Bazar günü günü, 15 noyabr 2026
     

Ermənistan ikiqat tələdə - Qarabağ proseslərini müharibəyə sürükləyir, hərb qabiliyyətini isə günbəgün itirir…

Image


Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra işğalçı Ermənistan ilk illərdə eyforiyaya qapılıb ciddi üstünlüklər əldə etdiyini düşünsə də, sonradan hadisələrin gedişi tamam fərqli bir mənzərəni ortaya çıxardı. Məlum oldu ki, Azərbaycan ərazilərinin işğalı onu başqalarından tam asılı olan forpost bir dövlətə çevirib. Eyni zamanda, ötən dövr ərzində Ermənistanda bütün sahələr üzrə ciddi tənəzzül qeydə alınıb, ölkənin formal müstəqilliyi də aradan qalxmaq  təhlükəsiilə üzləşib.

Ermənistandan fərqli olaraq, bu illər ərzində davamlı şəkildə güclənməyi bacaran Azərbaycan isə inkişaf parametrlərinə görə düşmən ölkəni xeyli qabaqlayıb. İndi real mənzərə ondan ibarətdir ki, kifayət qədər güclənən Azərbaycan hərbi güc yolu idə işğal faktını qısa müddətdə tam aradan qaldırmaq iqtidarındadır. Ermənistanda belə açıq etiraf olunur ki, Azərbaycan indi kifayət qədər yaxşı təchiz edilmiş silahlı qüvvələr yarada bilib. Bunun əvəzində isə erməni ordusunda hazırda olduqca acınacaqlı bir vəziyyət hökm sürür. Ordunun maddi-texniki təminatı pisləşməklə yanaşı, şəxsi heyət çatışmazlıığı da gedərək daha bərbad vəziyyət alır. Bundan başqa, ordu sözün əsl mənasında intriqa yuvasına çevrilib, rəhbərlik arasında ziddiyyətlərin dərinləşməsi vahid komandanlıqla bağlı ciddi çətinliklər yaradıb. Erməni mediasında yer alan məlumatlardan belə bəlli olur ki, baş qərargah rəisi Movses Akopyanla müdafiə naziri Vigen Sarkisyan arasında indi kəskin qarşıdurma yaşanır və bu, orduda neqativ halların daha sürətlə artmasına səbəb olur. O da qeyd edilir ki, bir sıra yüksək vəzifəli hərbçilər Movses Akopyanın nazirlikdəki davranışları və özünü fərqli aparmasından ciddi şəkildə narazıdır. Deyilənlərə görə, Akopyan ilkin olaraq özünü hərbçi olmayan müdafiə nazirindən üstün tutmağa çalışır. Bundan başqa, Akopyan tabeliyindəki şəxsi heyət və nazirliyin tərəfdaşları ilə apardığı davranışlarda bəzən özündənrazı, bəzi hallarda isə kobud hərəkətlərilə yadda qalıb. 
Xatırladaq ki, aprel döyüşlərindən sonra Akopyanla Müdafiə Nazirliyinin müxtəlif əmlak və əşya təminatı ilə məşğul olan hərbçiləri arasında böyük qalmaqal yaranmışdı. Yüksək vəzifəli hərbçiləri təhqir edən Akopyan baş verən qalmaqaldan sonra ictimai şəkildə üzr istəyib. Bənzər hallar dəfələrlə təkrarlanıb.
Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, Vigen Sarkisyan və Akopyan arasında nizam-intizama əməl edilməsinə dair ciddi danışıqlar aparılıb. Baş qərargah rəisi müdafiə nazirinə qarşı çıxaraq, özünün hərbçi olduğunu, vəziyyətə və qoşunlarda aparılan fəaliyyətlərə nəzarət etdiyini bildirib. Sarkisyan isə onu sakitləşdirməyə çalışıb. O, baş qərargah rəisinin qarşısına şərt qoyaraq bildirib ki, ya digər işlərə müdaxilə etməsin, tabeliyində olan şəxsləri təhqir etməsin, kobud davranmadan sakitləşsin və öz işini görsün, ya da ordudan uzaqlaşsın. Akopyanın isə belə münasibətdən narazı qaldığı bildirilir və bu da onunla müdafəi naziri arasında ziddiyyətlərin yaranması gətirib çıxarıb.   Bu səbəbdən nazir Akopyanın orduda xidmət etməsini istəmir. Bununla belə, hazırda Ermənistanın Müdafiə Nazirliyində baş qərargah rəisliyinə uyğun kadr olmadığından, Akopyan vəzifədə saxlanır.  Belə vəziyyət  nazirlik daxilində parçalanma, yüksək rütbəli hərbçilər arasında qruplaşma, intizamsızlıq yaradır. Bu hal isə onsuz da erməni ordusunun aşağı düşməkdə olan döyüş qabiliyyətini daha da pisləşdirir, hərbi birləşmələrin idarəçiliyində ciddi əngəllər yaradır. Elə erməni ordusunda özbaşınlaıqların, hərbçi itkilərinin sayının artmasına təkan verən amillərdən biri də budur.

Yeri gəlmişkən qeyd edək ki, elə indinin özündə də Ermənistan ordusunda neqativ halların durmadan artması sirr deyil və bu barədə məlumatlar erməni sosial mediasında əsas müzakirə mövzuları sırasında yer alır. Belə bir vaxtda erməni sosial mediasında müzakirə olunan növbəti məsələ Laura adlı “Facebook” istifadəçisinin qohumunun ağır yaralanması barədə etdiyi paylaşımdır. Onun sözlərinə görə, Madagizdə yerləşən hərbi hissədə xidmət edən qohumu Narek Zarqaryanla digər hərbi qulluqçu Yura Hakopyan döyüş postunda olan zaman post komandiri tərəfindən təhqirlərə və alçaldıcı hərəkətlərə məruz qalıb. Komandirin bu hərəkətlərinə etiraz edən hərbi qulluqçular güllələnərək ağır bədən xəsarəti ilə hospitala təxliyə ediliblər. Hazırda hər ikisinin vəziyyəti ağırdır.

Ümumiyyətlə, Madagizdə yerləşən hərbi hissədə kriminal xarakterli olaylar tez-tez baş verir. Məsələn, elə ötən ay məlum olmuşdu ki, Madagiz ərazisində yerləşən hərbi hissədə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk edib. Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlığın cidd-cəhdlə adını hərbi polisdən gizlətdiyi 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib. Bunun ardınca  yenə Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədənkənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Ruben Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıb. Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdiyi üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdirilib. Bundan əlavə, məlum olub ki, elə həmin vaxt  bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyan da naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb. Burada müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb. Erməni ordusunun digər hərbi birləşmə və hissələrində də bu qəbildən olan halların sayının sürətlə artdığı bildirilir. Ümumiyyətlə, son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərketmə halları artıq kütləvi xarakter alıb. Bu xüsusda daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Hraç Tovosyan adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunub. Onların nizamnamədən kənar olaraq əsgər yoldaşları üzərində zorakı hərəkətlər etdiyi bildirilir.

Eyni zamanda şəxsi heyətin çatışmazılığı üzündən indi hərbi xidmətə yararsız olanlar belə orduya çağrılır. Elə bu günlərdə məlum olub ki, Ermənistanın Müdafiə Nazirliyi psixoloji və ruhi travmadan əziyyət çəkən gəncləri də hərbi xidmətə göndərir. Onlardan biri olan, Dağlıq Qarabağa həqiqi hərbi xidmətə göndərilən əsgər Mqer Arutyunyan bir neçə gündən sonra Xankəndi hərbi hospitalına aparılıb. Onun səhhətində ciddi problemlərin olduğu deyilir. Əsgərin valideynləri bildirir ki, 18 yaşlı Mqerin əsəb sistemində problem var. Belə ki, psixoloji dispanserdə müalicə aldıqdan sonra Mqer hərbi xidmətə göndərilib: “Bununla bağlı müəyyən dairələrə məktub da ünvanlamışıq. Ancaq müracitələrimizə cavab verilməyib. Onun psixoloji problemlərinin olması ilə bağlı sənədlər mövcuddur. Mənim oğlum xidmət edə bilməz”. Digər bir faktı erməni əsgərinin anası Varsenik Baqdasaryan açıqlayıb. O qeyd edib ki, oğlu Akopun psixoloji problemlərinin olmasına baxmayaraq, o, hərbi xidmətə göndərilib. Mehridə hərbi xidmət çəkdiyi vaxt qəflətən vəziyyəti pisləşib və o, ağır durumda hospitala aparılıb: “7 aydan sonra oğlumu psixoloji dispanserdən evə gətirdim. Hərbi bilet verildi. Daha sonra əlilik dərəcəsi təyin edildi. Yekunda yazıldı ki, uşaqlıqdan psixoloji problemi olub. Əgər psixoloji problemi vardısa, niyə xidmətə aparırdılar?”.

Ümumiyyətlə, erməni ordusunda bu cür neqativ halların sayı kifayət qədərdir. Elə qeyri-döyüş şəraitində itkilərin sayının artmasına da rəvac verən amillərdən biri məhz budur. Erməni mediası isə yazır ki, bu durumda belə ordunun güclü Azərbaycan silahlı qüvvələrinin bir həmləsində darmadağın olması qaçılmazdır. Hətta qeyd olunur ki, mümkün hərbi qarşıdurma halında Ermənistanı acınacaqlı, biabırçı bir məğlubiyyət gözləyir. 

Həqiqətən də, Ermənistandan fərqli olaraq, Azərbaycanda ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanın güclü və sarsılmaz ordusu var. Ermənistan tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, ordusunun döyüş imkanlarından qorxur və ehtiyatlanır. Düzdür, ötən ilin aprel döyüşlərindən sonra çətin duruma düşən Ermənistan rəhbərliyi, vəziyyətdən çıxış yolu kimi, Müdafiə Nazirliyində çoxsaylı həbslər aparmaqla, kadr dəyişiklikləri həyata keçirməklə ictimai qəzəbdən xilas olmaq istəyir. Amma yuxarıda qeyd edilən faktlar bunun tamam əksi olan mənzərənin yarandığını, erməni ordusunun daha pis vəziyyətə düşdüyünü göstərir. Belə vəziyyətdə təbii olaraq Ermənistanda hadisələrə real prizmadan yanaşanların sayı artır və bu durumda  cəmiyyət də başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli Ermənistanın böyük məğlubiyyətinə və məhvinə gətirib çıxaracaq. Erməni analitik İqor Muradyan isə Qarabağda mümkün müharibə zamanı Ermənistana artıq heç kimin dəstək verməyəcəyini bildirir. İqor Muradyan qeyd edir ki, Ermənistan rəhbərliyinin xarici siyasətdə də yol verdiyi səriştəsizliklər Rusiyanın belə İrəvandan üz döndərməsinə, ölkənin yalnız qalmasına gətirib çıxarıb. Bütün bunlar isə  Azərbaycanın mövqelərinin daha da güclənməsi ilə nəticələnib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ