Cümə axşamı günü, 02 iyul 2026
     

Azərbaycanın çoxsaylı maneələrdən keçmiş qaz kəməri layihəsinə Avropadan böyük maliyyə dəstəyi…

Image


Azərbaycan qazının Avropaya çatdırılmasında əsas tranzit halqalarından birini təşkil edən “Transadriatik” (TAP) qaz boru kəməri, ona qarşı çıxan qüvvələrin mövcudluğuna rəğmən, uğurla həyata keçirilir. Avropa İnvestisiya Bankının son addımı isə belə qüvvələr üçün yeni sərt zərbə olub.

Belə ki, Avropa İnvestisiya Bankı Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP layihəsinə 1,5 milyard avro kredit ayırıb. Bildirilir ki, ətraflı müzakirələr aparıldıqdan sonra bankın İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bununla yanaşı ona da xüsusi diqqət çəkilir ki, layihə “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi Avropa Şurası, Avropa Komissiyası, Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.

Xaırladaq ki, ötən ilin sonunda Avropa İnvestisiya Bankı TAP layihəsi ilə bağlı daxil olan bir neçə şikayət məktubunu əsas götürərək kəmərə kredit ayrılmasını təxirə salmışdı. Avropa İnvestisiya Bankına kredit üçün isə TAP konserni müraciət etmişdi və bankın İdarə Heyəti  bu müraciətə dair dekabrın 12-də qərar verməli idi. Lakin bankın sonrakı açıqlamasında göstərilirdi ki, noyabr ayında “şikayətçilərdən” qaz kəmərinə dair etirazların əks olunduğu bir neçə məktub daxil olub. Məktublarda deyilirdi ki, TAP ətraf mühitə zərər vurur, italyan fermerlərini ziyana salır. Bununla belə, həmin şikayət məktublarının müəllifləri göstərilmirdi. Bank bildirirdi ki, daxil olan şikayətlərlə bağlı TAP layihəsinin perspektivlərini bir daha nəzərdən keçirəcək. Bankın son qərarı isə TAP əleyhdarlarını yenidən məyus edib. Çünki bank TAP-a kredit ayırmaq qərarına gəlib. Ekspertlər isə hesab edir ki, bütün bunlar “No TAP” ictimai hərəkatına vurulan daha bir sərt zərbə sayıla bilər. Xatırladaq ki, İtaliyada “No TAP” ictimai komitəsi qaz kəmərinin tikintisini ləngitmək üçün ən müxtəlif əməllərə əl atır. “No TAP” komitəsinə İtaliya parlamentində 22 faiz səslə təmsil olunan və şoumen Beppe Grillonun rəhbərlik etdiyi “5 Star” hərəkatı dəstək verir. Beppe Grillo və onun hərəkatı Rusiyaya bağlıdır. Rusiyaya bağlı olan digər siyasi qüvvə kimi tanınan “Şimal liqası” da TAP-a qarşı çıxır. O da məlumdur ki, “Qazprom”un lobbiçiləri Avropada fürsət yarandıqca TAP-a qarşı təbliğat aparır və layihənin iqtisadi rentabelliyini, Avropanın qaz təchizatını şaxələndirmək baxımından imkanlarını şübhə altına almağa çalışırlar.  Lakin Avropa İnvestisiya Bankının layihəyə böyük miqdarda kredit ayırması kəmərə qarşı bütün pozucu cəhdlərin uğursuz olacağını göstərir.  TAP-ın tikintisi üzrə konsorsiumun idarəedici direktoru Luka Skyeppati isə bəyan edir ki, TAP layihəsi İtaliyanın və bütün Avropanın enerji təhlükəsizliyini gücləndirəcək. O qeyd edib ki, TAP İtaliyanı yeni qaz mənbələri ilə təmin edəcək. Direktor bildirib ki, İtaliyanın 35 milyard kubmetr qaz tədarükü haqqında müqavilələrinin müddətinin 2020-ci ildə başa çatacağı nəzərə alınsa, Azərbaycan qazının ölkəyə nəqli onun enerji təhlükəsizliyini gücləndirəcək. Skyeppati TAP layihəsinin İtaliya, Yunanıstan və Albaniyada icrasından da danışıb. İtaliyaya gəlincə, direktor deyib ki, burada TAP-ın reallaşması çərçivəsində mikrotunellərin tikintisi üçün meydançaların hazırlanması işləri yekunlaşıb.

Son məlumatlara görə isə, TAP layihəsi üzrə işlərin,  mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla, ümumilikdə 65 faizi yekunlaşıb. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. Bir daha xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Bütün bunlar isə bəzi qüvvələri ciddi şəkildə narahat edir. Amma görünən odur ki, onların cəhdləri iflasa məhkumdur.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

02.07.2026 / 00:07
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsrin “paslanmış hay silahları”...

01.07.2026 / 23:48
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Avrokomissiya Prezidenti ilə görüşdən görüntülər paylaşılıb

01.07.2026 / 21:58
Ermənistandakı 102-ci Rusiya bazası haqda bəyanat Azərbaycanda etiraz doğurdu...

01.07.2026 / 21:42
Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi - FOTO

01.07.2026 / 21:36
MİQ imtahanları deyilən vaxtda baş tutmadı

01.07.2026 / 21:10
Üç dövlətin lideri Paşinyanı seçki qələbəsi ilə təbrik etmədi...

01.07.2026 / 20:24
Bakı-İrəvan sülh prosesinə Gürcüstanın töhfəsi...

01.07.2026 / 19:59
"Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər" - Lyayen

01.07.2026 / 19:55
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olundu

01.07.2026 / 19:51
Avropa Komissiyası Cənubi Qafqaz üzrə layihələrə 200 milyon avroyadək investisiya yatıracaq - Lyayen açıqladı...

01.07.2026 / 19:50
Korsikanın Fransa üzərində qələbəsi Azərbaycanın sayəsində mümkün oldu...

01.07.2026 / 19:48
Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı Türkiyə oxucularına təqdim olunub

01.07.2026 / 19:45
Prezident: "Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır"

01.07.2026 / 19:44
"Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir" - Prezident

01.07.2026 / 19:42
Rusiya hərbçiləri Çində radiasiya və kimyəvi müharibə təlimi keçib? – Brüssel “hə” deyir, Duma inkar edir…

01.07.2026 / 19:40
Prezident İlham Əliyev: "Bu gün qaz ixracımız yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"

01.07.2026 / 19:37
"Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır" - Prezident

01.07.2026 / 19:36
ƏHMƏD CƏFƏROĞLU HAQQINDA MONOQRAFİYA YAYINLANDI

01.07.2026 / 19:33
Prezident: "Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik"

01.07.2026 / 19:31
"Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk" - Prezident İlham Əliyev

01.07.2026 / 19:24
Lyayen Prezident Əliyevi təbrik etdi - Siz regionda sülh və əməkdaşlığın təşviqində şəxsi liderlik nümayiş etdirmisiniz…

01.07.2026 / 19:20
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

01.07.2026 / 19:19
Meloni Trampa meydan oxudu - "diz çökməyəcəyəm… icazə verməyəcəyəm”

01.07.2026 / 19:15
Azərbaycandakı yəhudi icmaları Knessetdən "erməni soyqırımı"nı tanımamağı xahiş etdi

01.07.2026 / 19:05
Rusiya Hindistan neftinin ümidinə qaldı...

01.07.2026 / 18:55
Trampdan İranla bağlı yeni açıqlama - "Tehran böyük uğurlar qazandı"

01.07.2026 / 18:53
ABŞ prezidentliyinə qayıtdıqdan sonra Trampın qazancı 1 milyardı keçdi - kriptovalyutadan...

01.07.2026 / 18:39
Avroittifaqın sabiq və hazırkı komissarlarının davası başlayıb...

01.07.2026 / 18:28
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşü olub - FOTO

01.07.2026 / 18:11
Rəsmi Bakının Lyayendən konkret umacaqları var - Avrokomissar bunu buraxmasa...

01.07.2026 / 17:43
İsrailin "genosidi siyasi alət etməsi" Paşinyanı çətinə saldı...

01.07.2026 / 17:33
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

01.07.2026 / 17:29
Rəqəmsal inkişafımızda yeni mərhələ başlayır - 3 ildə rəqəmsal olmayan dövlət xidməti qalmayacaq...

01.07.2026 / 17:07
Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - "...tərəfdaşlığı dərinləşdirmək üçün buradayam"

01.07.2026 / 16:48
Avrokomissiya prezidenti Bakıya gəldi

01.07.2026 / 16:37
Trampın oğulları Qazaxıstan volframında pay aldı, Çin və Rusiya şirkətlərinin arzusu gözündə qaldı

01.07.2026 / 16:22
Respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU

01.07.2026 / 16:11
9 mindən çox müəllim işini itirdi...

01.07.2026 / 16:04
Rusiya yanacaq üçün Azərbaycana da üz tutacaq, Moskva möhtac qalıb...

01.07.2026 / 16:01
Polşadan Ukraynaya xəbərdarlıq: “Bandera ilə Avropa İttifaqına daxil ola bilməzsiniz”

01.07.2026 / 15:51
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

01.07.2026 / 15:46
“Ozan Dünyası” Aşıq yaradıcılığının Təbliği İB-də yeni layihəyə start verilib

01.07.2026 / 15:35
Rusiyada bu dəfə deputatların çoxu qadınlar olacaq...

01.07.2026 / 15:27
Brüssel Bakı və İrəvanla regionda yeni birgə layihələr təklif edir, Cənubi Qafqazda Rusiyanı sıxışdırır

01.07.2026 / 15:19
Paşinyan Netanyahunun saxta "erməni genosidi" qərarına heç bir əhəmiyyət vermədi...

01.07.2026 / 15:15
Dünya Taekvondo Federasiyasından parataekvondoçularımıza xüsusi dəvət

01.07.2026 / 15:07
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə tanış olub - FOTO

01.07.2026 / 14:55
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - FOTO

01.07.2026 / 14:49
MEDİA-nın “Fərdi jurnalist müsabiqəsi”nin nəticələri bəlli oldu

01.07.2026 / 14:45
Ukraynadan sonra Rusiyanın vuracağı ölkə barədə müzakirə başlayıb...

01.07.2026 / 14:27
"Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsinin üçüncü mərhələsinə start verildi

01.07.2026 / 14:01
Onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələri açıqlandı

01.07.2026 / 13:55
“İdrak” liseyində güllələmə işi - ittiham aktı elan edildi...

01.07.2026 / 13:47
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı

01.07.2026 / 13:37
Dohada İran və ABŞ arasında danışıqlar başlayıb...

01.07.2026 / 13:28
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür

01.07.2026 / 13:16
Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan bankları hesablara rublla qoyulan əmanətləri məhdudlaşdırmağa başladı...

01.07.2026 / 12:57
Rusiya Kiyevi ələ keçirmək üçün yeni hücuma başlayır - Putin orduya əmr verdi...

01.07.2026 / 12:09
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə...

01.07.2026 / 11:51
Şahdağa qar yağdı

01.07.2026 / 11:34
Qərb nüvə silahının yeni yaranacaq respublikaların əlinə keçəcəyindən ehtiyatlanır

01.07.2026 / 11:17
Prezident İlham Əliyev Kanadanın General-Qubernatoruna məktub ünvanlayıb

01.07.2026 / 11:15
Prezident İlham Əliyev Somali Prezidentini təbrik etdi

01.07.2026 / 11:03
DÇ - 2026: 1/8 finalın daha üç iştirakçısı bu gün müəyyənləşəcək...

01.07.2026 / 10:30
"BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı

01.07.2026 / 10:20
Leyla Əliyeva Şəkidəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub - FOTO

01.07.2026 / 10:05
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO

01.07.2026 / 09:51
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb - FOTO

01.07.2026 / 09:26
Azərbaycanda qadınların pensiya yaşı artırıldı

01.07.2026 / 09:07
ABŞ daha iki amfibiya gəmisini Yaxın Şərqə göndərdi - niyəsi maraqlıdır…

01.07.2026 / 06:40
Rusiya bəzi sərhəd keçidlərini bağladı - İlginc…

01.07.2026 / 05:30
ABŞ-da hakerlər “cekpot”u apardı - FTB 4 nəfəri həbs etdi

30.06.2026 / 23:16
Putinin məşhur superyaxtası Danimarka sahillərində göründü – ordu hərəkətə keçdi...

30.06.2026 / 22:43
Avrokomissiya sədri Bakıya əliboş gəlir, Bakıdan İrəvana çox şey aparacaq...

30.06.2026 / 22:25
Qaluzin “Rus Evi”nin bərpasında Azərbaycan üçün süni maraq gündəmi yaratmaq istəyir...

30.06.2026 / 21:56
Rusiya AZAL təyyarəsi barədə “bütün məsələləri həll edib”, Azərbaycanda isə hələ suallar qalır...

30.06.2026 / 21:33
Nyu-Yorkda istilik xəbərdarlığı - təcili yardım planı aktivləşdirildi

30.06.2026 / 21:02
Ermənilərin apellyasiya məhkəməsi davam edir...

30.06.2026 / 20:17
Paşinyan gözlənilənlərin əksinə İsrailin qondarma "erməni soyqırımı"nı tanımasına səssiz qaldı...

30.06.2026 / 19:50
Pakistan qonşuları ilə müharibəyə cəlb olunur - ilk cəbhə Əfqanıstan, ikincisi Hindistandır...

30.06.2026 / 19:26
Xaricdən 10 manata gələn bal 39 manata satılır - yerli istehsal məhv olur...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ