Bazar günü günü, 15 noyabr 2026
     

BMT-nin sessiyasından sonra Ermənistana beynəlxalq təzyiqlərin son və həlledici mərhələsi başlayır…

Image


Dağlıq Qarabağ münaqişəsinin qısa zaman kəsiyində həllini tapması üçün Azərbaycan Ermənistan və onu himayə edənlərə son şans verdi. BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxışla və burada səsləndirdiyi fikirlərlə Prezident İlham Əliyev bütün dünyanın diqqətinə çatdırdı ki, Ermənistan ötən ilin aprelində olduğu kimi itkilərlə üzləşmək istəmirsə, Azərbaycan torpaqlarının azad edilməsi prosesinə başlamalıdır. Əks halda düşməni daha sarsıdıcı hərbi zərbələr gözləyir.

Siyasi təhlilçilər bildirir ki, bu çıxış  Qarabağ  həqiqətlərinin nüfuzlu beynəlxalq dövlətlərə çatdırılması, həm də despotik erməni rejiminin yalanlarının ifşa edilməsi ilə səciyyəvi oldu. Dövlət başçısı qeyd etdi ki, BMT üzvü olan ölkələr işğalçı Ermənistanla münasibətlərə məhdudiyyətlər qoymalıdır. Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması baxımından olduqca düzgün yanaşma sayılır. Ən əsası isə, İlham Əliyev işğalçı Ermənistana bir daha xəbərdarlıq edərək bildirdi ki, aprel döyüşləri təkrarlana bilər. Aydındır ki, yüksək tribunadan səsləndirilən bu fikir əslində, Ermənistanla bərabər, həm də onun işğalçılıq siyasətinə bu və ya digər səviyyədə dəstək verən ölkələrə ünvanlanmış mesaj idi.

Məsələnin maraq doğuran və diqqət cəlb edən daha bir tərəfi BMT-də söylənən fikirlərin ardınca  Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası oldu. Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzəsində  Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə xüsusi olaraq çatdıran nazir Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutulmasının vacibliyini vurğulayıb. Nazir  bildirib ki, Ali Baş Komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir: “Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqlarla təchiz olunub. Bu, Ali Baş Komandanın orduya göstərdiyi ən ali diqqət və qayğısıdır”. Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib. Beləliklə, buradan da aydın görünür ki, indi qısa müddət ərzində erməni tərəfi dinc yolla konfliktin həlli istiqamətində zəruri addımlar atmasa, Azərbaycan hərbi gücdən istifadə edəcək. Bununla bağlı ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verilməsinin məhz indiki vaxta təsadüf etməsi tam məntiqi sayıla bilər. Artıq Azərbaycan dünya birliyinin, o cümlədən münaqişənin həllində vasitəçilik edən həmsədr ölkələrin qəti addımlar atmasını istəyir. Əks halda güc variantından istifadə də masa üzərindədir. Əslində, İlham Əliyevin ABŞ-a səfəri ərəfəsində ordumuzun genişmiqyaslı hərbi təlimlərə başlaması da Bakının öz mövqeyində nə qədər israrlı olduğunu nümayiş etdirmək gedişi idi. Təbii ki, dövlət başçısının dediyi kimi, hər şey beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində baş verəcək. Həmin qətnamələr və beynəlxalq hüquq Azərbaycana güc yolu ilə ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlamağa tam əsas verir. Hər halda, Azərbaycan bütün bu reallıqları BMT tribunasından dünyaya açıq bəyan etdi. 

Rusiyalı politoloq Sergey Markov bildirir ki, bu şəraitdə Ermənistan üçün ən yaxşı çıxış yolu mərhəhəli həll variantı ilə Qarabağ münaqişəsinin həllinə razılıq verməkdir: “Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz, blokadanın ləğv edilməsi və bölgənin hərbisizləşdirilməsinə qarşılıq olaraq boşaldılmalıdır. Bundan sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibinə mərhələli şəkildə iqtisadi, sosial və humanitar inteqrasiyası başlamalıdır. Dövlət başçısı İlham Əliyevin BMT-nin Baş Assambleyasında Ermənistanı hərbi cinayətkarın idarə etməsi haqqında fikirləri İrəvanın zəifləyən mövqeyini daha da çətinləşdirəcək. Digər tərəfdən, Xocalı məsələsi daha da aktuallaşır, daha çox diqqət cəlb edir və imkan verir ki, daha geniş meydanlarda bunun həqiqətən cinayət olması tanıdılsın. Ermənistan rəhbərliyinin sülh yoluna çıxmaq üçün ”Kazan formulu”nu qəbul etməsi məntiqli olardı, amma o özünün radikal diasporundan qorxur”. Xatırladaq ki, elə ”Kazan formulu” da münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutur.

Siyasi şərhçi, tarixçi alim Oleq Kuznetsov “Vestnik Kavkaza” saytına açıqlamasında bildirir ki, konfliktin mərhələli həlli üçün beynəlxalq ictimaiyyət, o cümlədən də BMT İrəvanı buna məcbur edə bilir. Onun fikrincə, Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə İrəvanın məcbur edilməsi məsələnin sülh yolu ilə tənzimlənməsinə böyük töhfə vermək iqtidarındadır.  İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi və beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı tətbiq etdiyi ikili standartlardan bəhs edən çıxışını şərh edərkən ekspert bildirib: “Planetimizdə mövcud olan istənilən kiçik dövlət, bu və ya digər dərəcədə, dünyada hökmran olan böyük dövlətdən asılıdır. Bu, beynəlxalq münasibətlərin universal qanunudur. Odur ki, belə bir iradə ortaya qoyulsa, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edilə bilər”.

Kuznetsov bildirir ki, yaxın zamanlara qədər belə ölkə rolunu Rusiya daşıyırdı, ancaq Ermənistanı qətnamələri yerinə yetirməyə məcbur etmək üçün tələsmədi: “İndi biz görürük ki, Ermənistan Avro-Atlantik alyansa qarşı demarş həyata keçirməklə, sözlə yox, əməllə vurğulamağa çalışır ki, Rusiya artıq onların tamhüquqlu rəhbəri deyil. ABŞ-ın personal sayına görə ən böyük ikinci - 1500 nəfərlik (bundan daha böyüyü Bağdaddadır) səfirliyinin İrəvanda yerləşdiyini nəzərə alsaq, İrəvana həm də bu dövlətin ciddi təsir etdiyini deyə bilərik. Çünki İrəvanda hakimiyyətin qolları həm də ABŞ-ın əlindədir. ABŞ və Rusiya hazırda bir-biri ilə qarşıdurma vəziyyətindədir. Onlardan heç biri Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur etmək barədə kompromisə getməyəcək”. Serj Sarkisyanın Xocalıda təşkil edilən kütləvi qırğınlarda iştirakı barədə prezident İlham Əliyevin BMT-dəki sözlərini şərh edən Oleq Kuznetsov qeyd edib ki, hüquqi nöqteyi-nəzərdən Ermənistanın fəaliyyətdə olan prezidenti beynəlxalq terrorçu sayılır: “Serj Sarkisyan Qarabağ klanının – Ermənistanda hakimiyyətdə olan və Dağlıq Qarabağ seperatçılarının qanunsuz silahlı birləşmələrinin komandirlərindən təşkil olunan hərbi siyasi xuntanın başçısı hesab olunur. Ermənistanın bütün siyasi sistemi Azərbaycanın işğal olunmuş ərazilərində qurulan bu qondarma dövlətlə bağlıdır. Ermənistanın özü isə Qarabağdan olan beynəlxalq terrorçular tərəfindən yaradılmış bu qondarma dövlətin koloniyasıdır.

İndilikdə isə Dağlıq Qarabağ elə bir coğrafi mövqedə yerləşir ki, hələlik beynəlxalq ictimaiyyət İrəvanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etmək üçün lazımı siyasi iradə göstərmir. Başqa heç bir yolla İrəvanın provokasiyalarının və insan ölümlərinin qarşısını almaq mümkün olmayacaq. Qarabağda müharibə gedir və həmin ərazilərə sülhməramlıların yerləşdirilməsi heç bir effekt verməyəcək. Çünki sühlməramlılara bu zaman onlarla kilometrə nəzarət etmək lazım gəlir. Mən inanmıram ki, dünyada hansısa bir dövlət 500 kilometr uzunluğunda və 20 kilometr enində olan bir sərhəddi nəzarətdə saxlayacaq sülhməramlıya sahib olsun”. Məhz belə bir şəraitdə ən yaxşı çıxış yolu Ermənistana təzyiqlərin artırılması sayılır və bu hal həm də İrəvanı yeni böyük fəlakətdən, itkilərdən xilas etmək üçün ermənilərin özünə də çox lazımdır. Dağlıq Qarabağın Azərbaycanın tərkibinə mərhələli şəkildə qayıdışı Ermənistana üzləşdiyi iqtisadi problemlərdən xilas olmaq imkanı verir. Amma bunun üçün İərvanın artıq qətiyyətli addımlar atması vacib şərtdir. Əks halda Azərbaycan Ermənistanı buna güc yolu ilə vadar edəcək. Bu isə, artıq dəfələrlə deyildiyi kimi, Ermənistana olduqca baha başa gələcək.

Hələlik isə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan BMT tribunasından Ermənistana daha bir şans verdiyini bildirib. İrəvan bu şansı lazımınca dəyərləndirdiyi təqdirdə həm Qarabağ münaqişəsi dinc müstəvidə həllini tapar, həm də Ermənistan üzləşdiyi sosial-iqtisadi problemlədrdən qurtular. Əks təqdirdə İrəvanı onu məhv edəcək dəhşətli müharibə gözləyir. Ermənistana daha sarsıdıcı zərbələr endirməyə hazır olması barədə isə ordumuza artıq lazımi tapşırıqlar verilib. Azərbaycan mövqeyində tam qətidir və bunu əslində erməni tərəfi də yaxşı bilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ