Bazar günü günü, 15 noyabr 2026
     

Türkiyəni “Kürdüstan və “Ermənistan” arasında bölməyi nəzərdə tutan “Sevr“ planını ortaya atanların niyyəti…

Image


Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirmək niyyəti artıq dünya miqyasında ciddi narahatlığa yol açmaqdadır. Çünki bu hal bölgənin siyasi xəritəsinin dəyişməsi və yeni müharibə ilə nəticələnə bilər ki, belə vəziyyətdən təkcə region yox. artıq Yaxın Şərqdə marağı olan dövlətlərin böyük əksəriyyəti ciddi şəkildə narahatdır.

İraq isə ərazi bütövlüyünün parçalanmasına gətirib çıxaracaq prosesin qarşısını almaq üçün müəyyən dövlətlərlə, hətta  İraq Kürd Muxtariyyətinin müxalif qüvvələri ilə fəal əməkdaşlığa başlayıb. İraq prezidenti Fuad Məsum artıq Kürd Muxtariyyətinin müxalif “Qoran” hərəkatının lideri Ömər Səid Əli ilə görüşüb. Görüş hərəkatın Süleymaniyyə şəhərindəki ofisində baş tutub. Görüşdə əsas müzakirə muxtariyyətdə keçiriləcək müstəqillik referendumu olub. Tərəflər referendumun dərhal dayandırılması haqqında razılıq əldə edib. Amma görünən odur ki, referendumla bağlı əsas addım Türkiyə və İran tərəfindən atılacaq. Artıq Türkiyə mövqeyində nə dərəcədə haqlı olmasına ABŞ-ı belə inandıra bilib. Məsələ prezident Donald Trampla onun Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə əsas müzakirə predmetlərindən birini təşkil edib. Məlumatlara görə, prezidentlər Birləşmiş Ştatlarla Türkiyə arasında strateji tərəfdaşlığa sadiq olduqlarını bir daha təsdiqləyib, regional sabitliyi möhkəmləndirmək və terrorizmə qarşı mübarizəni gücləndirmək məqsədilə birgə işi davam etdirməyə razılaşıblar. Prezidentlər Kürdüstan regional hökumətinin planlaşdırdığı referendumu tanımadıqlarını bir daha bəyan ediblər. Onlar kürd liderlərini bütün həll edilməmiş məsələlər üzrə Birləşmiş Ştatların və Türkiyənin dəstəkləməyə hazır olduğu intensiv danışıqlar prosesi aparmağa çağırıblar. Kürdlər buna müvafiq cavab vermədikləri halda Türkiyənin bölgəyə ordu yeritməsi gözlənir. Bu məsələ Türkiyə Milli Təhlükəsizlik Şurasının təcili toplantısında da xüsusi diqqət mərkəzində yer alıb. Məlumatlara görə, referendum ləğv olunmayacağı halda, Türkiyə Kürd Muxtariyyətinə qarşı iqtisadi sanksiyalarla yanaşı, hərbi müdaxilə də edəcək. Ekspertlər hesab edir ki, Türkiyəyə İran, elə İraqın özü, Səudiyyə Ərəbistanı, Misir də hərtərəfli dəstək verəcək. ABŞ və Avropanın da ciddi etirazı gözlənilmir. Türkiyə isə qəti mövqe ortaya qoyaraq bildirib ki, bütün lazımi addımları atacaq. İran isə Bərzani hökumətinin bu addımını təhlükəli və təxribatçı adlandırıb. Həm Türkiyə, həm də İran İraqın şimalı ilə həmsərhəd əraziyə hərbi qüvvə yerləşdirib. İran “Haşdi Şabi” güclərini də ehtimal edilən əməliyyat üçün hazırlayır. 

Aydındır ki, “Kürdüstan” rəsmi şəkildə müstəqil olacağı təqdirdə hər şey İraqın parçalanması ilə başa çatmayacaq. Sonrakı mərhələdə kürdlər Türkiyənin cənub bölgəsinə, həmçinin, Azərbaycan torpaqlarına da iddia edəcəklər. Çünki bu vaxta qədər yayılan “Kürdüstan”  xəritələrinə Türkiyə torpaqları ilə yanaşı, Azərbaycanın müəyyən əraziləri, eləcə də hazırda İran idarəçiliyi altında olan Cənubi Azərbaycanın cənub-qərb bölgəsi daxil edilib. Bunlar həm də 1920-ci ilin “Sevr“ müqaviləsinin dirilməsinə xidmət edir. 1920-ci ilin 10 avqust tarixində ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilsonun hazırladığı bu müqaviləyə görə, Türkiyə torpaqları “Kürdüstan”   və Ermənistan arasında bölünməli idi. Amma bu niyyət həyata keçmədi. İndi isə prosesə yenidən start vreilir və bundan ən çox şad olanlardan biri də ermənilərdir. Ermənistan hesab edir ki, “Kürdüstan” dövləti yaranarsa, “Sevr“ müqaviləsi diriləcək və bu onlara “Böyük Ermənistan” xülyalarını həyata keçirmək imkanı verəcək. Erməni ekspert Ruben Safrastyan hesab edir ki, “müstəqil Kürdüstanın” yaranması “Sevr“ müqaviləsini aktuallaşdıracaq: “Kürdüstanın müstəqilliyilə Yaxın Şərqin xəritəsi dəyişməyə başlayacaq, bu proses yaxınlaşır. Böyük ölkələr bu prosesdə hansı gedişi etməyi düşünəcəklər və onlar “Sevr“ müqaviləsinə müraciət edəcəklər. Həmin müqavilədə “Kürdüstanın” müstəqilliyi haqda danışılır. Yaxın Şərqdə sərhədlərə yenidən baxmaq ehtiyacı yaransa, Ermənistan bizə aid olan ərazilərə böyük dövlətlərin diqqətini yönətlməyə hazır olmalıdır. Əmin deyiləm ki, müqavilə bərpa olunacaq, amma biz yenə də buna hazır olmalıyıq”. Amma real vəziyyət göstərir ki, Türkiyə proseslərin ermənilərin və separatçı kürdlərin istədyi məcrada inkişafını əngəlləmək üçün qətiyyətli addımlar atmağa hazırdır. İlk olaraq Şimali İraq Kürd Muxtariyyətinə qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq. Həmin sanksiyalar aşağıdakılar ola bilər: Türkiyənin Ərbildəki Baş Konsulluğu qapadılacaq, Derecik, Gülyazı, Üzümlü sərhəd qapıları İraqın şimalındakıların üzünə bağlanacaq, şimaldakı nefti Ceyhan limanından Avropaya daşıyan boru xəttinin fəaliyyətinə məhdudiyyət qoyulacaq, Ərbildən Türkiyənin Şırnak bölgəsinə çəkilən təbii qaz kəmərinin inşası ləğv ediləcək, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün kürd silahlılarına hərbi təlimlər və yardımlar dayandırılacaq. Türkiyə bölgədəki türkmənlərin həyatına müdaxilə ediləcəyi təqdirdə hərbi əməliyyat da keçirə bilər. Türkmənlər, xüsusən də Kərkük olmadan Şimali İraq Kürd Muxtariyyəti hansısa gücə sahib olmayacaq. Çünki bölgənin əsas gəlir mənbəyi olan neft hasilatnın yarıdan çoxu məhz Kərkükün payına düşür. Türikyə və İraqın bölgədə birgə əməliyyatı isə kürdləri qısa müddət ərzində neytrallaşdırmağa imkan verir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ