Bazar günü günü, 15 noyabr 2026
     

Məmmədyarov Nyu-Yorkda İƏT üzvü dövlətlərə Azərbaycanın işğal olunmuş ərazilərində sərmayə fəaliyyəti ilə bağlı ciddi xəbərdarlıq etdi

Image


“Bütün İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri Azərbaycanın işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclasında çıxışında deyib.

Nazir bildirib ki, qlobal iqtisadiyyat əmtəə qiymətləri tendensiyalarında əsaslı qeyri-müəyyənliklərlə xarakterizə olunan yeni dövrə keçid etdiyi üçün uzunmüddətli milli inkişaf planlaşdırması həm təchizatçılar, həm də alıcılar üçün çətinləşir: "Bu qeyri-stabillik eləcə də maliyyə mənbələrinin mövcudluğuna təsir edir və bu mənbələr iqtisadiyyatımızın məqsədlərinə xidmət etmək üçün mərkəzləşdirilməlidir. Bu qlobal tendensiyalar bizim qarşılıqlı əlaqələrimizi əhəmiyyətli dərəcədə artırır və regional əməkdaşlığımız daha çox əhəmiyyət kəsb etməyə başlayır. Biz qəbul etməliyik ki, regionun potensialını üzə çıxarmaq üçün çox işlərin görülməsi lazımdır. Bizim qlobal ÜDM-də, ticarət və ixracatda payımız regionun potensialından xeyli aşağıdır. Şuranın əvvəlki görüşlərində biz təşkilat daxilində mövcud əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi üçün yaradıcı yolları və vasitələri tapmaq ehtiyacının olduğunu vurğuladıq. Biz fikirləşirik ki, bu konteksdə, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, ticarət və nəqliyyatın asanlaşdırılmasına yönəlik səylərə xüsusi diqqət yetirməliyik".

XİN rəhbəri qeyd edib ki, ötən önilliklər ərzində Azərbaycan İƏT-in aktiv üzvlərindən olub və 2 Summit, nazirlərin toplantıları kimi müxtəlif səviyyəli tədbirlərə ev sahibliyi etməklə təşkilatın dəstəkçisi olub: "Azərbaycan vacib layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu il Azərbaycan “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası”, ''İƏT-ə üzv dövlətlərin dəmir yolu orqanlarının rəhbərlərinin 13-cü iclası, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının 3-cü görüşü’’nə ev sahibliyi edib. Biz, həmçinin, bu il üzv dövlətlər arasında bu sahədə əməkdaşlığa töhfə verəcək “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 2-ci İƏT nazirlərinin görüşü ’’ və ‘’İƏT Poçt qurumlarının 6-cı görüşü”nə ev sahibliyi etməyi planlaşdırırıq. Ticarət potensialı nəqliyyat və uzlaşdırma məsələləri ilə sıx bağlıdır. Regionun istehsalçı, bazar və tranzit dəhlizi kimi rəqabətliliyinin artırılması üçün regional infrastrukturun inkişafı düzgün şəkildə həyata keçirilməlidir".

E.Məmmədyarov vurğulayıb ki, Avropa və Asiya arasında təbii körpü kimi strateji roluna görə Azərbaycan həmişə aktiv iştirakçı və regional, transregional uzlaşdırma layihələrinin mühüm təşəbbüskarı olub: "Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizlərinin təşviq edilməsi üçün bir sıra əsas layihələrin həyata keçirilməsinə cəlb olunmuşdur. Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji Bakı-Tbilisi-Qars dəmiryolu bağlantısı layihəsinin həyata keçirilməsi Şərq və Qərb arasında aralıqsız dəmiryolu keçidini təmin edərək regional ticarəti asanlaşdıracaq. Bu layihənin açılış mərasiminin keçirilməsi 2017-ci ilin 28 oktyabrına planlaşdırılır və yaxın vaxtlarda dəmiryolunun tam istismara verilməsi gözlənilir. Biz Çindən Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Avropaya istiqamətlənmiş ilk konteyner qatarını 2016-cı ildə yola saldıq. Bu sınaq qatarı marşrutun tranzit dövrünün 30-35 gündən 15 günə kimi azalda biləcəyini sübut etdi. Azərbaycan həmçinin digər diqqətəlayiq bir layihəyə- il ərzində 25 milyon ton yükaşırma potensialına malik, Xəzər Dənizi hövzəsində ən böyük və çoxməqsədli liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt) inşasına başlayır. Ələt limanının Avropa, Rusiya və İrana istiqamətlənmiş dəmiryolu kəsişmələrində və Bakı hava limanına yaxınlıqda yerləşməsi ona digər Xəzər Dənizi limanlarına səmərəli dəmiryolu və regional sahil zonası və sərhəddən uzaq rayonlara maneəsiz keçid imkanı verir".

XİN rəhbəri deyib ki, Azərbaycan, həmçinin, malların Şimali Avropa və Rusiyadan İran Körfəzi, Hindistan və digər ölkələrə nəqlini təmin edəcək Şimal Cənub Beynəlxalq dəhlizinin aktiv təşəbbüskarlarındandır: "Qəzvin-Rəşt-Astara(İran) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsində (164 km) tikinti işləri artıq başa çatmışdır. Astara(Azərbaycan) dəmir yolu xəttinin Astara-Astara hissəsində (İran sərhədinə qədər olan hissədə) və Astara çayı üzərində dəmir yolu körpüsündə də tamamlanma işləri aparılmışdır. Yalnız çatışmayan hissə - Rəşt-Astara hissəsinin inşası hələ başa çatmaq üzərədir ki, bunun üçün hər iki ölkə birgə maliyyələşdirmə ilə bağlı danışıqlar aparır. Layihə müvəffəqiyyətlə istismara verildikdən sonra Azərbaycan, Rusiya və İran dəmiryollarını birləşdirməklə regional əməkdaşlığa mühüm töhfə verəcək. Bizim ölkələrimizin əksəriyyəti üçün turizm demək olar ki, istifadə edilməmiş resursları özündə əks etdirir. Bizim region bir çox sivilizasiyaların beşiyidir və əsrlər boyu dünyanın mədəni və elmi fəaliyyətində mərkəzi rol oynamışdır. Biz regionumuzda turizmi ticarət predmeti halına gətirməli və cəlbedici və istifadəyə yararlı məhsul kimi həm öz xalqımız, həm də dünyaya təqdim etməliyik. Son görüşümüzdən etibarən Azərbaycan bu istiqamətdə mühüm addımlar atmışdır. Üzvlər arasında davamlı əməkdaşlıq informasiya strukturlarını qurmaq və işlətmək üçün vacibdir. Bu regionda rəqəmsal bərabərsizliyi azaltmağa və bu xüsusda, BMT qətnaməsi tərəfindən dəstək verilmiş Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin reallaşdırılmasına töhfə verəcək. Layihənin reallaşdırılması layihə iştirakçılarına inkişaf etdirilmiş regional və qlobal konnektivlik, marşrutların şaxələndirilməsi, təkmilləşdirilmiş fəkalət dayanıqlığı, rəqəmsal bərabərsizliyi azaltmaq, Dayanıqlı İnkişaf Məqsədlərinə və regional innovasiya və modernləşdirməyə töhfə imkanları verəcəyi gözlənilir. Bu konteksdə, biz üzv dövlətləri beynəlxalq şəbəkəyə yüksək keyfiyyətdə çıxış imkanı təmin edəcək bu təşəbbüsü dəstəkləməyə çağırırıq".

O qeyd edib ki, regional enerji əməkdaşlığı məsələsi artıq İƏT regionunda ön plana çıxıb:”Bu sahədə İƏT Regional Elektrik Bazarının yaradılması kimi indiyədək bir sıra müsbət nailiyyətlər əldə edilmişdir. Davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi vasitəsilə Azərbaycan özünü etibarlı enerji təchizatçısı kimi tanıtmış və Asiya və Avropa arasında mühüm körpüyə çevrilmişdir. Bu gün Azərbaycan Avropada ən böyük infrastruktur və enerji layihələrindən biri olan Cənubi Qaz Dəhlizi (CQD) və onun Xəzər hövzəsindən Avropaya karbohidrogen nəqlini nəzərdə tutan digər 2 əsas hissələrinin - Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) - əsas təşəbbüskeşlərindəndir. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin diversifikasiyasını, eyni zamanda regionda və kənarda nəqliyyat və enerji təchizatının təhlükəsizliyini artıracaqdır. Regional xarakterli iqtisadi layihələri müvəffəqiyyətlə həyata keçirmək üçün bölgədə faydalı layihələrin həyata keçirilməsini təşviq etmək və BMT-nin ixtisaslaşmış qurumları və beynəlxalq maliyyə institutları ilə daha sıx əməkdaşlıq etməyi məqsədəuyğun hesab edirik. Azərbaycan İƏT-in gələcək inkişafı naminə fəaliyyətlərin təkmilləşdirilməsi üçün imkan yarada biləcək islahat prosesini birgə səylərlə dəstəkləyir. Yeni “İƏT-2025” fəaliyyət proqramı bütün üzv dövlətlərin maraqlarını əks etdirməlidir. Bu islahat prosesi İƏT daxilində fəaliyyətlərin və mövcud qurumların səmərəliliyini artıracaqdır".

Nazir əlavə edib ki, təhlükəsizlik və sabitliyin qorunub saxlanılması regional əməkdaşlıq və uğurlu cəmiyyət qurmaq üçün əsas komponentdir: "Təəssüf ki, son görüşümüzdən etibarən regionumuzda sabitlik və təhlükəsizlik daha da zəifləmiş, yeni münaqişə ocaqları meydana gəlmiş və regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşmüşdür . Biz itirilmiş və ya şikəst olmuş insan həyatları kimi çoxsaylı insan fəlakətlərinin şahidi olmuşuq və milyonlarla insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Təəssüf ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır. Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır. Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ