Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın haqq səsinə kar olan AŞ PA 29 nəfəri qətl etmiş məşhur kürd terrorçunu həvəslə dinlədi

Image


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya ilə bağlı hesabatında Azərbaycana qarşı açıq-aşkar qərəz müşahidə olunurdu, bu isə qəbuledilməzdir. “Trend”in məlumatına görə, bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Yasin Aktay deyib.

Deputat AŞ PA tərəfindən PYD-nin keçmiş həmsədri Saleh Müslümün dəvət olunmasını xatırladıb: “Əgər korrupsiyadan danışırıqsa, o zaman 29 nəfərin həlak olduğu terror aktının təşkilində şübhəli bilinən terror təşkilatının üzvlərinin hansı qeyri-etik yollarla AŞ PA-da çıxış etmək imkanı qazanmasından başlaya bilərik”.

O bildirib ki, hesabatda AŞ PA-nın yalnız bir üzvünə aid edilən məqamlara diqqət ayrılır: “Bu da elə təəssürat yaradır ki, təşkilatın məqsədi konkret ölkəni qaralamaqdır. Ümumilikdə, hesabatı qiymətləndirərkən elə təəssürat yaranır ki, bu sənəd Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdə problemlərin yaradılması üçün hazırlanıb”.

AŞ PA Azərbaycan barədə Azərbaycanı istəməyənlərlə birlikdə rəy yaradır – obyektivlik harda qaldı...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı hesabatının tamamilə qərəzli və sifarişli olduğu açıq-aydın hiss olunur. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, AŞ PA artıq Azərbaycan üçün o qədər də obyektiv mövqedə olan qurum deyil: "Əgər AŞ PA obyektiv mövqeyə malik qurum olsaydı, onun hesabatlarına inanmaq olardı. Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Əgər AŞ PA obyektiv qurum olsaydı, elə bu məsələyə konkret və obyektiv münasibət bildirərdi. İstər Avropa Şurası, istərsə də AŞ PA həmişə Azərbaycana ikili standartla yanaşıblar və bu məsələlərdə Azərbaycana əsaslı dəstək verməyiblər".

T.Rzayev qeyd edib ki, AŞ PA Ermənistanda göz qabağında olan seçkilərin nəticələrinin saxtalaşdırılması, etiraz aksiyaları, qarşıdurma, etirazçılar arasında xəsarətalma halları, qanunsuz həbslərə hər hansı sərt münasibət bildirməyib: "Niyə AŞ PA bu məsələlərə obyektiv mövqe bildirmir? Amma Azərbaycana gələndə, yalan faktlarla, uydurmalarla çıxış edirlər, Azərbaycanda guya insan hüquqlarının pozulduğunu iddia edirlər. Birincisi, seçki Azərbaycan xalqının iradəsidir, öz seçim hüququdur. Azərbaycan xalqı son 15 ildə ölkədəki vəziyyəti görür, qiymətləndirir və öz liderinə səs verib. Xalq öz prezidentini seçib. Prezident İlham Əliyevin fəaliyyəti nəinki Azərbaycanda, beynəlxalq aləmdə də qəbul olunur. İlham Əliyev ölkədə ilk növbədə sabitliyi təmin edib, ölkədə demokratik şərait yaradıb. Cənab Prezident istəyir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. İkincisi, Azərbaycanın son 15 ildəki inkişafı, beynəlxalq aləmdə nüfuzu göz önündədir və bunu da xalq görüb analiz etmək qabiliyyətindədir. Belə olan halda, bunlar hansı məsələləri qabartmaq istəyirlər? Bütün dünyada qanunu, hüququ pozanlara qarşı tədbir görülür, o cümlədən də Azərbaycanda".

Millət vəkili vurğulayıb ki, Azərbaycanda qanunu pozan, cinayət törədən jurnalist də, deputat da, məmur da məsuliyyətə cəlb edilir: "Qanun hər kəs üçün qanundur. AŞ PA isə Azərbaycanda vəziyyəti öyrənmədən, Azərbaycanı istəməyən qüvvələrin sözü ilə Azərbaycana qarşı mənfi rəy yaradır. Bu, Azərbaycana qarşı yeni bir təxribatdır. AŞ PA bununla Azərbaycana təsir etmək istəyir. AŞ PA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir".

Baş redaktor da Azərbaycanın AŞ PA üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməyə çağırdı

Azərbaycan AŞ PA-nın üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməlidir. Bunu “Trend”ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb: "Xüsusilə Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçirdiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib. Təbii ki, görülən tədbirlər öz bəhrəsini verir. Bu sahədə əldə etdiyimiz uğurlar xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər, dövlət rəsmiləri və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilir. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən AŞ PA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. Qurumun ayrı-ayrı deputatların fərziyyələri, gümanları üzərində qurulmuş subyektiv mülahizələri əsasında Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı son hesabatı da bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, bu hesabat ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır”.

O deyib ki, bu cür hesabatlar bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir: “Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən “təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa. AŞ PA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞ PA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir. Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, Azərbaycan 17 illdir ki, Avropa Şurasının üzvüdür və ölkəmiz hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq olub: “İnsanlarda belə bir sual yarana bilər: bəs 17 illik üzvlük dövründə Avropa Şurası Azərbaycana nə verib? Təəssüf ki, bu sualın elə də ürəkaçan cavabı yoxdur. Çünki ötən 17 ildə AŞ PA işğalçı Ermənistana ciddi şəkildə təzyiq göstərməyib. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımızın taleyi ilə maraqlanmayıb. Əksinə, ölkəmiz bu qurum tərəfindən təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. Əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb qərəzli mövqe nümayiş etdirəcəklərsə, anti-Azərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. Belə olan halda, hesab edirəm ki, Azərbaycan AŞ PA-nın üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməli, öz qəti mövqeyini ortaya qoymalıdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ