Bazar günü günü, 15 noyabr 2026
     

Rusiyanın Azərbaycana tuşladığı “Yaqland gülləsi” maraqlı reaksiyalar doğurub

Image


Aydın Mirzəzadə: “Azərbaycana diktə etmək kimi səlahiyyətləri heç kim ona verməyib”
Qabil Hüseynli: “Avropa Şurasının ermənipərəst mövqe tutmasına heç kimin şübhəsi yoxdur”

 

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş "REAL" təşkilatının rəhbəri İlqar Məmmədov azadlığa buraxılmadığına görə Azərbaycanın qurumdan kənarlaşdırılmaq ehtimalının olduğunu dilə gətirməsi ölkə ictimaiyyətinin hiddətinə səbəb olub.

Əslində, təkcə Avropa Şurası deyil, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən analoji bəyanatların veriləcəyi gözlənilən idi. Azərbaycanın beynəlxalq nüfuzunun artması, beynəlxalq reytinq cədvəlində irəliləyərək inkişaf etmiş ölkələri belə geridə qoyması, ən əsası isə, qarşıdan gələn prezident seçkiləri bu tip addımların atılma ehtimalını artırırdı. Müəyyən təhlillər göstərir ki, Yaqlandın Azərbaycana qarşı bu kampaniyanı aparmasında bizimlə qonşu olan bəzi ölkələrin də əli var. Çünki  çox ciddi əsaslar olduğu halda, o, bu sərt mövqeyini ruslara qarşı nümayiş etdirmir. Vaxtaşırı Rusiyaya səfər edən bu şəxsin, əslində, ruslara işləməsi barədə məlumatlar da səslənir. Ümumiyyətlə, o, Rusiya barəsində daim yüksək fikirdə olduğunu, Avropanın Rusiya ilə əlaqələrini davamlı olaraq genişləndirməli olduğunun vaciblyini önə çəkir. Burada bəzi konkret nümunələrə diqqət etmək yerinə düşərdi. Hələ 2016-cı ilin dekabrında Moskvaya səfəri zamanı baş katib Rusiya prezidenti Vladimir Putinə bildirmişdi ki, Rusiya və Avropa Şurası arasında əməkdaşlıq fundamental şəkildə zədələnməyib. Bir müddət öncə Fransa prezidenti Emmanuil Makronla görüşdə isə Yaqland bildirib ki, Rusiyanı Avropa Şurasının tamhüquqlu üzvü kimi görmək istəyir. O, fikirlərini belə əsaslandırıb ki, 140 milyon insanı İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından kənarda saxlamaq düzgün deyil. Belə çıxır ki, Yaqland Avropa Şurasının üzvü Ukraynanın ərazisini ilhaq edən və digər ərazilərində də münaqişə ocağı yaradan Rusiyanı qurumda tamhüquqlu üzvlüyə qaytarmaq istəyir, amma bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılmasını sanksiyalaşdırmağa çalışır və bununla 10 milyon insanı Avropa Məhkəməsində öz hüquqlarını müdafiə etməkdən məhrum etməyə cəhd göstərir. Yaqlandın Rusiyanın sifarişi ilə Azərbaycana qarşı belə kampaniya aparması daha çox hansı hədəflərə hesablanıb?

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu heç də İlqar Məmmədov məsələsi deyil: “Bu, Azərbaycanın müstəqil xarici, daxili siyasət yürütməsinə qarşı Avropanın müəyyən dairələrinin reaksiyasıdır”. Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan “Azəri-Günəşli-Çıraq”la bağlı yeni müqavilə bağladı və SOCAR-ın orada payı 11%-dən 25%-ə qalxdı. Azərbaycan bu gün öz valyuta ehtiyatlarından müstəqil surətdə istifadə edir. Bu, Avropanın müəyyən dairələrini narahat edir və iqtisadi maraqlarına toxunur. Ermənistanı müdafiə edən müəyyən dairələr Azərbaycanı Ermənistana ərazilərini güzəştə getməməsinə görə cəzalandırmağa çalışırlar. Digər tərəfdən, Avropa Məhkəməsi qərar qəbul edib, bu, Avropa Məhkəməsi ilə Azərbaycan arasında olan münasibətdir. Yaqland beynəlxalq təşkilatın bir çinovnikidir. Onun vəzifəsi təşkilatın işlərini aparmaqdır. Azərbaycanın üzərində prokurur nəzarəti həyata keçirmək, Azərbaycana diktə etmək kimi səlahiyyətləri heç kim ona verməyib. Ona görə də hesab edirəm ki, belə bəyanatlar Azərbaycanla Avropa Şurası arasında soyuq münasibətlərə səbəb ola bilər. Bunun da məsuliyyətini, ilk növbədə, Yaqland çəkəcək”. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Avropa Şurasının ermənipərəst mövqe tutmasına heç kimin şübhəsi yoxdur. Bu baxımdan da qurum heç zaman Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana qarşı bir kəlmə söz demir. Son illər AŞPA-da islamofob meyllərinin qalib gəldiyini deyən politoloqun sözlərinə görə, artıq bu qurum müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir təşkilata çevrilib: “Bildiyiniz kimi, Avropa Şurası bura üzv dövlətlərin qanunvericiliyinin bir-birinə yaxınlaşdırılması üçün yaradılıb. 2001-ci ildən Azərbaycan da bu quruma üzv olub. Avropa Şurasına üzv olduğumuz ötən müddət ərzində Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib”. Q.Hüseynlinin sözlərinə görə, Avropa Şurasının da kifayət qədər nöqsanları var: “Ermənilər Avropada meydan sulayur, at oynadırlar. Avropa Şurasının Azərbaycan və Türkiyəyə qarşı sərt mövqe tutmasının arxasında da ermənilərin xüsusi rolu var”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ