Bazar günü günü, 15 noyabr 2026
     

Bərzaninin İraq kürdlərini başqa güclərin alətinə çevirdiyi getdikcə açılır...

Image


Şimali İraq kürd muxtariyyətində keçirilən referendumun bölgədə separatçılıq dalğasını genişləndirəcəyi, həmçinin, müəyyən region ölkələri üçün bölünmə təhdidi yaradacağı haqda verilən proqnozlar özünü doğruldur. Belə ki, İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirib.

Perspektivdə buradakı kürdlərin də separatçılıq tələbi ilə çıxış etməsi istisna olunmur və rəsmi Tehran indidən buna qarşı müvafiq tədbirlərə başlayıb. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır.

Suriya kürdləri də artıq muxariyyət və müstəqillik barədə düşünür. Suriyanın xarici işlər naziri Vəlid Muallim isə bildirir ki, Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər: “Suriyalı kürdlər Suriya Ərəb Respublikasının sərhədləri daxilində özünüidarə istəyir. Bu məsələ müzakirə edilə bilər. İŞİD-in məhvindən sonra onlarla masaya oturaraq razılaşa bilərik”.

Ən böyük problem isə İraqın özündə müşahidə olunur. Bu arada “Yeni Şəfəq” nəşri yazır ki, Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində İraqın bölünməsi ilə bağlı toplantı keçirilib. Toplantıda Kərkükün paytaxt elan edilməsi, Suriyanın şimalını işğalda saxlayan PKK ilə ortaq ordunun qurulması, sərhəd qapılarının ləğv edilməsi, ümumi pasportlardan istifadə edilməsi, bir sözlə, “Kürdüstan” xəritəsinin daha da böyüdülməsinin vacib olduğu vurğulanıb. Bildirilir ki, son 20 gündə ABŞ, İngiltərə, Fransa və İsrailin yüksək vəzifəli rəsmiləri ilə bağlı qapılar arxasında görüşən Bərzani “Birləşmiş Kürdüstan” mövzusunda onlardan tam dəstək alıb. Bərzaniyə Mosulun da “Kürdistan”a birləşdiriləcəyi barədə vəd verilib. İraq mərkəzi hökuməti isə belə vəziyyətdə ölkənin parçalanmasına yol verməmək üçün qəti hərəkətə keçməyə hazırlaşır və separatçı bölgəyə ordu yeritməyi düşünür.  Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır.

Artıq sərhədə böyük sayda Türkiyə ordusu cəmləşdirilib. Eyni proses İran tərəfindən də müşahidə olunur. Amma kürdlər də geri çəkilməyi düşünmür.  Bununla bağlı  Məsud Bərzani İraq hökumətinə və qonşu ölkələrə müraciət ünvanlayıb. O,  referendumda kürd xalqının qələbə qazandığını deyərək, İraq hökuməti ilə dialoqa hazır olduqlarını bəyan edib: “Yeni bir dönəm başladı. Bu, Kürdüstan xalqının qələbəsidir. Biz hamılıqla müstəqilliyə “hə”, soyqırıma “yox” dedik. Bu səslər beynəlxalq qaydalara zidd deyil. Öz taleyimizi özümüz müəyyən etmək haqqına sahibik. İraq rəhbərliyindən və qonşu ölkələrdən tələb edirəm ki, yaşananları ciddi qəbul etsinlər. Dialoqa başlayaq. Bu, iki tərəf üçün ən doğru seçimdir. Xalqlar arasında gərginliyə yol verməməliyik”. Lakin İraq və digər region ölkələri Kürdüstanın müstəqillyinin mümkünsüz olduğunu bildirir. Belə vəziyyətdə bölgədə yeni qanıl savaşın başlaması qaçılmaz sayılır. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay da bunu mümkün sayır.   Onun sözlərinə görə, Türkiyə bu referendumu yox kimi dəyərləndirir: “İran isə daha sakit davranmağa çalışsa da, referendumun nəticəsindən ən çox təsir görəcək ölkə olaraq olduqca narahatdır. Mərkəzi İraq hökuməti üçün bu referendum torpaqlarının itirilməsidir, buna görə də qısa zamanda Bərzani ilə mərkəzi hökumət arasında beynəlxalq səviyyəli böyük bir böhran, hətta müharibə çıxacaq. İran Bərzaninin bu addımının arxasında İsrailin olduğu şübhəsilə yaşayacaq və İsrailin sərhədlərinin dibinə qədər gəldiyi qorxusu ilə daha da narahat olacaq. Bu referendum və ardından gələcək müstəqillik hərəkatı daxili müharibə ilə boğuşan Suriyaya da təsir edəcək. Türkiyə, İran, Suriya və mərkəzi İraq hökumətinin Bərzaniyə qarşı ittifaq quracağı görünür. Ətrafı 4 dövlətlə çevrələnən və hava sahəsi bağlanan Bərzaninin buna uzun müddət duruş gətirməsi çətin görünür”. Türkiyəli politoloq hesab edir ki, bu prosesdə məğlub tərəf Şimali İraq xalqı olacaq: “Bərzani kənardan aldığı dəstəklə atdığı bu addıma veriləcək reaksiyalara hazır olmalıdır. Ətrafı tamamilə mühasirəyə alınıb. Quru, hava, dəniz çıxışı olmayan bir coğrafiyada Amerika, yaxud İsrailin dəstəyi ilə ayaqda dura bilməyəcəyini də anlamalıdır. İraq hökumətinin istəyi, İran və Türkiyənin məlumatı olmadan belə addım atan Bərzaninin ayaqda qalmaq şansı yoxdur, buna görə də o, xalqını müharibədən qurtarmalıdır. Bu müharibənin itirən tərəfi Şimali İraq xalqı olacaq”.

Eyni mövqeni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sərgiləyir. Onun sözlərinə görə, referendum yeni münaqişələrin xəbərçisi olmaqdan başqa heç bir anlam daşımır. Referendumu tək İsrailin qəbul etdiyini bildirən prezident vurğulayıb: “Dünya yalnız İsraildən ibarət deyil. Kosovo 114 ölkə tərəfindən tanınıb, lakin hələ də cətin vəziyyətdədirlər. Sən İsraillə nə əldə edəcəksən? Sanksiyaları tətbiq etməyə başladığımız anda ortada qalacaqlar, TIR-lar Şimal İraqa getməsə, yeməyə çörək tapa bilməyəcəklər. İsraillilər onlara haradan və necə yardım göndərəcək? Biz son ana qədər Bərzaninin belə bir yanlış hərəkət edəcəyini ehtimal etmirdik. Deməli, yanlışlığa yol vermişik. Bu qərar ölkəmizə xəyanətdir. Bu məsələ kürdlərin haqqı məsələsi deyil. Bərzani bu səhvdən qısa müddətdə dönməsə, bölgəni məzhəb qarşıdurmasına itələyəcək”.  Ərdoğan iqtisadi sanksiyalardan hərbi addımlara qədər bütün variantların masada olduğunu bildirib. Prezident Türkiyəni bölgədə oyun qurucusu kimi görməyənlərlə də bərabər heç bir addımın atılmayacağını vurğulayıb.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ