Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanda “İlham Əliyevlə Qarabağ danışıqlarını kim aparmağı bacaracaq?” sualı ən populyar müzakirələrdə...

Image


Ermənistanda hələ də gərgin müstəvidə cərəyan edən hadisələrin, səngiməyən xalq etirazlarının Dağlıq Qarabağ münaqişəsinə təsiri qaçılmaz hal sayılır. Çünki baş verənlər bu ölkə daxilində qarşıdurmanın miqyasının genişlənməkdə olduğunu, işğalçı dövlətin daha zəif duruma düşdüyünü göstərir. Qarşıdakı günlər ərzində isə vətəndaş qarşıdurmasının daha da genişlənməsi gözlənildyindən, Qarabağ məsələsində İrəvanın mövqelərinin daha da zəif hala gələcəyi gözlənir və bunu elə erməni ekspertləri özləri də açıq etiraf edirlər.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan hakimiyyəti müxalifətin lideri Nikol Paşinyana vermək istəmir. Belə ki, Paşinyan Karapetyanla görüşməyi təklif edib: “Respublika Partiyası qərara gəldi ki, Karapetyana danışıqlar üçün səlahiyyət verməlidir. Biz, əvvəlki kimi, bizim çağırışlarımız çərçivəsində danışıq prosesini davam etməyə hazır olduğumuzu ifadə edirik. Mən Karapetyanı danışıqlar prosesinə dəvət etdim”. O vurğulayıb ki, danışıqlar jurnalistlərin iştirakı ilə keçirilməlidir: “Biz hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmayacağıq”. Amma son məlumatlara görə, K.Karapetyan Paşinyanla görüşdən imtina edib. Karapetyanın mətbuat katibi Aram Araratyan bu xüsusda bildirib: “K.Karapetyan öz fikrində qalır: jurnalistlərin iştirakı ilə danışıqlar nəticəsiz olacaq”. Bu isə Paşinyanın artıq asanlıqla hakimiyyətə yiyələnə bilməyəcəyini, Ermənistanda etiraz aksiyalarının davam edəcəyini göstərir.  

Məlumatlara görə, Paşinyan Karapetyanla görüşməli olduğu “Mariot” otelə gəlib və burada bir daha bəyan edib ki, Karapetyan onunla görüşdən imtina edib. O, Karapetyanın görüşə gəlməməsinə də aydınlıq gətirib: “Karapetyan danışıqları aparan şəxs kimi gücünə əmin deyil. Əgər o özünə əmin deyilsə, Qarabağla bağlı danışıqları necə aparacaq? Bu o deməkdir ki, Respublika Partiyasında tam çaxnaşma hökm sürür, çünki onlar elan ediblər ki, danışıqlara hazırdırlar. Heç bir şərt qoymadan. İndi isə gördüyünüz kimi, Karapetyanın yerində mənim çantam dayanıb. Fikrimcə, onlar özlərinin danışıqlar aparmaq gücünə inanmırlar. Əgər adam ölkə daxilində öz potensialına əmin deyilsə, Qarabağa dair danışıqları necə aparacaq? Biz Azərbaycanla danışıqlarda da belə situasiya ilə qarşılaşacağıq”.

İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan da vəziyyətin qəliz olduğunu etiraf edir O bildirib ki, Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün hər hansı bir vasitədən istifadə etməyib və indi, onun istefa verməsindən sonra iqtidara kimin gələcəyi sualı yaranıb: “Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar danışıqları kiminlə aparacaq? Baş nazir əvəzi K.Karapetyan – texnokrat, Rusiyanın “Qazprom” şirkətində işləmiş rusmeylli şəxs hakimiyyətə tam yiyələnə biləcəkmi? Karapetyanın iqtidara gəldiyi təqdirdə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara təsir göstərəcək. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsi halında, onun təcrübəsizliyi ucbatından danışıqlar prosesinin nəticəsi fərqli olacaq”. Beləliklə, aydın görünür ki, Ermənistanda Azərbaycan rəhbəri ilə danışıqlar apara biləcək şəxs qəhətə çəkilir. Nə Paşinyan, nə də Karapetyan Azərbaycan Prezidenti ilə danışıqlar aparmağa qabil şəxs sayılmırlar. Bəzi ekspertlər qeyd edirlər ki, bu, danışıqlarda şərtləri diqtə edən tərəfin yenə Azərbaycan olacağını göstərən daha bir faktor sayıla bilər.

Amma məsələnin digər bir tərəfi də var. Bu, münaqişənin hərbi həlli və Rusiyanın Ermənistana dəstəyini dayandırması ilə bağlıdır. Məsələ bundadır ki, Nikol Paşinyan baş nazir olana qədər aksiyaları davam etdirəcəyini bildirib. Lakin belə görünür ki, Moskvanın dəstəyinə arxalanan K.Karapetyan buna müqavimət göstərmək istəyir. Digər tərəfdən, nəzərə alaq ki, Kreml artıq proseslərə müdaxilə etməyə başlayıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin gözlənilmədən, həm də məxfi şəkildə İrəvana getməsi bunun təzahürü sayılır. Məlumatlara görə, Patruşevin təyyarəsi Soçidən birbaşa İrəvan hava limanına gedib və qısa müddət sonra Ermənistanı tərk edib. Hələlik bu səfərin məqsədinin nə olduğu aydın deyil. Amma bu səfərdən sonra Karapetyan Paşinyana qarşı mövqe sərgiləməyə başlayıb. Bunun ardınca baş nazirin müavini vəzifəsini icra edən Armen Gevorkyan və xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan işçi müzakirələr aparmaq üçün Moskvaya yollanıblar. Sirr deyil ki, Moskva səfəri dramatik İrəvan hadisələrilə bağlıdır. Hökumətin nümayəndələrinin Rusiya paytaxtına dəvət olunması üçün Moskvada şübhəsiz siyasi qərar verilib. Gevorkyan-Nalbandyan cütlüyü Rusiya elitası ilə görüşlərdə Karapetyanın maraqlarını təmsil edirlər. Bunlar fonunda, prezident Vladimir Putin Karapetyanla telefon danışıqları aparıb. Kremlin rəsmi məlumatına əsasən, tərəflər Ermənistandakı proseslərin Konstitusiya məcrasından kənara çıxmamasının vacibliyi və mayın 1-də parlamentdə yeni baş nazirin seçilməsi barədə danışıblar. Rusiya nümayəndələri Paşinyanla da təmas qurublar, ancaq bu, İrəvandakı səfir səviyyəsində olub. Məlumatlara görə, indiyə qədər Ermənistan hakimiyyətinin “səhmdarları” qismində çıxış edən erməni mənşəli rusiyalı oliqarxlar ona müəyyən mesajlar göndəriblər, Paşinyana çatdırıblar ki, Moskva onun baş nazir olmasına icazə verməyəcək. Belə vəziyyət Kremlin artıq hansı mövqedə olduğunu, fanatik və avantürist siyasətçi saydığı Paşinyanı ən azı baş nazir postuna buraxmamaq üçün hərəkətə keçdiyini göstərir. Çünki N.Paşinyan özünü əvvəllər Rusiyanın qatı tənqidçisi kimi tanıdıb. Məsələyə hətta hərbi səviyyədə müdaxilə də istsina olunmur. “Lragir.am” saytı yazır ki, Ermənistan hakimiyyətinin Moskvaya göndərdiyi nümayəndələr Rusiya rəhbərliyi ilə ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin yeridilməsi barədə müzakirələr aparıblar: “Ermənistan hakimiyyətinin parçalanması prosesi başlayıb. Artıq ölkədəki etirazların liderləri əllərinə düşəcək mühüm imkanı itirdiklərini anlayıblar. Bununla Ermənistanda hərəkatın Moskvaya yaxınlaşdırılması məqsədilə əks-inqilab başlayıb. N.Paşinyan deyir ki, ya baş nazir olacaq, ya da Ermənistanın baş naziri olmayacaq. Hakimiyyət konstitusion proses məsələsində israr edir və Moskvaya ümid edir. Haqik Çarukyan isə sirk göstərərək, mövqeyini tez-tez dəyişir. Çarukyan özünün siyasi aksiyalarının dəyərini artırmaq üçün hərəkata qoşulub və görünür ki, buna nail olub. Artıq onunla erməni əsilli rusiyalı oliqarxlar arasında razılaşmaya dair məlumatlar yayılır”.

N.Paşinyanın Rusiya müdaxiləsi nəticəsində başlatdığı inqilabın yarımçıq qala biləcəyini indi ermənilərin özündə də etiraf edənlərin sayı kifayət qədərdir. Digər tərəfdən, fikirlər səslənir ki, Moskva Qarabağ məsələsində müəyyən gedişlər edərək Ermənistandakı hadisələrin İrəvanın münaqişə ilə bağlı mövqelərini zəiflətməsinə dair görüntü də yarada bilər. Bunun üçün işğal altındakı ərazilərin bir qisminin Azərbaycana qaytarılması yetərlidir. Amma bütün bunlara rəğmən, hadisələr Moskvanın istəmədiyi məcrada da gedə bilər. Yəni Paşinyanın hakimiyyəti ələ keçirməsi variantı da istsina olunmur. Xalqdan tam dəstək alan bu şəxs artıq hakim koalisiyanın dağılmasına nail olub. Daşnaklar Respublika Partiyası ilə koalisiyadan çıxıblar və baş nazir seçkisində Paşinyanın namizədliyinə səs verməyə hazırdırlar. 105 yerlik parlamentdə 31 mandata sahib olan “Çiçəklənən Ermənistan” partiyası və onun lideri, oliqarx Haqik Çarukyan da xalq hərəkatına qoşulub. Respublika Partiyasının sıralarında da ciddi çatlar yaranıb. Parlamentdə səs çoxluğuna malik olan partiyanın üzvlərinin bir çoxu Karapetyana dəstək vermir. Bu baxımdan  Karapetyanın baş nazir postuna namizədliyinin irəli sürülməsi ilə bağlı tərəddüdlər var.  Paşinyan bu şəraitdə hakimiyyəti ələ keçirsə, Kreml Qafqazdakı forpostunu itirəcək.

Rusiyalı politoloq Fyodr Lukyanov Kremlin mövqeyini belə şərh edir: “Moskvada belə qənaət var ki, situasiya tam olaraq Respublika Partiyasının nəzarəti altındadır. Ermənistanın isə geosiyasi situasiyası, üzərində olan uzunmüddətli təhdidlər digər ölkələr kimi məsuliyyətsiz davranmasına imkan vermir. Ermənistanda Rusiyaya fərqli yanaşmalar ola bilər, amma fakt odur ki, Rusiya Ermənistanın təhlükəsizliyinin yeganə qarantıdır. Əgər İrəvan Moskvaya qarşı düşmən münasibət göstərsə, Rusiya Ermənistana qarşı eyni mövqeni sərgiləyəcək. O zaman Ermənistanda situasiya kəskinləşəcək”. Belə şəraitdə Rusiyanın Gümrüdəki 102-ci bazasının bağlanması kimi daha bir məsələ gündəmə gəlir. “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı ekspert Vladislav Şurıqin bununla bağlı maraqlı məqama toxunur: “Rusiyanın Gümrüdəki 102-ci bazasının bağlanmasından Rusiya yox, Ermənistan itirəcək. Rusiya üçün bu baza heç bir real hərbi dəyərə malik deyil. Bu ərazinin Gürcüstan sayəsində Rusiya ilə heç bir əlaqəsi yoxdur. Faktiki olaraq 102-ci baza yerləşdiyi ərazinin əsirinə çevrilib. Bu baza Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun Ermənistan rəhbərliyi və erməni biznesi ilə sıx əlaqələri olduğuna görə yaradılmışdı. Onun yeganə hədəfi isə Ermənistandakı situasiyaya nəzarəti təmin etmək idi.

Əgər Ermənistanın yeni rəhbərliyi 102-ci bazanın buradan çıxmasını tələb etsə, Moskva bu tələbi rahatlıqla yerinə yetirə bilər. Onun yerinə Vyetnam və Kubada yeni baza açmaq daha sərfəlidir. Ermənistan anlamalıdır ki, bu qərardan sonra onlar Azərbaycanla savaşda təkbətək qalacaqlar. 300 % əminəm ki, heç bir ABŞ və ya Britaniya xüsusi təyinatlıları İrəvanı Qarabağ savaşından xilas etməyə gəlməyəcək”. Dağlıq Qarabağ münaqişəsinin bu şəraitdə hərbi həllinin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək isə çətin deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ