Ermənistanda bir neçə gündür davam edən xalq etirazları sonda öz nəticəsini verdi. Bu ölkədə konstitusiyada edilmiş dəyişiklikdən sonra (prezident respublikasından parlament respublikasına keçid) özünü Ermənistanın baş naziri seçmiş keçmiş prezident və yeni baş nazir Serj Sarkisyan məcburi qaydada istefa verdi. Əli minlərlə erməninin qanına bulaşmış qatil, terrorçu Serj Sarkisyan eyni zamanda 89-cu ildən 94-cü ilə qədər Qarabağda törətdiyi cinayətlərin də cavabını verməli olacaq.
Dünyada XX əsrin ən ağır faciəsi olan Xocalı soyqırımının başda gedən isimlərindən biri məhz Sarkisyandır. Onun komandanlığı ilə 26 fevral 1992-ci ildə Xocalı soyqırımı törədildi: aralarında körpələr, qocalar, qadınlar olmaqla 613 dinc sakin insanlığa sığmayan şəkildə, amansızlıqla qətlə yetirldi. Güman edirəm ki, yaxın zamanlarda biz dünyanın ən təhlükəli terrorçularından biri olan S.Sarkisyanı müttəhimlər kürsüsündə görəcəyik.
Ermənistanın sabiq təhlükəsizlik xidmətnin rəisi, müdafə naziri və son 10 ildə ölkənin prezidenti olmuş S.Sarkisyanın fəaliyyətinə dair Ermənistanın keçmiş baş naziri Hrant Baqratyanın jurnalistlərlə keçirtdiyi görüşündə söylədiyi fkirləri xatırlatmaq istərdik: “Serj Sarkisyan Ermənistanı 100 il geri saldı. Bu şəxs ölkəyə elə bir zərbə vurdu ki, onun sağalmasına xeyli müddət vaxt lazımdır. Siz fkir verin, Ermənistanın xarici borcu 7 milyard dolları keçib. Bu, Ermənistanın təqribən iki il yarımlıq dövlət büdcəsi deməkdir. Mən deyərdim ki, Afrikanın ən geridə qalmış dövlətində belə bir göstərici yoxdur. Son 10 ildə biz nəyin şahidi olduq? Ermənistanda özbaşınalığın, korrupsiya-rüşvətxorluq hallarının geniş vüsət alması və ölkəni birdəfəlik tərk edənlərin sayının durmadan artmasının və s. Siz bilirsinin bu cinayətkar rejimin
özbaşınalıqları ücbatından milyon yarım əhali ölkəni birdəfəlik tərk edib? Bu gün Ermənistanda elə bir ailə tapılmaz ki, onun iki üzvü xaricə iş dalınca qaçmasın. Söhbət Ermənistanda bu günə kimi ən ağır vəziyyətlərə dözüb qalan ailələrdən gedir. Yəni onlar imkan tapıb ölkədən çıxa bilmirlər. Bu rejim eyni zamanda Ermənistanda sözün əsl mənasında bir başıpapaqlı da qoymadı. 2008-ci ilin 1mart hadisələrini xatırlayın (Sarkisyanın ilk prezident seçildiyi vaxt). Həmin vaxt o meydanda etirazçılardan biri də mən idim. Orda-burda deyirlər 12-15 nəfər adam öldü. Ancaq həmin vaxt 100-ə yaxın dinc erməni qətlə yetirildi. 99-cu ilin 27oktyabr parlament hadisələrində Ermənistanın qaymaqları güllələndi. Mən bu günə qədər dünyada dövlət xadimlərinə qarşı ikinci belə bir terror aktı baş verdiyinin şahidi olmamışam.
Sarkisyanın bu işlərdən çox yaxşı xəbəri var. Çünki həmin vaxt o, MTX-nın rəhbəri idi. Bu gün siz bilrsiniz Sarkisyanın yaxın ətrafından nə qədər adamlar narazıdır. Daha onlar Ermənistanda hansı cinayətləri törətməyiblər? Bunların hamısı gec-tez açılmalı idi. Mən hesab edirəm ki, Sarkisyan etdiyi əməllərə görə qanunvericilik qaşısında cavab verməlidir. Neçə illərdir ki, erməni xalqı səbrsizliklə bu günü gözləyirdi”. Serj Sarkisyan barəsində erməni müstəqil siyasi-eksperti Aleksandr İskandaryanın da fkirləri maraqlıdır: “Baxmayaraq Sarkisyan prezident olmazdan əvvəl 10 ilə yaxın Müdafə naziri postunda əyləşmişdi, Ermənistan ordusunda çox ciddi problemlər yaşanır. Elə bu səbəbdən gənclər ordudan qaçır. Valideynlər, hər vasitəyə əl ataraq, öz övladlarını ölkədən çıxarır ki, hərbiyə göndərməsin. Qeyri-döyüş şəraitində orduda olan nöqsanlar, cinayətlər, ölüm hadisələri, intiharlar günü-gündən artır. Döyüşlərdə də bir uğur qazana bilmirik. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu maskalanmış bir mif ordu imiş. İki gün davam edən döyüşlərdə yüzdən çox itki və ondan üç dəfə də çox yaralılar oldu”.
İskandaryanın etirafarına onu əlavə etmək lazımdır ki, bəli, aprel döyüşləri ermənilərə əsl dərs oldu. Strateji baxımdan ərazi itkiləri ilə yanaşı, düşmən ordunun bir neçə generalı və yüksək çinli hərbi hissə komandirləri postundan kənarlaşdırıldı. Ancaq uğur qazanan Azərbaycan ordusunda tam əksinə, yeni təltifər və ali rütbələr verildi. Bu bir daha onu göstərdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istədiyi vaxt öz torpaqlarını azad etməyə hazırdır.
Qasım Haciyev, Aydın Eyvazov AMEA Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin əməkdaşları