Bazar günü günü, 15 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Nadir şah

Image


Nadir şah 1688-ci il oktyabrın 22-də Xorasandakı Dərəgöz adlanan ərazidə anadan olub. Atası İmamqulu ona öz atası Nadirqulunun adını qoyub. Başqa versiyaya görə, anadan olanda kifayət qədər sağlam, çevik və daim hərəkətdə olduğuna görə valideynləri onu nadir tapılan, bənzərsiz bir uşaq, yəni Nadir adlandırıblar. Fəqət sadə bir ailədə doğulan adi bir uşağın gələcəkdə böyük bir dövlətin hökmdarı olacağını kimsə güman etmirdi. Ona görə də Nadir şahın uşaqlığı tarixçilərin diqqətini cəlb etməyib. Bunun nəticəsidir ki, tarixi mənbələrdə Nadir şahın uşaqlığı haqqında çox az məlumatlara rast gəlinir.

Türk-İslam dünyasının yetişdirdiyi ən böyük hökmdarlardan olan Nadir şahın atası əfqanların basqını nəticəsində öldürülür. Obası dağıdılan Nadir anası ilə birlikdə qul kimi Xarəzmə aparılır. Çox keçmədən məşəqqətli həyata tab gətirməyən anası da dünyasını dəyişir. Bundan sonra ağasının yanından qaçan Nadir Xorasana gedir. Çox şücaətli və dözümlü olduğundan, hərb işlərinə sonsuz maraq göstərir və xanların yanında muzdlu döyüşçü kimi işləməyə başlayır.

1722-ci ildə başına dəstə toplayan Nadir böyük xərac qarşılığında xanları əfqan basqınlarından qorumağa başlayır. Bu zaman xidmət etdiyi Kosa Əhmədli Babaəli xanın qızını qaçırıb onunla evlənir və Nadir bəy adlandırılır. Kəlatda yaşayan qoca əmisi bir gün Nadiri yanına dəvət edir. Əmisindən dəyərli məsləhətlər alan Nadir əhalini incidən əfqanlara qarşı mübarizəyə başlayır. 1725-ci ildə 400 nəfərlik bir dəstə ilə Məşhəd şəhərinə basqın edir və buradakı əfqan birliklərini tamamilə məhv edir. Müqəddəs İmam Rza məqbərəsini azad edən Nadir bütün Səfəvi dövləti ərazisində şöhrət qazanır. Ölkənin hər tərəfindən könüllüləri qəbul edəndən sonra Səfəvi şahı Təhmasibin yanına gəlir. Şah Nadiri böyük hörmətlə qarşıladıqdan sonra ona Mazandaranın əfqanlardan təmizlənməsi tapşırığını verir. Tapşırığa böyük ustalıqla əməl edən sərkərdə əfqan qoşunlarını darmadağın edərək vilayəti onlardan təmizləyir. Bu qələbə münasibətilə şah Təhmasibdən sultan titulunu qəbul edir və Mazandaran və Xorasan hakimi təyin olunur. Onun köməyi ilə şah İsfahana daxil olur və rəsmi tacqoyma mərasimi keçirir. 1729-cu ildə Heratı da ələ keçirən Nadir bəy əfqanları ölkədən tamamilə qovur.   

Artıq Səfəvi şahının ümidi yalnız Nadir bəyə bağlanmışdı. Onun bundan öncəki ard-arda qələbələri şahı daha da cürətləndirirdi. Nadir bəy Osmanlılar üzərində ilk qələbəni Marağada çalaraq, iri sənətkarlıq və ticarət mərkəzləri olan Ərdəbili və Təbrizi tutur. Onun bu qələbələri həm orduda, həm də özündə ciddi uğur ovqatı yaradır və o digər Azərbaycan şəhərləri olan Şamaxının, Gəncənin, İrəvanın və Naxçıvanın azad edilməsini tələb edir. Fəqət hadisələrin gedişi Nadirin planlarını dəyişir. Belə ki, Xorasanda üsyanın baş verməsi və qardaşının öldürülməsi təcili olaraq onun həmin vilayətə hərəkət etməsinə səbəb olur. Nadirin qələbələrindən ruhlanan Təhmasib şah özü müharibəni davam etdirməyi qərara alır. O, 1731-ci ildə Naxçıvanı və İrəvanı türklərdən geri almaq üçün yürüşə çıxır. Təhmasibin qoşunu Eçmiədzin yaxınlığında epizodik uğur qazansa da, İrəvan yaxınlığında ciddi bir zərbə alır. O, sağ qalmış qoşununu götürüb Təbrizə qayıdır. Məğlubiyyətdən ayılmayan Təhmasib yenidən hücuma qərar verir. Bu dəfə isə hədəf Azərbaycanın şimal torpaqları idi. Fəqət Gəncə və Şamaxının güclü müdafiə olunduğunu anlayaraq fikrindən daşınır. Belə olduqda osmanlılar əks hücuma keçərək Təbpizi tutur. Osmanlıların ölkənin içərilərinə irəlilədiyini görən Təhmasib təcili müqavilə imzalayır. Müqaviləyə əsasən Şamaxı, Şirvan əyalətləri, Dağıstan, Naxçıvan, İrəvan, Tiflis yenidən Türkiyəyə verilir. Fəqət Xorasanda üsyanı uğurla yatıran Nadir bəy özünü yetirərək ilk öncə Təhmasibi hakimiyyətdən kənarlaşdırır. 1732-ci ildə onun 8 aylıq oğlunu III Abbas adı ilə şah elan edib özü də onun qəyyumu olur. Bundan sonra Təhmasibin osmanlılarla bağladığı rüsvayçı müqaviləni ləğv edərək təcili olaraq Azərbaycanın işğal altında olan bütün torpaqlarını tələb edir, lakin rədd cavabı aldıqdan sonra müharibəyə qərar verir.

100 minlik qoşunla üç istiqamətdə yürüşə çıxan Nadir şah İranın qərbini azad edərək Bağdadı mühasirəyə alır və 88 gün Bağdadı mühasirə altında saxlayır. Bundan sonra o, Bağdada tərəf hərəkət edir, döyüşə girmədən sülh bağlayır. O, paşaya qardaşcasına bir qəbul düzənləyir, onun öz padşahına olan sədaqətindən heyrətini gizlətməyərək belə deyir: “Sultana bu dərəcədə sədaqətin ürəyimdə sənə qarşı dostluq hissləri yaradıb. Doqquz ay mühasirədə qılıncımdan, üstəlik aclıqdan dəhşətli əziyyət çəkdiyinə baxmayaraq, sən hər halda öz dövlətinin və sultanının qürurunu gözlədin. Bundan sonra bizim aramızda düşmənçilik olmamalıdır və biz ölənə kimi bir-birimizə qardaş sevgisi ilə yanaşmalıyıq.” Göründüyü kimi, təkcə bu döyüşdən Nadir şahın əvəzolinmaz sərkərdəlik məharəti və strateqliyi özünü bəlli edir. Mənbədə göstərilən qardaşcasına danışıq səhnəsində Nadir şahın Bağdad hakimi Əhməd paşanın məğrurluğuna və fədakarlığına verdiyi qiymət həqiqətən təqdirəlayiqdir. Nadir şahın onu öldürməməsi, əksinə, onun mətinliyini qiymətləndirməsi görkəmli əfşar sərkərdəsinin nə qədər təsadüfi şəxsiyyət olmamasının əyani sübutudur.

Əhməd paşa ilə Nadir şahın arasında imzalanan sülh müqaviləsini sultanın rədd etməsi yenidən müharibənin başlanmasına səbəb olur. O, tez bir zamanda Gəncəni azad edir və Qars şəhərini mühasirəyə alır. Ağ təpə adlı yerdə Abdulla paşanın qoşununu məhv edir. Qarsda zəngin qənimət ələ keçirən Nadir şah Gürcüstana daxil olur. Gürcü çarı Teymuraz dərhal təslim olaraq ölkəni dağılmaqdan xilas edir. Az sonra Şirvanı işğal edən Dağıstanlı Surxay xanın hökmranlığına son qoymaq üçün ona təslim olması barədə məktub göndərir. Fəqət Surxay xan Şirvandan çıxmamaqla yanaşı, Nadir şaha hədələyici bir məktub göndərərək bildirir ki, “O, Şirvana ləzgi şirlərinin qılıncı gücünə yiyələnıb, heç kəsə onun bu cür təklif verməyə ixtiyarı yoxdur.” Bu məktuba cavab olaraq dərhal yürüşə çıxan Nadir şah 1734-cü ilin yayında Şamaxını azad edir. Surxay xan isə Dağıstana qaçır.

Nadir şah Osmanlı ordularını Azərbaycandan tamamilə qovduqdan sonra rus qoşunlarını da Xəzərsahili vilayətlərdən çıxarır. İlin axırında Muğan ərazisində böyük qurultay çağırılır. Suqovuşanda baş tutan qurultayda 30 mindən çox tanınmış şəxsr iştirak edir və Nadir şah elan edilərək tacqoyma mərasimi keçirilir.

Hakimiyyətin həqiqi sahibi olandan sonra Nadir şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və hərbi duhası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanan sərkərdələri barmaqla saymaq olar.

1737-ci ildə Nadir şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Həratı, həm də Qəndəharı tutur. Sonra o, qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum edir. Hindistan sərhədinin 74 kilometriliyində Mank adlı yerdə əfqan qaçqınlarını darmadağın edir. Oradan Kabula keçir. Kabul xanı Nəsir xan Dehlidən kömək istəyir. Fəqət onlardan heç bir kömək gəlmir. Tezliklə Kabul də təslim olur. Nadir şahın qoşunu Hindistanın paytaxtı Dehliyə doğru hücuma keçir. Onun ordusu çətin dağ aşırımlarından, çaylardan keçərək Yəminabadı, Abadı, Kəşmiri, Xərnalını ələ keçirir və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur.

Nadir şah Hindistan səfərindən qayıtdıqda bir neçə gün Heratda qaldıqdan sonra 1740-cı ilin yazında Türküstana doğru yürüş edir. Onun Türküstana yürüşü yerli xalqlar tərəfindən böyük sevinclə qarşılanır. Hətta bəzi qala qapıları yerli insanlar tərəfindən Nadir şahın qoşunlarının üzünə açılır. Nadir şahın əzəməti və qurduğu dövlətin ciddi qayda-qanunları və ənənələri Orta Asiya Türküstan ərazisində olan parçalanmış xanlıqlara bir nümunə idi. Həmin dövrdə Rusiya dövləti Türküstanı, Buxaranı və ətraf əraziləri ələ keçirmək niyyətində idi. Nadir şah da Rusiyanın bu niyyətinin qarşısını almaq üçün Türküstana girməyi qət edir. Və tezliklə Bərx qalasını, Türküstan ərazisini, Buxaranı Nadir şahın qoşunları ələ keçirir. Nadir şah Amu-Dəryanı keçmək üçün 1100 ədəd kiçik gəmi düzəltdirir. Həmin gəmilərin hər birinin 3 tona qədər yük götürmək imkanı var idi. Tezliklə Nadir şahın qoşunları 1740-cı il avqustun 20-də Kərki məntəqəsinə daxil olur. Burada Nadir şaha məlumat verilir ki, Türkmən və Özbək tayfaları Cərcoda toplaşıb ona müqavimət göstərmək istəyir, lakin Nadir şahın qoşunlarının yaxınlaşdığını eşidən özbək və türkmən qoşunları qaçıb dağılışır. Tezliklə bütün Türküstanı Nadir şah öz imperiyasına birləşdirir. Türküstan xanı Əbülfəz Əmir Teymura məxsus qılıncı, Çingiz xana məxsus dəbilqə və çoxsaylı hədiyyələri, eyni zamanda bütün xəzinəsini Nadir şaha hədiyyə edir. Nadir şah da öz növbəsində, Hindistandan gətirdiyi qiymətli hədiyyələrlə Əbülfəz xanı və digər ona tabe olan əyyanları mükafatlandırır. Əbülfəz xanla barışıq sazişi əldə edildikdən sonra Nadir şah Əbülfəz xanı yenidən Türküstan xanı elan edir. 1740-cı il oktyabr ayının 17-də Türküstanın şahlıq tacını ona qaytarır. Nadir şah Əbülfəz xanın Türküstanın yenidən xanı seçilməsi ilə bağlı təmtəraqlı ziyafət təşkil edir. Tezliklə Buxara, Səmərqənd istiqamətində olan ərazilər də könüllülük əsasında Nadir şahın hakimiyyətini qəbul edir. Nadir şah tezliklə Xivədə, Xarəzmdə öz hakimiyyətini bərqərar edir. Az bir müddət ərzində həmin ərazilərdə idarəçilik məsələlərini tənzimləyir. Xeyli sayda qoşun toplayır və yenidən Kelata geri çəkilir. Kelatda özünə böyük bir məqbərə tikilməsinə göstəriş verir. Tezliklə onun Kabul ətrafını tamamilə öz nəzarətinə keçirməsilə birmənalı olaraq əfqan tayfalarının aramsız hücumlarının qarşısı alınır.

Nadir şahın Türküstana hərbi yürüşünün bir səbəbi də Türküstanı, Buxaranı, Daşkəndi, Səmərqəndi tutduqdan sonra Çinə hücum edib, Çin dövlətində olan türk-uyğur tayfalarının yaşayış məskənlərini də öz ərazilərinə birləşdirmək idi. Bu plan həyata keçirildiyi təqdirdə Nadir şah böyük bir Turan imperiyası yaratmış olurdu.

Nadir şah Hindistanı və Orta Asiyanı fəth etdikdən sonra Məşhədə qaydaraq daxili idarəçilik və qoşunların nizamlanması ilə məşğul olur. Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir şah 1741-ci ildə Dağıstan üzərinə gedir. Məsələ burasında idi ki, Nadir şah Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik, onların dəstələri tez-tez Dərbənd və Şamaxı, Kaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədilə Nadir şah vaxt itirmədən buraları da itaəti altına alır.

Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Artilleriya və top sınaqları, topçu və artilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi, çünki apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu. 1747-ci il iyun ayının 20-də  Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Nadir şaha sui-qəsd olur, qüdrəti aləmə sığmayan Nadir şah qətlə yetirilir...

Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkərdələrinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir mirasdır. Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz olan heç bir hərbi vəzifə yox idi. Hətta insan zəkasının təsəvvür edə bilməyəcəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olan məqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şah Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı, Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının qarşısını aldı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesablaşmağa məcbur etdi, Hindistanı, Əfqanistanı və Türküstanı fəth etdi və özünün yeni imperiyasını yaratdı.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ