Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Ermənistanı tam təklənmiş vəziyyətə salır…

Image


Həlli uzun illərdir düyünə düşən Dağlıq Qarabağ münaqişəsinin bundan sonra da qeyri-müəyyən müddətə davam etməsinə rəsmi Bakı razılıq verməyəcəyini ən yüksək səviyyədə bəyan edib. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı qeyd edilən səpkidə Ermnənistana, ona himayədarlıq edənlərə çox açıq mesajlar verdi. Bəyan edildi ki, Ermənistan işğal siyasətinə, təxribatçı əməllərinə son qoymasa, ötən ilin aprelindəkindən daha dəhşətli savaşın başlanması qaçılmaz olacaq.

Hadisələrin gedişini izləyən ekspertlər də bildirir ki, cari ilin sonuna kimi danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi, substantiv danışıqlar baş tutmasa, hərbi əməliyyatların yenilənməsindən başqa alternativlər qalmayacaq. Əslində bunu Ermənistanda da aydın görür və sezirlər.  “Daşnaksütyun” İnqilabi Federasiyasının rəhbəri Kiro Manoyanın açıqlamaları da bunu təsdiq edir. O deyir ki, Azərbaycan iri hərbi əməliyyatlara hazırlaşır və Qarabağ danışıqlarında nəticə olmasa, müharibə qaçılmazdır. Manoyan İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bu xüsusda aydın xəbərdarlıq edildiyini də bildirir. Xatırladaq ki, İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistanın Təhlükəsizlik Şurasının 4 qətnaməsini indiyədək yerinə yetirmədiyini bir daha diqqətə çatdıraraq, bu ölkənin ötənilki aprel hadisələrindən dərs götürməli olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməkdə davam etsə, bu qətnamələrin tələblərini Azərbaycan əsgəri reallaşdırmalı olacaq. Məsələnin bu tərəfinə nəzər salan Kiro Manoyan qeyd edir: “Azərbaycan Qarabağda status-kvonun dəyişməsində israrlıdır. Və onların həm Naxçıvanda, həm Ermənistan sərhədlərində və Dağlıq Qarabağda gördüyü bütün hazırlıqlar bundan xəbər verir ki, Bakı iri hərbi əməliyyat hazırlayır”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Naxçıvanda iri qoşun qruplaşmasının olması və onların ən müasir hərbi texnika ilə təchiz edilməsi Ermənistanda çox ciddi narahatlıq predmetidir. Ən azı ona görə ki, Azərbaycan Naxçıvanda, İrəvan da daxil olmaqla, Ermənistan ərazilərinin dərinliklərinə dağıdıcı zərbələr endirməyə imkan verən silah sistemləri yerləşdirib. Digər tərəfdən, məhz bu günlərdə Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin “TurAz qartalı-2017” birgə təlimləri keçirilib. Ermənistanda ondan qorxurlar ki, Türkiyə də Dağlıq Qarabağ münaqişəsinə təsir gücünü Rusiya ilə yaxınlaşması fonunda sürətlə artırır. Belə bir vaxtda Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin Bakıda verdiyi açıqlama isə İrəvanda əsl şok effekti yaradıb. Qeyd edək ki, N.Caniklinin Bakıda “Azərbaycan və Türkiyə qardaş ölkələrdir və biz bir-birimizə ehtiyac duyuruq. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir və biz lazım olan tədbiri görəcəyik” sözləri Ermənistan mediası tərəfindən geniş şəkildə işıqlandırılıb və erməni cəmiyyətində təşviş yaradıb. Nazir isə Ermənistanı qorxuya salan digər açıqlamalar da verərrək iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib: “Biz Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanlın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir. Belə təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır”.  Ermənistan xarici işlər nazirinin müavini, aqressiv və qeyri-siyasi çıxışları ilə tanınan Şavarş Köçəryan isə bununla Türkiyənin Qarabağ prosesinə müdaxilə etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Qarabağ probleminin nizamlanması prosesindən kənarda qalmalıdır. Köçəryan bu sözləri deyərkən Türkiyənin ATƏT-in Minsk Qrupunun 12 üzvündən biri olduğunu və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə etmək üçün tam səlahiyyət daşıdığını nədənsə “unudub”. Amma görünən odur ki, qardaş Türkiyənin Qarabağ konfliktinə təsir gücü getdikcə artır və Ermənistan bu amili mütləq nəzərə almalıdır.

Digər tərəfdən, artıq Rusiyanın da Qarabağ münaqişəsinə baxışlarının dəyişdiyi aydın müşahidə edilir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Moskvanın mövqeyi dəyişməyib. Rusiyanın münaqişənin həllindəki son mövqei isə bundan ibarətdir ki, məsələnin sülh yolu ilə həlli üçün artıq konkret addımlar atılmalıdır. Bu addımların nədən ibarət olmasına gəlincə, burada ilk növbədə Ermənistanın işğal etdiyi əraziləri tədricən azad etməsi nəzərdə tutulur. Artıq İrəvanda etiraf olunur ki, Moskvanın bu xüsusda təzyiqləri gedərək artır. Siyasi ekspertlər də bildirir ki, Bakı-Moskva xəttində isti münasibətlər münaqişənin ədalətli həllinə ümidləri artırır. Xüsusilə indiki məqamda Rusiya münaqişənin “ölü nöqtə”dən tərpənməsində maraqlı görünür. Kremlin təklif etdiyi “Kazan düsturu” variantında mübahisəli məqamlar olsa da, ən azından bu, mövcud status-kvonun dəyişməsi ilə nəticələnə bilər. Ermənistanın danışıqların üçtərəfli formatda, yəni Azərbaycan-Rusiya-Ermənistan formatında keçirilməsindəki narahatlığı da diqqəti Moskvanın təşəbbüslərində Bakının xeyrinə olan məqamların mövcudluğu ehtimalına yönəldir. Erməni siyasi şərhçi Sarkis Artsruni Qarabağ məsələsində Moskva və Vaşinqtonun  İrəvanın xeyrinə olmayan tərzdə ümumi dil tapdığını bildirir: “Bu kontekstdə Minsk Qrupunda amerikalı həmsədrin daha passiv fəaliyyəti son dərəcədə təhlükəlidir. Çünki bu, Moskvanın hədəfinin qanuniləşməsi və Qarabağ münaqişəsini öz təşəbbüsü çərçivəsində həll etməsi deməkdir. Emmanuel Makronun prezidentliyi dövründə Qarabağ münaqişəsi Fransa üçün prirotet olmayacaq, Yelisey sarayının indiyə kimi heç bir təşəbbüs irəli sürməməsi də bunu deməyə əsas verir. Belə vəziyyət Rusiyanın Ermənistana təzyiqinin artması ilə nəticələnəcək. Təhlükəli vəziyyət yaranır, özü də bu, “aprel müharibəsi”ndən əvvəlki durumu xatırladır”. Rəsmi Vaşinqton özü bəyan edir  ki, ABŞ Minsk Qrupu tərəfindən qəbul olunan siyasətə sadiq qalacaq. Bu isə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həll variantıdır.

Amerika Xarici Siyasət Şurasının təmsilçisi Stiven Blank isə belə bir vaxtda “Washington Times” qəzetində maraqlı məqalə ilə çıxış edərək bildirir ki, Amerikada bəzi qanunvericilərin fəaliyyəti ABŞ-ın Cənubi Qafqaza münasibətdə xarici siyasətinə uyğun deyil. O bildirir ki, ABŞ Konqresi Amerika Konstitusiyasına əsasən ölkənin icra hakimiyyətinə həvalə edilmiş xarici siyasətin həyata keçirilməsi zamanı Amerikanın Qafqazdakı maraqlarına münasibətdə ciddi səhvlərə yol verir. Məsələn, o qeyd edir ki, Ermənistanın hətta minimal məbləğdə olsa belə maliyyələşdirilməsi vəziyyəti yalnız gərginləşdirir: “Digər tərəfdən, Azərbaycanın Dağlıq Qarabağ regionunun minalardan təmizlənməsi üçün vəsait verilməsi barədə sənədlərdə həmin regionun Ermənistan tərəfindən işğal edilməsi faktı göstərilmir. Ona görə də bu qərar ABŞ-ın xarici siyasət kursunun ifadəsi olmaqdan daha çox, onun daxili siyasətindəki nüansların nəticəsidir. Əhalisinin tərkibində ermənilərin üstünlük təşkil etdiyi dairəni təmsil edən konqresmen üçün bunun fərqi yoxdur, çünki o, ABŞ-ın xarici siyasətini inkişaf etdirməkdən daha çox, öz seçicilərinin dəstəyini qazanmaqda maraqlıdır. Konqres Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi faktına etinasızlıq göstərməklə, bəlkə özü də istəmədən, Bakıya onun problemləri ilə maraqlanmadığını nümayiş etdirir. ABŞ bu regionda strateji baxımdan ağlabatan siyasət yürütməli və region ölkələrinin dinamikasını daha tam anlamalıdır. Nəhayət, bu həm ABŞ-ın mənafelərini, həm də hamılıqla qəbul edilmiş dəyərlərin geniş yayılmasında irəliləyişi təmin etməyin daha səmərəli üsuludur”. İndi ABŞ-da belə çağrışların artmasından Ermənistan ciddi narahatlıq duyur. Burada hesab edilir ki, Minsk Qrupu həmsədrlərinin indiki mövqeyi Ermənistanın meydanda yalnız qalması ilə nəticələnib. Yəni diplomatik müstəvidə Ermənistan tam təcrid vəziyyətinə salınıb.

Hərb müstəvisində də düşmənin vəziyyəti olduqca ağırdır. Artıq erməni ordusunun döyüş qabiliyyətinin kifayət qədər acıncaqlı olması bu ölkənin özündə belə açıq şəkildə vurğulanır. Belə vəziyyətdə təmas xəttində, eləcə də qeyri-döyüş şəraitində erməni tərəfinin itkiləri sürətlə artır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni işğalçı qüvvələri daha  bir hərbçisini itirib. Məlumatlara görə, təmas xəttinin cənub-şərq istiqamətində erməni qüvvələrinin əsgəri, 1998-ci ildə anadan olmuş Seyran Sarkisyan ölümcül güllə yarası alıb. Qondarma “DQR müdafiə nazirliyi” iddia edir ki, Sarkisyan Azərbaycan mövqelərindən açılan atəşlə öldürülüb. Artan belə itkilər Ermənistanda hakimiyyətə qarşı narazılıqları daha da artırır. Elə məlumatlara əsasən, həlak olan erməni hərbçilərin anaları yenidən Ermənistanda hökumət binasının qarşısında aksiya keçirib. Etirazçılar övladlarının Ermənistan hakimiyyəti tərəfindən qəsdən öldürüldüyünü bəyan edib. Etiraz edən əsgər analarından biri bildirib: “Biz uşaqlarımızın qanını yerdə qoymayacağıq. Onlar buna görə cavab verməlidir. Gözləyirlər ki, biz də ölüb gedək. Jirayr Sefilyan yaxşı bilir ki, Seyran Ohanyanın dövründə orduda nələr ediblər. Onları necə qəbul edə bilərəm? Mən onların oyununu başa düşmürəm. Lakin hər kəs onların oyun oynadığını anlayır”.  Övladlarının atəşkəs dövründə belə orduda ölümündə hazırkı hakimiyyəti ittiham edən valideynlər bu faktların ictimaiyyətdən gizlədildiyini, çox az hissəsi barədə cinayət işi açıldığını və günahkarların cəzasız qaldığını bəyan ediblər. Qeyd edək ki, erməni əsgər anaları tez-tez Müdafiə Nazirliyinin binası önünə toplaşaraq cəbhədə öldürülmüş oğullarına görə rəhbərlikdən hesab tələb edirlər. Amma onlara hələ də diqqət edən yoxdur. Ermənistanın Aştarak şəhərinin sakini, keçmiş döyüşçü Arsen Avetisyan bunu nazirlikdə oturanların öz şəxsi maraqlarını güdməsi ilə izah edir. Qeyd edək ki, Arsen Avetisyan artıq 7 aydır ki, hər cümə axşamı hökümət binasının qarşısında etiraz aksiya keçirir. Keçmiş döyüşçü Ermənistan ordusunda baş verən qanunsuzluq və korrupsiyadan şikayət edir. Onun sözlərinə görə, Ermənistan ordusu köhnə sovet bazasında formalaşıb və arsenalda yeni silahların olması haqda deyilənlər yalandır. Veteran döyüşçü iddia edir ki, yeni müdafiə naziri Vigen Sarkisyan büdcə pullarını oğurlamaqla məşğuldur.  Avetisyan qeyd edib ki, ön xətdəki erməni əsgərlərinə maddi yardım göndərilmir, orduda vəziyyət acınacaqlıdır. Bu vəziyyətdə Azərbaycan ordusunun bircə həmləsi ilə ermənilərin darmadağın olacağı da açıq etiraf olunur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ