Bazar günü günü, 15 noyabr 2026
     

Kürdlərin davakar referendumu, Böyük Yaxın Şərq Planı və dünyanı hədələyən “qan gölü”…

Image


Yaxın Şərqdə hadisələrin gedişi daha dramatik xarakter almağa başlayıb və proseslərin gedişi göstərir ki, Şimali İraq kürd muxtariyyətinin müstəqilliklə bağlı keçirdiyi referendum bölgəni yeni qanlı savaşa sürükləyir. Çünki indi baş verənlər İraqın parçalanması və burada Türkiyə, İran və ərəb dünyası üçün təhlükəli durumun formalaşmasına rəvac verəcək.

Amma Bağdad mərkəzi hökumətinin, ərəb dövlətlərinin, Türkiyənin, İranın sərt şəkildə qarşı çıxmasına baxmayaraq, İraqın şimalındakı kürd administrasiyası bölgənin müstəqilliyinə dair referendumu keçirdi. Baş verənləri təhlil edən ekspertlər bildirir ki, Qərb dövlətləri, o cümlədən ABŞ-ın referenduma qarşı mövqe sərgiləmələrinə baxmayaraq, əslində proseslər onların istədikləri istiqamətdə cərəyan edir. Çünki kürdlərin müstəqilliklə bağlı referendumu ABŞ-ın müəllifi olduğu Böyük Yaxın Şərq Planının tərkib hissəsi sayılır. Plana əsasən, kürdlər, şiələr və sünnilər olmaqla İraq üç hissəyə, Türkiyə, İran və Suriya da müəyyən hissələrə parçalanaraq əvəzində “Kürdüstan” dövləti yaradılmaıl idi.  Artıq kürdlərin referendumu bu planın işə salındığını göstərir. O da məlumdur ki, ABŞ-ın adından “Kürdüstan”  regionda əhəmiyyətli neft yataqlarına tam nəzarəti ələ keçirməyi planlaşdırır. İraqın parçalanması hesabına müstəqil kürd dövlətinin elan edilməsi uzunmüddətli planda Türkiyə, Suriya, İran və digər bir sıra ölkələrdə ciddi risklər meydana çıxaracaq. Belə ki, müstəqil kürd dövlətinin meydana çıxması "Böyük Kürdüstan" layihəsinin tərəfdarlarını fəallaşdıracaq, nəticədə həmin ölkələrdə yaşayan etnik kürdlər arasında separatçılıq meylləri güclənəcək. Analitiklərə görə, Qərb həm də  müstəqil kürd dövlətindən məhz İran kürdləri arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışacaq. Bütün bunların nəticəsidir ki, Türkiyə və İran, eləcə də parçlanmaqda olan İraq qəti şəkildə referenduma qarşı çıxır.

Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, İraq kürd muxtariyyətinin təşkil etdiyi müstəqillik referendumunun Ankara  üçün hökmü yoxdur: “Referendumu müşahidə etdiyimiz müddətdə mövcud vəziyyəti istismar etməyə çalışan bəzi radikal ünsürlərin və terrorçuların milli təhlükəsizliyimizi hədəf alan tədbirlərə təşəbbüs göstərəcəyi, İraq daxilində milli təhlükəsizliyimizə hər hansı təhdid baş verəcəyi halda beynəlxalq hüquq və Türkiyə parlamentinin bizə verdiyi bütün haqlardan istifadə edərək istənilən tədbiri görəcəyik”. Nazirlik bir daha referendum nəticələrinin heç bir hüquqi əsasının olmayacağını bildirib: “Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq. Türkiyənin və beynəlxalq cəmiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, referenduma getməkdə israr edən və yalnız İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan muxtariyyət rəhbərliyinin ağıldan uzaq bu təşəbbüsünü təəssüflə qarşılayırıq”.  Bildirilir ki, referendumla bağlı Türkiyənin milli təhlükəsizliyinə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirlər görüləcək. Amma o da faktdır ki,  “Kürdüstan”ın yaranması Türkiyəyə təkcə cənub sərhədlərində deyil, sərhədlərin içində də problem yaradacaq. Çünki “kürd dövləti” Suriyadakı kürdlərə qol-qanad verdiyi kimi, Türkiyənin cənub bölgəsində yaşayan və özlərini “kürdüstan dövləti”nin nümayəndəsi hesab edən kürdlərə də Ankara üçün mənfi istiqamətdə ciddi təsir edəcək.  Təbii ki, həmin bölgədə terrora dəstək verməyən kürdlər çoxluq təşkil edir, amma “Kürdüstan”ın yaranması müəyyən mənada onlara da təsir edə bilər. Hətta mövcud vəziyyət dəyişməsə belə, “kürd dövləti” PKK-nın Türkiyə daxilindəki hücumlarını artırmasına və separatçılıq meyllərinin güclənməsinə səbəb olacaq. Yaranmış durumda türk şəhəri Kərkükü Türkiyənin təsir orbitinə qaytarmaq mümkün olmayacaq. İraqın şimalında yaranacaq kürd dövləti Kərkükün zəngin quru neft yataqlarına nəzarət etmiş olacaq və beləliklə də bu dövlətin yaşaması yolunda ciddi iqtisadi əngəllər olmayacaq. Bu səbəbdən Türkiyənin İraqla sərhədə silahlı qüvvələr cəmləşdirməkdən başqa seçimi qalmayıb və son məlumatlara görə, türk ordusu sərhədə yaxın bölgələrdə mövqe tutub müdaxilə əmri gözləyir. Artıq Türkiyə İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsini bağlayıb. Məntəqə birtərəfli qaydada bağlanıb. Kürd muxtariyyətinin başçısı Məsud Bərzani daha əvvəl verdiyi bəyanatlardan birində bildirmişdi ki, Türkiyənin sərhədi bağlamayacağına ümid edir. Amma vəziyyət dəyişir. 

İran da ciddi problemlərlə üz-üzədir. Artıq  PKK-nın qolu olan PJAK kürd dövlətinin yranaması ilə Tehran üçün daha böyük problemə çevriləcək. İran üçün ən böyük problem isə İraq-Suriya-Livan xəttində özünü göstərəjək. Çünki Şimali İraqda ABŞ-ın nəzarətindəki “kürd dövləti” yaranırsa, bu, Tehranın Bağdada çıxışında maneələr yarada bilər. İraq-Suriya xətti Tehranın “Hizbullah“la yeganə quru yoludur. “Kürdüstan” İranın həm Suriyada lojistik fəaliyyətinə, həm də “Hizbullah“la əlaqəsinə çətinlik yaradacaq. Belə vəziyyət İrana sərf etmir. Ona görə İran  da bölgəyə hərbi müdaxilə edə bilər. Artıq İranın İslam İnqilabı Keşikçiləri Korpusu sərhəddə geniş hərbi təlimlərə başlayıb. Təlimlərin "Məhərrəm" kod adlı əsas hissəsi İranın İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətindəki Oşnevie şəhəri ərazisində başlayıb. İraqın sərhəd kürd rayonu artıq  İran ərazisindən minaatan atəşinə məruz qalıb. Rəsmi Tehran əvvəlcədən onu da bildirib ki, kürdlərin ayrılması İraqla təhlükəsizlik üzrə bütün razılaşmaları avtomatik ləğv edəcək və regionla sərhədin bağlanmasına gətirib çıxaracaq. Bağdad isə “kürd dövləti”nin peyda olmasından sonra ABŞ-ın heç bir istəyinə “hə” deməyəcək. Bu səbəbdən İraq Türkiyə və İranla yaxınlaşıb.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ