Bazar günü günü, 15 noyabr 2026
     

Prezident Əliyevin BMT kürsüsündən Ermənistanı cəzalandırmaq çağırışına dünya boyu dəstək başlayıb

Image


BMT Baş Assambleyasının 72-ci iclasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistana sərt xəbərdarlıq edərək işğal siyasətinin davamı halında yeni aprel döyüşlərinin ola biələcəyini diqqətə çatdırdı. Eyni zamanda dövlət başçısı Ermənistanın  hərbi xunta rejiminin hələ də Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayaraq, bunun yolverilməz olduğunu bəyan etdi.

Bu işğalda azərbaycanlılara qarşı soyqırımı törədənlərdən birinin elə Ermənistan prezidenti olduğunu söyləyərək, bu vaxta qədər problemin həll edilməməsinin səbəbi kimi dünyada mövcud olan ikili standartları göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan Prezident İlham Əliyev artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını bildirdi.

Siyasi təhlilçilər hesab edir ki,  bütün bu cəsarətli, eyni zamanda tam aktual olan fikirlər Ermənistana və hamilərinə açıq mesaj xarakteri daşıyırdı.  Hesab edilir ki, həqiqətən də BMT üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalı, işğalçılıq siyasətinə görə ona qarşı konkret sanksiyalar tətbiq etməlidir. Aydın məsələdir ki,  BMT ən azından öz nizamnamə tələblərinin və beynəlxalq hüququn real tətbiqini görmək istəyirsə, Azərbaycan Prezidentinin söylədiklərini mütləq nəzərə almalıdır. Qeyd edilənlərlə bağlı mövqeyini açıqlayan tanınmış beynəlxalq ekspert Arye Qut İsrailin ən nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post”da yazır ki, həqiqətən də BMT çərçivəsində işğalçı Ermənistanın və onun indiki rəhbərinin cəzalandırılmasına ciddi ehtiyac var. Qutun fikrincə, bu məsələdə İsrail də fəal mövqe sərgiləməlidir: “Baş nazir Binyamin Netanyahunun  dediyi kimi, İsrail müsəlman dostları ilə əməkdaşlığı genişləndirir. Belə olduğu təqdirdə İsrailin beynəlxalq arenada həmin dövlətləri, xüsusən onların beynəlxalq birlik tərəfindən də etiraf edilən haqq işini dəstəkləməsi onun da xeyrinə olacaq. Elə BMT-də dövlət və hökumət başçılarının çıxışları arasında auditoriyanın diqqətini daha çox cəlb edən çıxışlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Azərbaycan Prezidenti çox sərrast şəkildə dünya birliyinə xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsi hələ də tənzimlənməyib. İlham Əliyevin strateji baxımdan dəqiq və lakonik nitqi Ermənistan ictimaiyyətində prezident Serj Sarkisyana qarşı qəzəb oyadıb. Onu informasiya müharibəsində məğlub olmaqda ittiham edirlər. Erməni KİV-ini hiddətləndirən budur ki, İlham Əliyevin çıxışından bir neçə gün keçməsinə baxmayaraq, prezident Sarkisyan onun ittihamlarına cavab verə bilmir. Susmaq razılıq əlamətidir. Belə çıxır ki, Sarkisyan təslim olub, deyilənlərin hamısını qəbul edib, yəni Pprezident Əliyev haqlıdır. Əslində bu həqiqət bütün dünyaya çoxdan məlumdur. Hamı bilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edib, 1992-ci ilin fevralında isə indiki prezident Sarkisyanın, keçmiş müdafiə naziri Sergey Ohanyanın və sabiq prezident Robert Köçəryanın iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırım aktı həyata keçirib. Serj Sarkisyan “iş başında” tutularaq axır ki ifşa edilmiş və özünə haqq qazandırmaq üçün söz tapa bilməyən cinayətkara oxşayırdı. Əlbəttə, ədalət gec ya tez zəfər çalmalıdır. BMT-nin yüksək tribunasında, bütün dövlətlərin nümayəndələrinin gözləri qarşısında bu faciənin qiymətləndirilməsində dönüş baş verdi”.

Arye Qut yazır ki, Azərbaycan prezidentinin öz nitqində bəyan etdiyi kimi, Ermənistanın indiyə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməyə cəsarət göstərməsinin səbəbləri beynəlxalq birlik tərəfindən tətbiq edilən ikili standartlarla bağlıdır. Ekspertin fikrincə, bu gün artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr faktiki olaraq Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış sakinlərin heç birinə rəhm etməyib: “Erməni silahlı dəstələrinin vəhşiliyi nəticəsində azərbaycanlı qadınlar, uşaqlar və qocalar əsir düşərək misli görünməmiş əzab-əziyyətə, təhqirlərə və alçaldılmalara məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə qırılmasının yalnız bir “səbəbi” vardı – onlar hamısı azərbaycanlı idi. Mən soruşuram: indiki erməni faşistləri XX əsrin 40-cı illərində mənim xalqımın altı milyon nümayəndəsini məhv etmiş alman faşistlərindən nə ilə fərqlənirlər? Cavab aşkardır – heç nə ilə. 1992-ci ildə erməni terrorçular Xocalıda bu gün İŞİD silahlılarının əsirlərə qarşı rəftarı qədər dəhşətli, bəzən daha pis rəftar edirdilər”. Qutun sözlərinə görə, müasir dünya birliyi faşizmin və antisemitizmin, qatı şovinizmin dirçəldilməsi hallarına göz yummamalı və onun yeni təzahür formalarına müqavimət göstərməyə hazır olmalıdır: “Bu təkcə yəhudi xalqı qarşısında deyil, həm də belə bir tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün başqa xalqlar qarşısında bizim borcumuzdur… Qanlı Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı cinayət deyil, bu, bilavasitə insanlığa qarşı cinayətdir. Həlak olanların qohumlarının bir dəhşətli ağrısı var – insanlığa qarşı bu vəhşi cinayəti törədənlər hələ də beynəlxalq məhkəmə qarşısında cavab verməyib və cəzasız qalıblar. İkinci Dünya müharibəsindən sonra faşist xuntasının nümayəndələrinin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verdi. Xocalıda dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məhv edilməsinin ideoloqları və icraçıları isə müasir Ermənistan Respublikasında rahatca yaşayırlar…Xocalıda soyqırım aktının təşkilatçılarının çoxu bu gün hətta Ermənistan dövlətində yüksək vəzifələr tutur. Halbuki, onlar da beynəlxalq məhkəmə qarşısında dayanmalı və öz cinayətlərinə görə cavab verməlidir. Nasistlər kimi, onların da barəsində kifayət qədər material və videosənədlər var. Çoxsaylı müstəqil beynəlxalq mənbələrdə Ermənistan Respublikasının yüksək

vəzifəli şəxslərinin bu cinayətdə iştirakını təsdiq edən şahid ifadələri var. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə müsahibələr verir, Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə haqq qazandırmağa çalışır, bununla fəxr edirlər. Mən əminəm ki, nasistlərin hakimiyyəti kimi, bu başabəla siyasətçilərin hakimiyyəti də uğursuzluqla başa çatacaq”.

Qutun fikrincə, Serj Sarkisyanın bütün son bəyanatları və real hərəkətləri, həmçinin onun uğursuz xarici və daxili siyasəti bir daha sübut edir ki, Sarkisyan tamamilə məsuliyyətsiz və uzaqgörməz siyasətçidir: “O, Qarabağ separatizmi dalğasında təsadüfən Ermənistanın siyasi həyatında ön plana keçmiş terrorçu olub və bu gün də belə bir terrorçu kimi qalır. Sarkisyan özünün diplomatiyadan uzaq olan bütün çıxışlarında ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışır və bununla da sübut edir ki, faktiki olaraq hələ də diplomatiya və beynəlxalq siyasət kimi anlayışlardan tamamilə uzaq Sarkisyan kimi qalıb. Bu onun savadının və siyasi mədəniyyətinin aşağı səviyyədə olmasını bir daha təsdiq edir”. Daha sonra BMT-də İlham Əliyevin səsləndirdiyi fikirlərə diqqət yetirən ekspert  Prezidentin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllinin zəruri olması ilə bağlı fikrini önə çəkib: “Rəsmi Bakı Ermənistanla bu münaqişənin indiki status-kvosu ilə heç vaxt razılaşmayacağını çoxdan bildirib. 2016-cı ilin aprel hadisələri – Azərbaycan silahlı qüvvələrinin Ermənistan silahlı qüvvələrinə sərt və sərrast cavab verərək onlara sarsıdıcı zərbələr endirməsi bir daha göstərdi: rəsmi İrəvan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Üstəlik, beynəlxalq hüquq normalarına əsasən, rəsmi Bakı həm özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir. Lakin təəssüf ki, beynəlxalq münasibətlərin bugünkü reallığı dünya arenasında güc amilinin daha səmərəli təsir göstərdiyini sübut edir …Tamamilə aşkardır ki, indi Cənubi Qafqaz regionunda yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir. Bunun təqsiri isə, ilk növbədə, Ermənistan rəhbərliyindədir“. Bütün bunlar fonunda Arye Qut yazır: “Belə bir sual yaranır: dünya ictimaiyyəti Sarkisyanın uşaq kimi şıltaqlıqlarına, onun Kim Çen In kimi beynəlxalq hüquqa tabe olmadan bütün dünyaya meydan oxumasına nə vaxta qədər dinməzcə dözəcək?”. Beləliklə, bütün bu qeyd edilənlərdən bəlli olur ki, Prezident İlham Əliyevin həm BMT-də ikili standartlara son qoyulması, həm də Ermənistana sanksiyalar tətbiq edilməsinin vacibliyi ilə bağlı dediklərinə dünyada artıq reaksiyalar var və dövlət başçısının mövqeyi dəstəklənir. Bu həm də, ən azından, beynəlxalq hüququn işlək hala gəlməsi baxımından vacib sayılır. Digər tərəfdən, bu məsələdə Azərbaycana digər dövlətlərin, məsələn, elə İsrailin daha yaxından yardım etməsi çox vacibdir. Bütün bunlarisə, yuxarıda qeyd olunduğu kimi, ən azından beynəlxalq hüququn işlək hala gəlməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Digər tərəfdən, Ermənistana qarşı sanksiyaların tətbiqi nəticə etibarı ilə digər separatçılar üçün də ciddi dərs ola bilər. Belə vəziyyət separtçılığa cəhd edənlərin hansı aqibətlə üzləşəcəklərinin əvvəlcədən məlum olması haqda əsaslı bir presedent də yarada bilər. Hər halda, bütün bunlar dünyada separatçılıq probleminə ciddi şəkildə əngəl yaratmaq iqtidarındadır. İndi əsas məsələ müvafiq beynəlxalq qurumların obyektivlik və qətiyyət göstərməsidir. Çünki Ermənistanın sanksiyalarla cəzalandırılması üçün bütün müvafiq şərtlər mövcuddur. Bu istiqamətdə atılacaq addımlara elə BMT çərçivəsində dəstək verəcək ölkələrin sayı da kifayət qədər olacaq. Çünki separatçıların və başqalarının ərazilərini zorla işğal edənlərin cəzalandırılmaması dünyanı daha böyük sürətlə xaosa sürükləyir. Buna qarşı olanların sayı isə kifayət qədərdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ