çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Qa­car­la­rın sü­qu­tu: Sət­tar­xan və Xi­ya­ba­ni hə­rə­kat­la­rı­nın ar­zu­o­lun­maz nə­ti­cə­si

Image


Ta­rix­də so­nun­cu Türk im­pe­ra­tor sü­la­lə­si olan Qa­car­la­rın taxtdan en­di­ril­mə­sin­də Gü­ney Azər­bay­can­da cə­rə­yan edən pro­ses­lə­rin həl­le­di­ci ro­lu olub.

Azər­bay­can Türklə­ri­nin so­nun­cu im­pe­ri­ya­sı he­sab edi­lən Qa­car Döv­lə­ti­nin (Döv­lət-i-Qa­ca­riy­yə) ba­ni­si olan ha­kim sü­la­lə­nin 1925-ci il­də iq­ti­dar­dan uzaq­laş­dı­rıl­ma­sı XX əsr ta­ri­xi­mi­zin ən üzü­cü ha­di­sə­lə­rin­dən bi­ri ki­mi qiy­mət­lən­di­ri­lir. 1796-cı il­də Ağa Mə­həm­məd Şah Qa­ca­rın əsa­sı­nı qoy­du­ğu im­pe­ri­ya ey­ni coğ­ra­fi­ya­da özün­dən əv­vəl möv­cud ol­muş Sə­fə­vi və Əf­şar döv­lət­lə­ri­nin hü­qu­qi-mə­nə­vi va­ri­si qis­min­də Azər­bay­can döv­lət­çi­lik ənə­nə­si­nin da­vam et­di­ril­mə­sin­də müs­təs­na xid­mət­lər gös­tə­rib. Əf­şar döv­lə­ti­nin ba­ni­si Na­dir Şa­hın 1747-ci il­də sui-qəsd nə­ti­cə­sin­də öl­dü­rül­mə­sin­dən son­ra im­pe­ri­ya­nı bü­rü­yən və ya­rım əs­rə qə­dər da­vam edən xa­os məhz Ağa Mə­həm­məd Şah Qa­ca­rın qə­tiy­yət­li mü­ba­ri­zə­si nə­ti­cə­sin­də ara­dan qal­dı­rıl­dı. Na­dir Şa­hın qətl edil­mə­si ilə qey­ri-türk çev­rə­lə­rin "Səl­tə­nət və­ki­li" sta­tu­sun­da tax­ta çı­xar­dıq­la­rı Kə­rim Xan Zən­din apar­dı­ğı si­ya­sə­tə bax­ma­ya­raq, im­pe­ri­ya­da Türk tə­si­ri­nin sı­ra­dan çı­xa­rıl­ma­sı müm­kün ol­ma­dı. Ək­si­nə, Ağa Mə­həm­məd Şah Qa­ca­rın Zənd əsir­li­yin­dən qa­ça­raq, baş­da Qa­car­lar ol­maq­la, Türk tay­fa­la­rı­nı təş­ki­lat­lan­dır­ma­sı və ar­dı­cıl mü­ba­ri­zə nə­ti­cə­sin­də ha­ki­miy­yə­ti ələ ke­çir­mə­si döv­lə­tin mil­li ma­hiy­yə­ti­ni itir­mə­si­nin qar­şı­sı­nı al­dı.

Ağa Mə­həm­məd Şah Qa­ca­rın da­xi­li düş­mən­lə­ri neytral­laş­dıq­dan son­ra döv­lə­tin əzə­li sər­həd­lə­ri­ni və əzə­mə­ti­ni bər­pa et­mək is­ti­qa­mə­tin­də baş­la­dı­ğı mü­ba­ri­zə re­gi­on­da XVIII əs­rin son­la­rı­na doğ­ru cə­rə­yan edən əsas hər­bi-si­ya­si pro­ses­lər ara­sın­da xü­su­si yer tu­tur. Bu­nun baş­lı­ca sə­bə­bi isə ye­ni sü­la­lə rəh­bə­ri­nin döv­lə­tin sər­həd­lə­ri­ni əv­vəl­ki hü­dud­la­rı­na qə­dər ge­niş­lən­dir­mək si­ya­sə­ti­nin ic­ra­sı za­ma­nı o döv­rün ən qüd­rət­li im­pe­ri­ya­la­rın­dan bi­ri­nə çev­ril­miş Ru­si­ya ilə rə­qa­bət­dən çə­kin­mə­mə­si­dir. Bu­nun­la be­lə qeyd olun­ma­lı­dır ki, o dö­nəm­də Ru­si­ya­da baş ver­miş ha­ki­miy­yət də­yi­şik­li­yi də Qa­car­la­rın baş­la­dıq­la­rı mü­ba­ri­zə­nin uğur­lu da­va­mı­na şə­ra­it ya­rat­dı. Yə­ni 1796-cı il­də və­fat edən Ru­si­ya im­pe­rat­ri­ça­sı II Ye­ka­te­ri­na­nın ölü­mün­dən son­ra tax­ta ke­çən oğ­lu I Pa­ve­lin Qaf­qaz si­ya­sə­tin­də apar­dı­ğı kök­lü də­yi­şik­lik Ağa Mə­həm­məd Şah Qa­ca­rın da­ha sər­bəst hə­rə­kət et­mə­si­nə im­kan ver­di. An­caq onun 1797-ci il­də Qa­ra­bağ­da sui-qəsd nə­ti­cə­sin­də öl­dü­rül­mə­si, da­ha son­ra isə I Pa­ve­lin də 1801-ci il­də ey­ni aqi­bət­lə üz­ləş­mə­si Ru­si­ya­nın üzü­nü ye­ni­dən Qaf­qa­za çe­vir­mə­si ilə nə­ti­cə­lən­di. Tə­əs­süf ki, Ağa Mə­həm­məd Şah Qa­ca­rın qar­da­şı oğ­lu və xə­lə­fi Fə­tə­li Şah Qa­ca­rın döv­lə­tin bü­töv­lü­yü­nün bər­pa­sı mə­sə­lə­sin­də əmi­si ki­mi qə­tiy­yət­li ol­ma­ma­sı Ru­si­ya­nın iş­ğal­çı plan­la­rı­nın ger­çək­ləş­mə­sin­də mü­hüm rol oy­na­dı. O ba­xım­dan, Ru­si­ya­nın Gü­lüs­tan (1813) və Türkmən­çay (1828) mü­qa­vi­lə­lə­ri əsa­sın­da Qa­car Döv­lə­ti­nin nü­və­si sa­yı­lan Azər­bay­ca­nın şi­mal his­sə­si­ni il­haq et­mə­si Fə­tə­li Şa­hın qə­tiy­yət­siz­li­yi­nin mən­ti­qi nə­ti­cə­si ol­du. Doğ­ru­dur, onun oğ­lu və tax­tın və­li­əh­di Şah­za­də Ab­bas Mir­zə iti­ril­miş əra­zi­lə­ri ge­ri qay­tar­maq üçün or­du­nun mo­dernləş­di­ril­mə­si, o cüm­lə­dən Qa­car Döv­lə­tin­də Av­ro­pa­nın mü­tə­rəq­qi ye­ni­lik­lə­ri­nin tət­bi­qi is­ti­qa­mə­tin­də cid­di təd­bir­lər gör­dü. An­caq Fə­tə­li Şa­hın as­ta­gəl­li­yi və Qa­car or­du­sun­da­kı əc­nə­bi tə­li­mat­çı­la­rın təx­ri­bat­la­rı üzün­dən Ru­si­ya ilə 1812 və 1826-28-ci il­lər­də apa­rı­lan iki mü­ha­ri­bə  məğ­lu­biy­yət­lə ye­kun­laş­dı. Döv­lə­tin ümid mən­bə­yi he­sab olu­nan Şah­za­də Ab­bas Mir­zə isə xəs­tə­li­yi­nin ye­ni­dən şid­dət­lən­mə­si sə­bə­bin­dən 1834-cü il­də dün­ya­sı­nı də­yiş­di.

Elə hə­min il və­fat edən Fə­tə­li Şa­hın ye­ri­nə tax­ta çı­xan Mə­həm­məd Şah Qa­car (Ab­bas Mir­zə­nin oğ­lu) isə Ru­si­ya­nın iş­ğal et­di­yi şi­mal tor­paq­la­rı­nın azad edil­mə­si is­ti­qa­mə­tin­də nə­in­ki heç bir ad­dım at­ma­dı, hət­ta onun bu fə­a­liy­yət­siz­li­yi Şi­ma­li Azər­bay­ca­nın Ru­si­ya əra­zi­si ola­raq təs­diq­lən­mə­si­ni sü­rət­lən­dir­di. 1848-ci il­də Qa­car tax­tın­da ata­sı Mə­həm­məd şa­hı əvəz­lə­yən Nəs­rəd­din Şah Qa­car no­va­tor­luq­da ba­ba­sı Ab­bas Mir­zə­nin ənə­nə­lə­ri­ni da­vam et­dir­mə­yə ça­lış­sa da, bu fə­a­liy­yət so­si­al-mə­də­ni çər­çi­və­dən kə­na­ra çıx­ma­dı. Av­ro­pa mə­də­niyytə­ti ilə ya­xın­dan ma­raq­la­nan Nəs­rəd­din Şah Qa­car Döv­lə­tin­də te­leq­raf, fo­toq­ra­fi­ya və di­gər xid­mət­lə­rin əsa­sı­nı qo­yub. La­kin bu fə­a­liy­yət Or­du­nun güc­lən­di­ril­mə­si və döv­lə­tin iti­ril­miş əra­zi­lə­ri­nin Ru­si­ya iş­ğa­lın­dan azad edil­mə­si is­ti­qa­mə­ti­nə yön­lən­di­ril­mə­di. Hət­ta Os­man­lı, Bö­yük Bri­ta­ni­ya və Fran­sa­nın Ru­si­ya­nı diz çök­dür­dük­lə­ri Krım Mü­ha­ri­bə­si (1853-56) za­ma­nı müt­tə­fiq­lə­rin tə­kid­li tək­lif­lə­ri­nə bax­ma­ya­raq, Nəs­rəd­din Şah bu sa­va­şa gir­mək­dən im­ti­na et­mək­lə Şi­ma­li Azər­bay­ca­nın azad olun­ma­sı­na yol aça­caq mi­sil­siz für­sə­ti əl­dən bu­rax­dı. Ki­fa­yət qə­dər uzun müd­dət (1848-96) ha­ki­miy­yət­də qa­lan Nəs­rəd­din Şa­hın ida­rə­çi­li­yi­nin növ­bə­ti dö­nəm­lə­ri isə baş­lan­mış is­la­hat­la­rın ir­ti­ca­nın təz­yi­qi al­tın­da da­yan­dı­rıl­ma­sı sa­yə­sin­də döv­lə­tin mü­a­sir­ləş­di­ril­mə­si, iq­ti­sa­diy­ya­tın sa­bit­ləş­di­ril­mə­si və nor­mal cə­miy­yət qu­ru­cu­lu­ğu­na yö­nə­lik tə­şəb­büs­lə­rin bo­ğul­ma­sı ilə əla­mət­dar ol­du. O ba­xım­dan, öl­kə­də­ki qi­sas­çı da­i­rə­lə­rin 1896-cı il­də Nəs­rəd­din şa­hı qət­lə ye­tir­mə­lə­ri cid­di tə­əc­cüb do­ğur­ma­dı.

1898-ci il­də tax­ta ke­çən Mü­zəf­fə­rəd­din Şa­hın (Nəs­rəd­din Şa­hın oğ­lu) ha­ki­miy­yət döv­rü isə re­gi­on döv­lət­lə­rin­də, xü­su­si­lə Ru­si­ya­da in­qi­la­bi pro­ses­lə­rin vü­sət al­ma­sı ilə diq­qə­ti cəlb edir. Qa­car Döv­lə­tin­də de­mok­ra­tik qüv­və­lə­rin sü­rət­lə tə­şək­kül tap­ma­sı, tən­qid­çi me­di­a­nın və zi­ya­lı tə­bə­qə­si­nin for­ma­laş­ma­sı öl­kə­nin əv­vəl­ki qay­da­da ida­rə olun­ma­sı­nı çə­tin­ləş­di­rir­di. Bu ba­xım­dan, də­yi­şik­lik tə­rəf­dar­la­rı ilə mü­ha­fi­zə­kar qüv­və­lə­rin cid­di təz­yi­qi al­tın­da qa­lan Mü­zəf­fə­rəd­din Şah, nə­ha­yət, konsti­tu­si­ya­lı mo­nar­xi­ya qu­ru­lu­şu­na ke­çid tə­lə­bi­ni qə­bul et­di. La­kin bu qə­ra­rın ya­rat­dı­ğı təz­yiq Mü­zəf­fə­rəd­din Şa­hın səh­hə­ti­nin kəs­kin pis­ləş­mə­si­nə və qı­sa müd­dət son­ra - 1907-ci il­də və­fat et­mə­si­nə sə­bəb ol­du. Onun ye­ri­nə tax­ta ke­çən Mə­həm­mə­də­li Şah Qa­ca­rın əsas fə­a­liy­yə­ti isə ata­sı­nın döv­rün­də qə­bul edil­miş mü­əy­yən de­mok­ra­tik hü­quq və azad­lıq­la­rın ləğ­vi­nə yö­nəl­di. Mü­ha­fi­zə­kar da­i­rə­lə­rin cid­di tə­si­ri al­tın­da olan Mə­həm­mə­də­li Şa­hın ye­ni­lik­lə­rə qar­şı ba­rış­maz möv­qe­yi onun özü­nün də so­nu­nu gə­tir­di. Par­la­ment bi­na­sı­nı bom­bardman et­di­rə­rək on­lar­la de­pu­ta­tın qət­li­nə sə­bəb olan Mə­həm­mə­də­li Şah bu­nun­la həm də ba­şın­da ol­du­ğu sü­la­lə­nin da­yaq­la­rı­nı sar­sıt­dı. Mə­həm­mə­də­li Şa­hın rep­res­siv ad­dım­la­rı­na qar­şı da­ha da ge­niş­lə­nən Sət­tar­xan hə­rə­ka­tı­nın Gü­ney Azər­bay­can­da şah ha­ki­miy­yə­ti­nə son qoy­ma­sı təc­rü­bə­si, pay­taxt Teh­ran da da­xil ol­maq­la, döv­lə­tin di­gər vi­la­yət­lə­ri­nə sü­rət­lə ya­yıl­dı. Bu eti­raz dal­ğa­sı qar­şı­sın­da du­ruş gə­ti­rə bil­mə­yən Mə­həm­mə­də­li Şah 1909-cu il­də taxtdan en­di­ri­lə­rək Ru­si­ya­ya qaç­dı. Qı­sa müd­dət son­ra Ru­si­ya­nın hər­bi dəs­tə­yi ilə qi­yam qal­dı­ra­raq ha­ki­miy­yə­ti­ni bər­pa et­mə­yə cəhd gös­tə­rən Mə­həm­mə­də­li Şah məğ­lub ola­raq, bu də­fə Av­ro­pa­da özü­nə sı­ğı­na­caq tap­dı və 1925-ci il­də ora­da da və­fat et­di.

Ata­sı­nın ha­ki­miy­yət­dən uzaq­laş­dı­rıl­ma­sın­dan son­ra tax­ta gə­ti­ri­lən 11 yaş­lı Əh­məd Şah Qa­ca­rın (1898-1930) iq­ti­da­rı for­mal xa­rak­ter da­şı­dı. Öl­kə­nin ida­rə­çi­li­yin­də söz sa­hi­bi ol­ma­ğı ba­car­ma­yan Əh­məd Şah I Dün­ya Mü­ha­ri­bə­si­nin ge­di­şin­də Qa­car Döv­lə­ti­nin bö­yük döv­lət­lə­rin "po­li­qon"una çev­ril­mə­si­nin qar­şı­sı­nı ala bil­mə­di. Onun yet­kin­lik ya­şı­na ça­ta­raq ha­ki­miy­yət ip­lə­ri­ni əli­nə ke­çir­mə­yə ça­lış­dı­ğı dö­nəm­də - 1920-ci il­də baş ve­rən Xi­ya­ba­ni hə­rə­ka­tı isə Qa­car­la­rın sü­qu­tu­nu tez­ləş­dir­di. Hə­rə­ka­tın aman­sız­lıq­la ya­tı­rıl­ma­sın­dan son­ra Əh­məd Şa­hı ai­lə­si ilə bir­lik­də sür­gü­nə gön­də­rən Şah Qvar­di­ya­sı­nın ko­man­da­nı Rza xan (da­ha son­ra Rza Şah Pəh­lə­vi) 1925-ci il­də Qa­car­la­rı ha­ki­miy­yət­dən uzaq­laş­dı­ra­raq öz sü­la­lə­si­nin əsa­sı­nı qoy­du...

Gö­rün­dü­yü ki­mi, Türk əsil­li Qa­car sü­la­lə­si­nin dev­ril­mə­sin­də XX əsrdə Gü­ney Azər­bay­can­da baş ve­rən Sət­tar­xan və Xi­ya­ba­ni hə­rə­kat­la­rı­nın tə­si­ri həl­le­di­ci olub. Diq­qə­ti cəlb edən mə­qam bun­dan iba­rət­dir ki, hər iki hə­rə­kat məhz Təb­riz­də baş qal­dı­rıb və Sət­tar­xan­la Xi­ya­ba­ni­nin fə­a­liy­yə­ti im­pe­ri­ya­da de­mok­ra­tik də­yi­şik­lik­lə­rin tə­şək­kü­lü­nə yö­nəl­miş­di. Bu­nun­la be­lə, hər iki hə­rə­kat öz mən­ti­qi nə­ti­cə­si eti­ba­ri­lə Qa­car ha­ki­miy­yə­ti­nin - so­nun­cu Türk Azər­bay­can sü­la­lə­si­nin ta­rix səh­nə­sin­dən si­lin­mə­si­nə yol açıb. Tə­bii, Qa­car­la­rın sü­qu­tu­nu sırf bu hə­rə­kat­lar­la əla­qə­lən­dir­mək bəl­kə də doğ­ru sa­yıl­maz. An­caq Qa­car sü­la­lə­si­nin sü­qu­tu­na apa­ran pro­ses­lə­rin təh­li­li gös­tə­rir ki, bu mə­sə­lə­də Sət­tar­xan və Xi­ya­ba­ni hə­rə­kat­la­rı­nın tə­si­ri da­nıl­maz­dır. 

Bu möv­zu­nu mü­za­ki­rə et­di­yi­miz Qa­car Döv­lə­ti ta­ri­xi­nin araş­dır­ma­çı­sı, AMEA Fəl­sə­fə İnsti­tu­tu­nun apa­rı­cı el­mi iş­çi­si, fəl­sə­fə üz­rə fəl­sə­fə dok­to­ru, do­sent Fa­iq Qə­zən­fə­roğ­lu be­lə dü­şü­nür ki, Qa­car­la­rın sü­qu­tun­da Sət­tar­xan və Xi­ya­ba­ni hə­rə­kat­la­rı­nın tə­si­ri ol­sa da, pro­ses­də əsas ro­lu Bö­yük Bri­ta­ni­ya ilə Ru­si­ya oy­na­yıb: "Əs­lin­də, nə­zə­rə al­maq la­zım­dır ki, Sət­tar­xan hə­rə­ka­tı öz ma­hiy­yə­ti eti­ba­ri­lə Qa­car­la­rın dev­ril­mə­si­nə de­yil, öl­kə­də de­mok­ra­tik də­yi­şik­lik­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə yö­nəl­miş­di. Yə­ni bu mü­ba­ri­zə­nin hə­də­fi ola­raq, Qa­car­la­rın taxtdan sa­lın­ma­sı məq­sə­di əsas gö­tü­rül­mə­miş­di. Hət­ta Sət­tar­xan özü də bu ba­rə­də mü­sa­hi­bə­lə­rin­də ge­niş bəhs edib. Ümu­miy­yət­lə, o hə­rə­kat Sət­tar­xa­nın adı ilə bağ­lı ol­sa da, mü­ba­ri­zə­nin si­ya­si-ide­o­lo­ji is­ti­qa­mə­ti "Nə­cəf ülə­ma­la­rı" ad­la­nan Şu­ra tə­rə­fin­dən mü­əy­yən olu­nur­du. Sət­tar­xan isə bu hə­rə­ka­tın hər­bi gü­cü­nü təş­kil edə­rək, mü­ba­ri­zə­nin önün­də da­ya­nır­dı. Qeyd edim ki, Sət­tar­xan Təb­riz­də bir müd­dət sı­ğı­na­caq tap­dı­ğı Os­man­lı kon­sul­lu­ğun­da Mə­həm­məd Əmin Rə­sul­za­də ilə gö­rü­şüb və ona mü­sa­hi­bə ve­rib. Bu söh­bət za­ma­nı Məş­ru­tə hə­rə­ka­tın­dan bəhs edən Sət­tar­xan rəh­bər­lik et­di­yi mü­ba­ri­zə­nin Qa­car­la­rı hə­də­fə gö­tür­mə­di­yi­ni şəx­sən de­yib. Bil­di­yi­niz ki­mi, o dö­nəm­də Qa­car Döv­lə­ti Bri­ta­ni­ya ilə Ru­si­ya­nın tə­sir zo­na­la­rı­na bö­lün­müş­dü və bu öl­kə­lər ora­da öz müs­təm­lə­kə si­ya­sət­lə­ri­ni hə­ya­ta ke­çi­rir­di­lər. Sət­tar­xa­nın 1914-cü il­də Teh­ra­na ça­ğı­rı­la­raq qət­lə ye­ti­ril­mə­si də bu döv­lət­lə­rin məkrli plan­la­rı­nın tər­kib his­sə­si idi.

Mə­həm­mə­də­li Şah­dan son­ra cə­mi on bir ya­şın­da tax­ta ke­çən Əh­məd Şah Qa­ca­rın bu si­ya­sə­ti ba­şa düş­mə­si və ona mü­qa­vi­mət gös­tər­mə­si ob­yek­tiv ola­raq müm­kün de­yil­di. Bi­rin­ci Dün­ya Mü­ha­ri­bə­sin­dən son­ra Qa­car Döv­lə­tin­də tə­sir gü­cü­nü da­ha da ar­tı­ran Bö­yük Bri­ta­ni­ya­nın əsas hə­dəf­lə­rin­dən bi­ri məhz bu Türk sü­la­lə­si­nin dev­ril­mə­si olub. Hə­min ərə­fə­də - 1920-ci il­də baş qal­dı­ran Xi­ya­ba­ni hə­rə­ka­tı da hökm sü­rən ge­ri­li­yə, cə­ha­lə­tə qar­şı bir üs­yan idi. Xi­ya­ba­ni­nin özü Sət­tar­xan hə­rə­ka­tı­nın iş­ti­rak­çı­sı olub və on­dan fərqli, si­ya­si pro­ses­lə­ri təh­lil et­mə­yi ba­ca­rır­dı. La­kin Xi­ya­ba­ni Ru­si­ya in­qi­lab­çı­la­rı­nın tə­si­ri­lə sol­çu ba­şıx­la­rın da­şı­yı­cı­sı idi. La­kin onun Təb­riz­də elan et­di­yi Aza­dis­tan hö­ku­mə­ti­nin məq­sə­di de­mok­ra­tik də­yi­şik­lik­lə­rə na­il ol­maq­dı. Yə­ni o da Qa­car­la­rın dev­ril­mə­si­ni qar­şı­ya məq­səd qoy­ma­mış­dı. An­caq in­gi­lis­lər ya­ran­mış və­ziy­yə­ti us­ta­lıq­la ida­rə edə­rək, Əh­məd Şa­hın əv­vəl sür­gü­nə gön­də­ril­mə­si­nə, da­ha son­ra isə taxtdan uzaq­laş­dı­rıl­ma­sı­na na­il ol­du­lar. Ona gö­rə də, Azər­bay­can türklə­ri­nin so­nun­cu im­pa­ri­ya­sı olan Qa­car Döv­lə­ti­nin "öz əli­miz"lə yı­xıl­dı­ğı haq­da fi­kir­lə­rin əda­lət­li ol­du­ğu­nu söy­lə­mək çə­tin­dir".

Araz ZEY­NA­LOV

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ke­çir­di­yi mü­sa­bi­qə­yə təq­dim et­mək üçün  




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ