra ABŞ da məsələyə münasibət bildirib. Dövlət katibi Mayk Pompeo yazılı açıqlamasında bildirib ki, məlumatlar İranın nüvə proqramının uzun illərdir davam etdiyini göstərir: "Bu, İranın nüvə silahı və raket sistemlərini inkişaf etdirməsinin sübutudur. İranın atom proqramı ilə bağlı çox böyük arxivini dünyadan və AEBA-dan bu günədək gizlədib”.

Britaniya hökuməti də Netanyahunun bəyanatına münasibət açıqlayıb: “Biz İrana və onun nüvə niyyətlərinə heç vaxt sadəlövh yanaşmamışıq”. 

İsrail baş naziri və müdafiə nazirinə müharibə elan etmək səlahiyyəti verildi

İranla gərginliyin yüksək olduğu bir vaxtda İsrail parlamenti İsrail Baş naziri Benyamin Netanyahunun və İsrailin müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə imkan verən qanunu təsdiqləyib. Baş nazir və müdafiə nazirinin müharibə qərarına və ya hökumətin razılığı olmadan hərbi əməliyyata başlamasına icazə verən qanunun əleyhinə 41, əleyhinə isə 62 nəfər səs verib.

Onu da qeyd edək ki, Netanyahunun açıqlamalarından əvvəl İranın qarşıdakı 48 saat ərzində İsrailə qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığı və İsrail hökumətinin bununla bağlı kəşfiyyat məlumatı əldə etdiyi iddia edilirdi. İddiaya görə, İsrail baş naziri ən qısa zamanda bununla bağlı xalqa müraciət edəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişini dəfələrlə tənqid edib və Vaşinqtonun bu müqavilədən çıxa biləcəyini söyləyib. Tramp bununla bağlı mayın 12-dək qərar verməlidir. Tramp əgər razılığı yenidən təsdiqləməsə, Birləşmiş Ştatlar İrana qarşı sanskiyaları bərpa edə bilər.

ABŞ dövlət katibi Mayk Pompeo isə Yaxın Şərqdəki regional müttəfiqlərini sanksiyaları dəstəkləməyə çağırıb. O, ABŞ prezidentinin Birləşmiş Ştatlar və digər beş ölkənin İranla 2015-ci ildə imzaladığı nüvə razılığından geri çəkilmək planını təsdiqləyib: “Prezident Tramp nüvə razılığı ilə bağlı fikrini açıq ifadə edib. Bu razılığın bir çox nöqsanı var. O, administrasiyaya razılığa düzəlişlər etməyə dair göstəriş verib. Əgər nöqsanları düzəldə bilməsək, o, razılıqdan geri çəkiləcək,”

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Ancaq 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

İsrail də bu razılığa danışıqlar zamanından bəri qəti qarşı çıxıb.

TAHİR



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ