Bazar günü günü, 15 noyabr 2026
     

Dağlıq Qarabağın milli atlasının yaradılması erməni saxtakarlığını ifşa edir…

Image


Vaqif Mehdiyev: “Ermənilər nə qədər xəritələr, atlaslar çap etsə də...”
Həyat Məhərrəmova: “Azərbaycanda artıq işğal altında olan ərazilərin atlası hazırlanıb və bir neçə dilə tərcümə edilərək yayılıb”

 

İşğal altında olan ərazilərimizdə düşmən tariximizi, abidələrimizi, toponimlərimizi saxtalaşdırmaqla məşğul olur. Azərbaycan xalqının min illər yaşı olan abidələrini mənimsəməyə cəhd göstərən ermənilər zəbt etdikləri torpaqlarımızın fauna və florasına da sahib çıxmaqda israrlıdır. O da məlumdur ki, ermənilər bu gün işğal etdikləri Dağlıq Qarabağ ərazisi, onun təbiəti, infrastrukturu, turizm məkanları ilə bağlı turistlər üçün xəritələr, məlumat atlasları hazırlayıb. Bir neçə dildə tərtib edilən bu atlaslar da ermənilərin Azərbaycan ərazilərində saxtalaşdırma işlərini daha da genişləndirir.

İşğal altında olan ərazilərimizin ayrıca atlasının hazırlanmasına ciddi ehtiyac duyulur. Coğrafiyaçı alimlər bizimlə söhbətlərində bildirdilər ki, Dağlıq Qarabağın da milli atlası hazırlanıb.

Coğrafiyaçı alim Vaqif Mehdiyev bizimlə söhbətində bildirdi ki, erməni təxribatına cavab olaraq artıq bizim də atlasımız hazırlanıb: “Bəziləri deyir ki, indiki halda o xəritəni, atlası hazırlamaq mümkün deyil. Onlar hesab edir ki, bu atlası hazırlamaq üçün mütləq işğal altında olan ərazilər düşməndən təmizlənməlidir. Doğrudur, torpaqlarımız işğaldan azad edilməlidir. Hələ işğaldan azad edilməyibsə, biz bununla bağlı öz sahəmizdə işlər görməliyik. Həqiqət budur ki, Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalına qədər başqa cür, işğaldan sonra isə tamam fərqli olub. Burada tarixin, Azərbaycan toponimlərinin, yer-yurd, dağ-çay adlarının dəyişdirildiyini, saxtalaşdırıldığını, bəşəriyyət üçün böyük maraq kəsb edən mağaraların, abidlələrin, məscidlərin, muzeylərin, kitabxanaların, mədəniyyət evlərinin, məktəblərin dağıdıldığını deyən mütəxəssislər hesab edirlər ki, işğal altında olan ərazilərdə dəhşətli vandalizm törədilib. İşğal altında olan torpaqların ayrıca milli atlasının  hazırlanması yaxşı haldır, çünki bu atlas bir neçə dildə işıq üzü görüb və ondan xarici vətəndaşlar da bəhrələnə bilir. Onlar bilməlidir ki, bu torpaqlar bizimdir və ermənilər nə qədər xəritələr, atlaslar çap etsə də, işğal etdikləri ərazilərə turist cəlb etsə də, onlar bizim torpaqları gec-tez tərk edəcəklər. Dağlıq Qarabağın da milli atlasının hazırlanması erməni saxtakarlığını ifşa edir. İndi bizim süni peykimiz də var, yəqin ki, işğal altında olan ərazilərin görüntüləri peyk vasitəsilə əldə edilib”.  

Alim onu da bildirdi ki, “Azərbaycan Respublikasının Milli Atlası”ın çap olunmasının bütün mənalarda əhəmiyyəti böyükdür. Bunun vacib dövlət sənədi olduğunu deyən V.Mehdiyev hesab edir ki, bu atlas xarici ölkə səfirliklərinə, eləcə də beynəlxalq qurumların Azərbaycan təmsilçiliklərinə, o cümlədən də xaricdə təhsil alan, çalışan gənclərə təqdim edilməlidir ki, onlar bu atlası təbliğ etsin: “Sözsüz ki, “Azərbaycan Respublikasının Milli Atlası”nın içində Azərbaycanla bağlı bütün göstəricilər qeyd olunub, o cümlədən də burada işğal olunmuş ərazilərimizlə, onun təbiəti, coğrafiyası, tarixi, bitki və heyvanat aləmi, təbii sərvətləri, arxeoloji abidələri, muzeyləri, kitabxanaları, məktəbləri, kəhrizləri, yer-yurd adları və s. bağlı ətraflı informasiya verilib. Bunun əhəmiyyəti böyükdür. Erməni yalanını ifşa etmək baxımından buna ehtiyac vardı”.

Qeyd edilənə görə, mövcud sahədə ixtisaslaşmış dövlət qurumu kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xəritə və atlasların istehsalı üzrə bir sıra tədbirlər həyata keçirib. Məlumatlara görə, 2003-cü ildən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində topoqrafik xəritələrin tam istehsalat dövriyyəsi qurulub, orta məktəblərin coğrafiya, tarix və zoologiya fənləri üçün kompleks divar xəritə və atlasları, “Azərbaycan Respublikasının Ekoloji Atlası”, “Azərbaycan Respublikasının Torpaq Atlası”, “Azərbaycan Respublikasının Turist Atlası”, “Azərbaycan Respublikasının Tarixi Atlası”, “Azərbaycan Respublikasının Aqroiqlim Atlası”, “Naxçıvanın Tarixi Atlası” və s. hazırlanıb. Mütəxssislər qeyd edir ki, istehsal olunan hər bir xəritə və atlas keyfiyyət, məzmun və dizayn baxımından kartoqrafiya sahəsində mövcud beynəlxalq standartlara cavab verir.

Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri, akademik Qərib Məmmədovun mətbuatda gedən fikrinə görə, 200-dən çox müxtəlif mövzuda xəritə və atlas nəşr edilib: “Ancaq heç şübhəsiz, bu sahədə komitənin ən böyük uğuru "Azərbaycan Respublikasının Milli Atlası"nın ərsəyə gəlməsində gördüyü işlərdir.

Müasir dövrdə Milli Atlas hər bir ölkə üçün onun siyasi-inzibati vəziyyətini, təbiətini, iqtisadiyyatını, flora və faunasını, kənd təsərrüfatını, sənayesini, təhsilini, səhiyyəsini, mədəniyyətini, tarixini və sair sahələrini kartoqrafik üsullarla əks etdirən önəmli atributlardan biri hesab olunur”.

Q.Məmmədov onu da vurğulayıb ki, təcavüzkar Ermənistan Respublikası da öz milli atlasını nəşr edən ölkələr sırasındadır: “İki cilddən ibarət Ermənistan milli atlasına ölkəmizin ərazi bütövlüyünə toxunan, tamamilə həqiqətə uyğun olmayan bir sıra məlumatlar, o cümlədən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin də xəritəsi daxil edilib. Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağın da milli atlasını hazırlayıb. Sözügedən atlas müxtəlif dillərə tərcümə olunaraq dünya ölkələrinə paylanır. Bununla da Azərbaycanın ərazi bütövlüyü haqqında səhv fikir formalaşdırılır. Bütün bunları nəzərə alan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşrini sürətləndirmək məqsədilə bir sıra təkliflər irəli sürüb”.

Məlumdur ki, artıq bu strateji sənəd çap olunub və yayılıb. Qeyd edək ki, “Milli Atlas”ın nəşrinə mühüm bir dövlət vəzifəsi kimi yanaşılıb, “Azərbaycan Respublikasının Milli Atlası”nın çapının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2011-ci il tarixli, 1436 saylı Sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Milli Atlası” 19 bölmədən, 444 səhifədən və 1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətndən, slaydlardan və digər vacib material və məlumatlardan ibarətdir. Atlasın məzmunu ölkəmizin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir.

Tarixçi Həyat Məhərrəmova işğal altında olan ərazilərin atlasının hazırlanmasını yüksək dəyərləndirdiyini deməklə yanaşı, hesab edir ki, bu atlasın orta məktəblərə də təqdim edilməsi vacibdir: “Bilirsiniz ki, ermənilər uzun illərdir saxta tarix yaradır, müxtəlif xəritələr, atlaslar çap edir. İşğal etdikləri Azərbaycan ərazilərinin müxtəlif profilli atlaslarını hazırlayıblar. Hətta turist atlasları da çap ediblər. O xəritə və atlasları virtual məkanda da yayıblar. Bu böyük saxtakarlıqdır. Bir məqamı deyim ki, ermənilər nə qədər saxtalaşdırsa da, əllərinə bir şey keçməyəcək. Azərbaycanda artıq işğal altında olan ərazilərin atlası hazırlanıb və bir neçə dilə tərcümə edilərək yayılıb. Yadımdadır ki, xeyli əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsi ictimaiyyətə təqdim edildi. Bu olduqca strateji əhəmiyyətə malik olan hadisədir. Biz tariximizi mərhələ-mərhələ öyrənib, ona daha yaxından bələd olur, onu sənədlərin dili ilə təqdim edirik. Azərbaycan alimləri və mütəxəssisləri milli xəritəçəkmə, atlasyaratma sahəsində xeyli irəliləyiblər. Bir vaxt bu sahədə durğunluq vardı, indi isə inkişaf diqqəti çəkir. Bir məsələni də deyim ki, “Azərbaycan Respublikasının Milli Atlası”nın tərtibatında  süni peykimizin imkanlarından da istifadə olunub. Bu da müsbət göstəricidir”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ