Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan BMT müstəvisində Ermənistanın “status-kvo” oyununu ifşa edən daha bir üstünlük qazandı…

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin hansı səpkidə inkişaf edəcəyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün ardından xüsusi maraq doğurur. Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının  72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şefer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Məlumatlara görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib.

Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib. Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb. Amma erməni tərəfinin nəticə verən danışıqları davam etdirməkdə maraqlı olub-olmadığı hələ dəqiq bəlli deyil. Bununla belə, Azərbaycan Elmar Məmmədyarovun timsalında məlum mövqe sərgiləməklə Ermənistanı fakt qarşısında qoyub. Yəni Azərbaycan nəticəsi olan substantiv danışıqların davam etdirilməsini istəyir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində maraqlıdırsa, substantiv danışıqlarda fəal olmalıdır. Əks halda bunun sonu müharibədir və Ermənistanda Azərbaycanla yeni savaşın başlanması indi ölkə üçün ən bədbin ssenari olaraq qəbul edilir.

Məsələ ilə bağlı erməni siyasi şərhçi Qalust Qriqoryan qeyd edir ki, Dağlıq Qarabağda müharibə əslində istənilən anda başlana bilər. O, diqqəti bu məsələyə yönəldir ki, Azərbaycan əraziləri azad etmək üçün son şərtərini irəli sürüb: “Hamımız BMT Baş Assambleyasının 72-ci sessiyasında İlham Əliyevin çıxışını gördük. Azərbaycan prezidenti açıq şəkildə bəyan etdi ki, “aprel müharibəsi”ndə olduğu kimi, Ermənistanın istənilən addımına Azərbaycan ordusu cavab verəcək. Bu, BMT-də, dünyanın ən ali tribunasında təkcə Ermənistana yox, bütün dünyaya xəbərdarlıq idi. Təsadüfi deyildi ki, İlham Əliyev BMT-də çıxış edərkən Azərbaycan ordusu hərbi atışlar həyata keçirirdi. Bu o deməkdir ki, sabah müharibə başlayarsa, təəccüblənməməliyik”. Erməni şərhçi Azərbaycan müdafiə naziri Zakir Həsənovun fikirlərinin də Ermənistana son xəbərdarlıq olduğunu iddia edib.
Qeyd edək ki Zakir  Həsənov İlham Əliyevin BMT-dəki çıxışını şərh edərkən, “Ali Baş Komandanın Dağlıq Qarabağ münaqişəsi ilə söylədiyi fikirlər ordu üçün əmrdir” deyə bildirib. Qriqoryan Bakının artıq heç nədən çəkinmədiyini və ərazilərin azad olunması üçün müharibə variantını açıq şəkildə dilə gətirdiyini bildirib. Onun fikrincə, bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir.  Qriqoryanın fikirləri Ermənistanda prezident İlham Əliyevin çıxışının yaratdığı rezonansı əyani şəkildə göstərir. Əslində, rəsmi Bakı torpaqların azad olunması üçün istənilən vaxt hərbi əməliyyata başlayacağını gizlətmir və beynəlxalq hüquq da Azərbaycana bu haqqı verir. Amma hələlik Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllini tapmaqda maraqlı olduğunu bildirir və bunu Edvard Nalbəndyanla görüşündən sonra Elmar Məmmədyarov bir daha dilə gətirib. Aydındır ki, yaxın tezlikdə Ermənistan kofnliktin dinc müstəvidə həlli istiqamətində addım atmasa, Azərbaycan mütləq mənada güc varinatından istifadəni işə salmalı olacaq. Hər halda, həmsədrlərin gələn ay regiona baş tutacaq növbəti səfərindən sonra münaqişənin həllində hansı variantın tətbiq edilmə ehtimalının daha yüksək olduğu dəqiq bəlli olacaq. Düzdür, məsələnin sülh yolu ilə həllinin mümkünlüyünə dair indi optimist fikirlər də səslənir. Məsələn, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov bəyan edib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb: “Rusiya bu münaqişədə neytral tərəf kimi çıxış edir. Bizim həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərimiz var. Məndə olan məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kifayət qədər yaxınlaşıblar”. Amma dəfələrlə olub ki, hansısa razılaşmanın əldə olunmasına az qaldığı vaxtda Ermənistan son anda mövqyeindən geri çəkilib. Elə münaqişənin dinc yolla həllini ləngidən əsas amillərdən biri də budur. Amma indi erməni tərəfi də aydın görür ki, Qarabağ  münaqişəsinin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Eləcə də münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi anlamına gəlir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da olduqca əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Bu vaxta qədər Ermənistan qeyd edilən beynəlxalq hüquqi sənədləri arxa plana atmağa çalışıb. Lakin artıq Azərbaycan, eləcə də atılan diplomatik addımlar sayəsində dünya ictimaiyyəti Ermənistana əvvəlki oyunlarını davam etdirməüyə imkan vermək niyyətində deyil. Bunu İrəvanda da yaxşı başa düşürlər. Belə vəziyyətdə İrəvan vəziyyətdən çıxış üçün növbəti dəfə şou göstərmək cəhdləri də edir. Məsələn, məlumdur ki, Ermənistanda işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı ziddiyyət yaranıb. Belə ki, öncə xarici işlər naziri Edvard Nalbandyan Qarabağətrafı rayonların qaytarılması məsələsinin müzakirə edildiyini açıqladı. Lakin bunun ardınca Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın açıqlaması İrəvanda hərbi-siyasi rəhbərlik arasında qarşıdurma olduğunu göstərdi. İşğal olunmuş ərazilərin bir qarışının belə qaytarılmayacağını deyən Akopyan bildirib ki, təhlükəsizliyin təmkin olunması üçün işğal altındakı rayonlar saxlanlmalıdır. Amma əksər təhlilçilər bildirir ki, belə ziddiyyətli mövqelər ortaya qoymaqda erməni tərəfinin əsas niyyəti mümkün Qarabağ razılaşmasını ləngitməyə çalışmaqdır. Fikirlər səslənir ki, Serj Sarkisyan xüsusilə Moskvanın təzyiqləri qarşısında dayana bilmir və danışıqlar masasında irəliyə doğru addımların atılmasına razılıq verib. Əslində onun bu razılığı ötən ilin “aprel müharibəsi”ndən sonra verdiyi məlumdur. Hətta Sarkisyanın iştirakı ilə Xankəndində keçirilən məxfi toplantıda hərbiçilərlə siyasilər arasında qarşıdurma yaşanmışdı. İndi də eyni vəziyyət yaranıb. Amma nə Moskva, nə də Azərbaycan bu ziddiyyət üzündən məsələnin həllinin donduurlmasına razılıq vermək niyyətindədir. Məsələ burasındadır ki, Ermənistan, Kremlin qəzəbinə rəğmən, mərkəzdənqaçma siyasəti yürüdür, əvəzində Avropa İttifaqı ilə noyabr ayında yeni saziş imzalamağa hazırlaşır.  İrəvanın Kremlin orbitindən yayındığı, yaxud buna çalışdığı müşahidə olunur. Xüsusən də erməni hakimiyyətinin nəzarətində olan “Yelk” blokunun prezident Vladimir Putinin müəllifi olduğu Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təklifi Rusiyanı xeyli əsəbiləşdirib.  İndi İrəvanı cəzalandırmaq üçün Moskva Qarabağ kartından istifadədə qərarlıdır. Eyni zamanda Azərbaycan da İrəvanın Qarabağ oyunlarını davam etdirməsinə imkan verməyəcəyini bildirir.

Baş verənlərlə bağlı “Aykakan jamanak” qəzeti yazır ki, Sarkisyan hakimiyyəti özünü çıxılmaz bir vəziyyətə salıb. Qeyd olunur ki, Bakı və Moskva indi İrəvanı birgə təzyiq altında saxlayır: “İlin sonuna kimi Rusiya Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyir.   Ərazilərin qaytarılması məsələsi Rusiyada gözlənilən prezidentlərin görüşündə əsas müzakirə mövzusunu təşkil edəcək.  Moskva həmin görüşdə konkret nəticə əldə etmək üçün israr edəcək. Amma  Ermənistan prezident Rusiyada nəzərdə tutulan görüş öncəsi “ordunun narazılığını” yaradaraq, danışıqlar masasında bundan istifadə etməyi planlaşdırır. Lakin bu dəfə planın işləməsi inandırıcı deyil. Axı, Rusiya ordu üzərində də nəzarətə malikdir”. Beləliklə, Ermənistanın Qarabağ manevrlərinin gedərək tükəndiyi görünür. Xüsusən də Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı beynəlxalq mövqelərimizin möhkəmləndiyini, bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirildiyini göstərir. Ən əsası, indiki şəraitdə Rusiya faktoru Ermənistan üçün sərfəli deyil. Bu durumda Ermənistanın status-kvonu mümkün qədər çox saxlamaq istəyinin baş tutması da inandırıcı görsənmir. Elə bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın tezlikdə müəyyən irəliləyişlərin olması tamamilə gözləniləndir. Azərbaycan bu  irəliləyişlərin sülh yolu ilə olmasında maraqlıdır və bunu dəfələrlə bəyan edib. Amma erməni tərəfi, bütün səylərə baxmayaraq, status-kvonu mümkün olduğu qədər çox saxlamaq siyasətini davam etdirməyə cəhd göstərərsə, məsələyə ordunun müdaxiləsi qaçılmaz olacaq. Belə vəziyyətdə Ermənistanın böyük zərbələr alacağı haqda isə artıq dəfələrlə deyilib, bəyan edilib.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ