şənbə günü, 14 noyabr 2026
     

“Reket jurnalistika”nın “xaç ataları”...

Image


Deyəsən “reket jurnalistika” ilə bağlı artıq ikinci dəfədir yazıram. İndi yaman dəbə minib bu barədə yazmaq. Sanki Xristofer Kolumb ikinci dəfə Amerika kəşf edib. Hamı yaxşı xatırlayır ki, müstəqil mətbuat yaranandan bəri hər zaman “reket jurnalistika” məsələsi aktual olub. Amma vaxt olub çox irəli çıxıblar “reket jurnalistlər”, vaxtlar da olub ki, əsl partizanlar kimi geriyə çəkilib pusqu qurublar. Vəziyyətə və situasiyaya uyğun hərəkət ediblər.

Amma fakt odur ki bunlar həmişə “iş başında” olublar. Mətbuatda daha çox kriminal xof yaradan “reket jurnalistika” adlı “media xərçəngi” əlini-qolunu sallayıb dolaşıb indiyə kimi. Əlahəzrət fakt belədir. İstəsək də, istəməsək də. 
A kişilər, guya neçə illərdir əxlaq və mənəviyyatını bakirəliyi kimi ayaq altına atan, ərinə min cür rəzilliklə xəyanət edib, halal ailə namusuna, ər çörəyinə təpik atan, əvəzində “əzabkeş qadın” cildinə girib yalançı KİV vəsiqəsini cibinə qoyan, onun-bunun qollarında dolaşan əxlaqsız qadınlar “jurnalist” sifətinə bürünüb mətbuatda at oynatmırlarmı?. Oynadırlar!. Özü də lap möhkəm. 
Əsl peşəkar jurnalistika ilə məşğul olan, qələmi ilə tanınan və yüzlərlə oxucunun hər gün yeni yazılarını qəzet səhiflərində, elektron KİV-lərdə axtardığı qələm sahibləri aylıq məvaciblə birtəhər ailəsini dolandırmağa çalışırsa, əvəzində bu “reket jurnalistlər” bahalı “CİP”lərdə, “LEXSUS”larda gəzir, villalarda yaşayır, əlləri pulla “oynayır”. Hələ bu bir yana, normal jurnalistin illərlə nail ola bilmədiyi məqsədlərə bunlar bircə zənglə nail olurlar. Bu, gerçəkdən əsl faciəli durumdur mətbuat üçün.
Yaradıcı təfəkkürü, mədəniyyəti və ziyalılığı bir tərəfə qoyuram, adicə iki kəlmə cümləni latın qrafikası ilə ard-arda yaza bilməyən, beyin hüceyrələrindən bir cümlə cəhənnəmə, iki-üç hərfi uyqun şəkildə sıraya düzməkdə cəhənnəm əzabı çəkən bu “əzabkeş qadın qrupu” neçə illərdir ki, peşəkar jurnalistikaya müsibətlər yaşatmırmı?-yaşadır. “Reket jurnalistika”nın “xaç ataları” həmişə öz məqsədinə çatmaq üçün bu cür qadın qruplarından məharətlə istifadə ediblər. Səbəb də artıq hamıya məlumdur məncə...
Bu reket “jurnalistlər” ildə iki-üç dəfə dərc olunan, əsasən də küçə səviyyəli cızmaqaraların, daha çox bölgələrdəki vəzifəli şəxslərin, onların ata-babalarının, qohum-əqrəbasının şəninə deyilən əttökən təriflərin yer aldığı kağız parçalarının “vəsiqələrini” cibinə qoyub ortalıqda fırlanıblar, daima “iş başında olublar”. Yüz dəfə təəssüf ki, yenə də belədir...
Bunların “yemi” də daha çox işində min bir “ÇEPESİ” olan rüşvətxor və o rüşvətdən dolayı da çiyinlərində cinayət “əbası” ilə dolaşan adamlar olub. Əslində isə, mətbuata bulaşmış bu “mediya xərçəngi” neçə illərdir ki, bizimlə yol gəlir. Yarı gizli, yarı aşkar. Bəlkə bu illər ərzində bu dərəcədə həyasız forma almayıb deyənə gözə də görünməyib. Amma indi vəziyyət başqadır. 
İndi artıq o rüşvətxor “əbasında” dolaşanlar, demək olar ki, ortada yoxdurlar. Niyə?.
Çünki Asan Xidmət sisteminin işə düşməsi ilə illərin bürokrat icra əngəlləri də tarixin qəbiristanlığına gömüldü getdi. 
Daha sadə vətəndaşlar rüşvətxor və bürokrat adamların qapılarının ağzında bir sənədə qol çəkdirmək üçün günlərlə, həftələrlə, hətta aylarla növbə gözləməli olmurlar. Daha kiməsə, “görüm-baxım” etmək üçün boğazından kəsib hansısa rüşvətxorun “boğazını yağlamaq” lazım olmur.
Bu reket “jurnalistlərin” də əsl qazanc yeri idi süründürməçi, bürokrat sənəd-sünəd işləri ilə məşğul olub “rüşvət gölündə” kef çəkənlər. Elədikləri cinayətlərə, aldıqları rüşvətə görə dili gödək olan və əməllərinin ifşa olunmasını istəməyən rüşvətxor və bürokrat adamlar onları hədələyən və pul tələb edən reket jurnalistlərin dostu olublar həmişə. Həm də bu “dostluq” ona görə olub ki, həmin rüşvətxorlar elədikləri cinayətlərin dil-ağıza düşməməsi üçün bu “reket jurnalistlərin” hər dediklərini artıqlaması ilə yerinə yetiriblər.
İndi necə etmək lazımdır ki, bunların kökünü mətbuatdan birdəfəlik kəsib ataq?. İlk növbədə yazılı mətbuatla bağlı ciddi qərarlara ehtiyac var. Çünki bunların əsas ayaq açdığı məkan yazılı mətbuatdır. Onların və “davamçıları” olan bir çox yalançı “jurnalistlərin” ürəklərinin başında gəzdirdikləri və “çörək ağacı”  kimi baxdıqları “qəzetləri” ortadan qaldırmaq lazımdır. Niyə,-çünki ayda ən azı 5-6 nömrə dərc olunmayan, işıq üzü görməyən qəzet necə ciddi mətbuat orqanı sayıla bilər ki? Məhz ayda-ildə bir iki nömrə dərc olunan yalançı qəzetlərdir bunları “yaşadan”. Bunların elektron mediaya “əl uzatmaları” bir qədər çətin məsələdir. Nə intellektual resursları imkan verir buna, nə də burda məskən salmaları üçün istədikləri şərait var. Düzdür, bəzi qeyri-ciddi saytlarda bunların “yuvaları” var. Amma o ayda bir-iki dəfə çıxan “qəzetlərdə” olduğu kimi deyil axı. Məncə biz günü bu gün bunun qarşısını almasaq, onları mətbuatdan əsl xərçəng yuvası kimi söküb atmasaq, mətbuatın “fatihəsi” barədə danışmalı olacağıq...

Mətləb SALAHOV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ