Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan ABŞ-da da ermənilərin Qarabağ mövqeyini alt-üst etdi…

Image


Dağlıq Qarabağ münaqişəsinin qısa zaman kəsiyində diplomatik müstəvidə həllini tapması ilə bağlı bu gün beynəlxalq miqyasda verilən rəsmi açıqlamaların sayının artması, bu xüsusda indi daha qətiyyətli mövqe nümayiş etdirilməsi müşahidə olunmaqdadır. Burada diqqət çəkən əsas məqam həm də odur ki, münaqişənin  beynəlxalq hüquq normaları əsasında həllini tapmasının vacibliyi də ayrıca qabardılır. Bu da öz növbəsində Azərbaycanın maraq və istəkləri ilə tam uzlaşır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şeferin bu xüsusda səsləndirdiyi fikirlər isə indi geniş müzakirə predmetidir. O qeyd edir ki, Qarabağ münaqişəsinin həlli məhz beynəlxalq hüquqlara əsaslanmalıdır. 

Amerikalı diplomat əmindir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşü ilə münaqişənin diplomatik müstəvidə çözümü istiqamətində mühüm addımlar atılacaq. Yeri gəlmişkən qeyd edək ki, “İnterfax” agentliyinin diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda görüşü sentyabrın 23-də keçirilə bilər. Qeyd edək ki, sentyabrın 25-dək Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində əsas müzakirələr keçiriləcək. Minsk Qrupu həmsədrləri sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırdıqlarını açıqlayıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşə razılıq verdiyini bildirib. İndi maraq doğuran əsas məqam məhz bu görüşdə real nəticələrin əldə olunmasıdır, özü də beynəlxalq hüquq normaları əsasında.  Endryu Şeferin açıqlamaları ABŞ-ın bu prosesdə maraqlı olduğunu göstərir. Daha öncə isə ABŞ-ın Qarabağ  münaqişəsinin hansı mərhələli formada həllini tapmasında maraqlı olduğunu sabiq həmsədr Riçard Hoqland tam dəqiqliyi ilə açıqlayıb. Bir daha xatırladaq ki, Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın siyasətinin əsas prinsiplərindən söhbət açarkən bildirmişdi ki, tənzimləmənin əsasını BMT-nin Nizamnaməsi, müvafiq beynəlxalq hüquqi sənədlər və Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir: “Madrid prinsipləri”nə əsaslanan daha altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element ondan ibarətdir ki, tərəflər Dağlıq Qarabağa müvəqqəti status verməli, onun qəti hüquqi statusu gələcəyə keçirilməli və tərəflərin qarşılıqlı razılığı ilə onların iradəsinin ifadə olunması vasitəsilə müəyyən edilməlidir. İkinci element keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri daxilində hazırda rəsmi Bakı tərəfindən nəzarət edilməyən əraziyə müvəqqəti status verilməsini nəzərdə tutur və həmin dövrdə təhlükəsizliyə və özünüidarəyə minimal zəmanəti təmin edir. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır, çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə ola bilməz. Dördüncü element Laçından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirən “dəhliz”in mövcud olmasını nəzərdə tutur və həmin dəhliz hərəkət etmək üçün yetərincə geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə və qaçqınlara əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət altıncı element, sülhyaratma əməliyyatı da daxil olmaqla, təhlükəsizliyə beynəlxalq zəmanətləri nəzərdə tutur”. Bu elementlər beynəlxalq hüquq normalarına da tam cavab verir və onların həyata keçrilməsinin vacibliyini Endryu Şefer yenidən gündəmə gətirir. Amerikalı həmsədrin sözlərinə görə, Birləşmiş Ştatlar həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərlə fəal işini davam etdirəcək: “Bizim uzunmüddətli siyasətimiz Minsk Qrupu həmsədrləri tərəfindən qəbul edilən ədalətli həll yolu Helsinki Yekun Aktına, güc və ya güc təhdidinin tətbiq edilməməsinə, ərazi bütövlüyü və bərabər hüquq prinsiplərini ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır". Ermənistanda hesab edirlər ki, bu mövqe və ümumiyyətlə hadisələrin son inkişaf axarı Azərbaycanın istəkləri çərçivəsində cərəyan edir. Burada ona da diqqət çəkilir ki, son dövrlərdə Azərbaycanla daha da yaxınlaşan Rusiya Qarabağ məsələsində Bakının istədiyi bir mövqe sərgiləyir. “Aykakan Jamanak” qəzeti vurğulayır ki, bunun ardınca ABŞ-ın da Azərbaycanın istəyinə uyğun addımlar atması Dağlıq Qarabağ konflikti ilə bağlı Bakının maraqlarına tam cavab verir. Qəzet belə vəziyyətin yaranmasının ümdə səbəbini erməni hakimiyyətinin səriştəsiz siyasəti ilə izah edir.

Digər tərəfdən ona da diqqət çəkilir ki, Donald Tramp prezident seçiləndən sonra ABŞ-ın Ermənistana diqqəti azalıb: “Məsələn, ABŞ Ermənistana əvvəlki qədər maliyyə yardımı ayırmır. Eyni zamanda, Ermənistanın Rusiyanın təsir dairəsində olmasından açıq narazılıq ifadə edilir. Bakı ilə isə ABŞ əməkdaşlığı daha da dərinləşdirir, enerji sahəsində yeni işbirliyi qurur. Bu, Qarabağ məsələsinə də mütləq mənada öz təsirini göstərir”. Xatırladaq ki, elə ABŞ-dakı erməni lobbisi də Donald Trampın hökumətindən narazılıq edir. Hətta Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-da ən böyük erməni təşkialtları olan  Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatının başladığına dair məlumatların yayılması lobbi üçün də əsl şok effekti yaratdı.  Bunun fonunda Serj Sarkisyanın bir neçə dəfə Trampla danışmaq cəhdi də alınmadı. Əvəzində ABŞ liderinin Azərbaycan Prezidenti İlham Əliyevə əməkdaşlığın genişlənməsi üçün  məktublar ünvanlaması okeanın o tayında “erməni arzularının” dəfn edildiyini göstərir. ABŞ-dakı erməni icmasının nümayəndəsi Raffi Balyan da bildirir ki, Donald Trampın siyasəti Azərbaycan və Türkiyə istiqamətindədir, Ermənistan arxa plana atılıb: “Erməni icması “soyqırım”ın tanıdılması üçün addımlar atır, amma Tramp etibarsız adamdır. Prezidentliyə namizəd olanda biz ona böyük ümid bəsləyirdik. İndi o prezidentdir, amma bizim ümidimiz yoxdur. Bu şəxs Azərbaycan və Türkiyə ilə ciddi iqtisadi əlaqələrə sahibdir və onlarla əməkdaşılğı inkişaf etdirir. Yəqin ki, bu, Qarabağ məsələsinə də öz təsirini göstərəcək”. ABŞ-da fəaliyyət göstərən “Hayastan” Fondunun rəsmisi Mariya Meqranyan da eyni mövqe sərgiləyir: “Trampın idarəetmə üslubuna, siyasi fəaliyyətinə diqqət etdikdə, onun siyasətinin Ermənistanın mövqelərinə qətiyyən cavab vermədiyi aydın görünür”. İndilikdə  Trampın belə  münasibətindən sonra erməni diasporu Avropada fəaliyyətə üstünlük verməyə başlayıb.  Hətta vurğulanır ki, Avropa İttifaqının Ermənistanla yeni saziş imzalamaq israrı buradan qaynaqlanır. Amma məsələ ondadır ki, artıq Avropada da Ermənistana əvvəlki münasibət yoxdur. Bunun real təsdiqi kimi, erməni lobbisinin aktiv fəaliyyətinə rəğmən, artıq Avropadan da Azərbaycana silah çatdırılması göstərilir. Qeyd edək ki, Azərbaycan ordusunun bu həftənin əvvəlində başlamış irimiqyaslı hərbi təlimləri zamanı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya sistemlərinin və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi geniş rezonansa səbəb olub. Bununla  Azərbaycan ilk dəfədir ki, Avropa İttifaqının silah embarqosunu dəf etməyə nail olur və ittifaqın üzvü olan ölkənin istehsalı olan silah sistemləri əldə etdyini açıq nümayiş etdirir. Hazırda Ermənistanda baş sındırırlar ki, Çexiyanın istehsalı olan artilleriya və reaktiv yaylım atəşi sistemləri Azərbaycana necə gəlib çıxıb? “Azadlıq” radiosunun erməni xidməti bu barədə  Çexiyanın Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin cavabında deyilir ki, silah ixracına dair informasiyalar mətbuatda dərc edilmək üçün nəzərdə tutulmur. Amma qeyd olunur ki, bu və ya digər növdə silahın ixracı üçün lisenziyanı Sənaye və Ticarət Nazirliyinin lisenziyalaşdırma Departamenti verir. Bu zaman müvafiq nazirliklərin - Daxili İşlər, Müdafiə və Xarici İşlər nazirliklərinin rəsmi əsaslandırmaları nəzərə alınır. Rəsmi İrəvan hələlik özünü elə göstərməyə çalışır ki, guya Azərbaycanın Çexiya istehsalı olan və son texnologiyalar əsasında modernləşdirilmiş artilleriya-reaktiv sistemlərini almasından narahat deyil. Əslində isə erməni ekspert çevrələrində bu silahlarla bağlı ciddi təşviş müşahidə edilməkdədir. Eyni zamanda bu hal Avropada Ermənistana, onun lobbisinə vurulan ciddi zərbə kimi qiymətləndirilir.

Bütün bunlar öz növbəsində Qarabağ münaqişəsinə də təsirini göstərir. Bunu erməni tərəfi də yaxşı başa düşür və görünür bu səbəbdəndir ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması çərçivəsində işğal altındakı ərazilərin qaytarılmasının mümkünlüyündən danışır: “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman danışıqlar dayanar”. Nalbandyanın bəyanatının məğzi o qədər də sensasion deyil. Çünki “aprel döyüşləri”ndən sonra Qarabağ danışıqlarında işğal altındakı rayonların qaytarılması məsələsi gündəmdədir. Ötən ilin 16 may tarixində keçirilən Vyana, 20 sentyabrda baş tutan Sankt-Peterburq görüşləri də bu konteksti əhatə edib. Sensasiya olan Nalbandyanın bunu açıq mətnlə bildirməsidir. Erməni siyasi şərhçi Naira Ayrumyan yazır: “Nalbandyanın bəyanatı göstərir ki, Ermənistan danışıqları Qarabağın statusunu möhkəmləndirmək üçün aparmır. Əksinə, biz müharibənin olmaması üçün əraziləri qaytarmaq və statusu güzəştə getməyi müzakirə edirik”. Ermənistanın buna məcbur qalması da heç bir şübhə doğurmur. Çünki Qarabağ məsələsinə görə Ermənistan indi ciddi təzyiqlərlə üzləşib, ABŞ və Rusiya da bu məsələdə İrəvana təsirlərini artırır. Hər yerdən əli üzülən İrəvan üçün isə yeganə çıxış yolu Azərbaycanla nəticəsi olan sülh danışıqlarına getməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ