Cümə günü, 25 iyul 2025
     

To­le­rant öl­kə­miz­də mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər yük­sək sə­viy­yə­də in­ki­şaf et­di­ri­lir

Image

Ulu ön­dər Hey­dər Əli­yev: "To­le­rantlıq həm in­sa­ni mü­na­si­bət və cə­miy­yət­də ge­dən pro­ses­lə­rin, həm də döv­lət­lə­ra­ra­sı, mil­lət­lə­ra­ra­sı, din­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin bir çox cə­hət­lə­ri­nə aid­dir... O, tək­cə din­lə­rin bir-bi­ri­nə dö­züm­lü­lü­yü de­yil, həm də bir-bi­ri­nin adət­lə­ri­nə, mə­nə­viy­ya­tı­na, mə­də­niy­yət­lə­ri­nə dö­züm­lü­lük de­mək­dir".

Hər bi­ri­mi­zə ay­dın­dır ki, öl­kə­mi­zin müs­tə­qil, de­mok­ra­tik, to­le­rant bir res­pub­li­ka ol­ma­sı bu gün ha­mı­mı­zın doğ­ma yur­du­muz­da azad, sər­bəst fə­a­liy­yə­ti­mi­zə, hü­quq və azad­lıq­la­rı­mı­zın, di­ni eti­qa­dı­mı­zın da­ya­nıq­lı tə­mi­na­tı­na zə­min ya­rat­mış­dır. Bu, hər bir azər­bay­can­lı­nı öz məm­lə­kə­ti­nə, tor­pa­ğı­na, və­tə­ni­nə bağ­la­yan əsas amil­lər­dən bi­ri­dir. Eti­qa­dı­mız İs­lam di­ni ol­du­ğu üçün, hər kə­sin bu di­nə bö­yük rəğ­bə­ti var. O cüm­lə­dən is­lam di­ni de­mok­ra­tik qa­nun­la­ra söy­kə­nə­rək, öz axa­rın­da müs­tə­qil fə­a­liy­yət gös­tə­rir.

Elə­cə də son il­lər ya­ran­mış di­ni döv­lət qu­rum­la­rı di­ni ayin­lə­ri­mi­zin hə­ya­ta ke­çi­ril­mə­si­ni şəf­faf­lı­ğı­nı tam şə­kil­də tə­min edir. Qeyd edim ki, ya­ra­dıl­mış di­ni qu­rum­lar, di­ni- el­mi təd­ris ocaq­la­rın­da, di­ni el­min in­ki­şa­fın­da təh­sil al­maq və və­tən­da­şın el­mi sə­viy­yə­si­nin aş­kar­lan­ma­sı üçün yük­sək sə­viy­yə­də el­mi təd­ris ocaq­la­rı fə­a­liy­yət gös­tə­rir.

Hər il re­gi­o­nal mər­kəz­lər­də Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si­nin xət­ti ilə im­ta­han yo­lu ilə İs­la­mın in­ki­şa­fı üçün hə­vəs gös­tə­rən və­tən­daş­la­rın el­mi sə­viy­yə­si mü­əy­yən olu­na­raq, on­la­ra di­ni ayin­lə­ri hə­ya­ta ke­çir­mək məq­sə­di­lə xü­su­si və­si­qə­lər təq­dim olu­nur. Bu ba­xım­dan din xa­dim­lə­ri­mi­zin im­ta­han yo­lu ilə təs­diq olu­na­raq aş­kar­lan­ma­sı öl­kə­miz­də İs­lam di­ni­nin düz­gün təb­li­ğat və təş­vi­qat olun­ma­sı­na xid­mət gös­tə­rir.

Bü­tün bun­lar­la ya­na­şı qeyd et­mək la­zım­dır ki, son il­lər res­pub­li­ka­mız­da vic­dan və di­ni eti­qad azad­lı­ğı pər­də­si al­tın­da bə­zi xris­ti­an və mü­səl­man mis­si­o­ner­lə­ri Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yiə zidd fə­a­liy­yə­tin hə­ya­ta ke­çi­ril­mə­si ilə cə­miy­yə­ti­miz­də zə­rər­li tə­ri­qət­çi­lik və təf­ri­qə­çi­lik ide­ya­la­rı ya­yır, di­ni qar­şı­dur­ma və məz­həb ay­rı­seç­ki­li­yi­nə tə­kan ver­mə­yə ça­lı­şır­lar. Bun­dan baş­qa, mü­tə­xəs­sis­lər he­sab edir ki, bə­zi mü­səl­man öl­kə­lə­ri­nin Azər­bay­can­da da ge­niş məz­həb­çi­lik və tə­ri­qət­çi­lik fə­a­liy­yə­ti cəh­di tək­cə ay­rı-ay­rı fərdlə­ri de­yil, bü­töv­lük­də böl­gə­lə­ri qar­şı-qar­şı­ya qoy­maq­la di­ni-et­nik se­pa­rat­çı­lıq hisslə­ri­nin qı­zış­dı­rıl­ma­sı məq­sə­di gü­dür. Be­lə yol­ve­ril­məz si­ya­si təx­ri­bat­lar öl­kə­miz­də di­ni du­ru­mu cid­di şə­kil­də kəs­kin­ləş­di­rib möv­cud ic­ti­mai-si­ya­si sa­bit­li­yə və və­tən­daş həm­rəy­li­yi­nə mən­fi tə­sir gös­tə­rər.

İs­lam di­ni­nin təb­li­ğa­tın­da kor­tə­bi­i­lik, sə­bat­sız­lıq, təb­li­ğat və təş­vi­qa­tın düz­gün is­ti­qa­mət­də apa­rıl­ma­ma­sı çox qor­xu­lu ten­den­si­ya­dır. Çün­ki ca­hil­lik is­tə­ni­lən vaxt cə­miy­yə­ti uçu­ru­ma apa­ra bi­lər. Çox vaxt Av­ro­pa öl­kə­lə­ri İs­lam öl­kə­lə­rin­də qar­şı­dur­ma­la­rın ya­ran­ma­sın­da di­ni­miz­dən özü­mü­zə qar­şı sui-is­ti­fa­də et­mə­yə ça­lı­şır­lar və çox tə­əs­süf ki, bə­zi hal­lar­da bu­na na­il ola bi­lir­lər. Əgər diq­qət ye­tir­sə­niz, xris­ti­an öl­kə­lə­rin­dən fərqli ola­raq, ye­ni di­ni ayin­lə­rin, ye­ni tə­ri­qət­lə­rin ya­ran­ma­sı is­lam öl­kə­sin­də da­ha çox­dur. Bü­tün bu baş ve­rən­lər də is­la­mi də­yər­lə­rin va­hid stra­te­ji plan­da hə­ya­ta ke­çi­ril­mə­si­nə ma­ne olur. Xalq ara­sın­da par­ça­lan­ma­ya, ha­ki­miy­yə­tin sü­tun­la­rı­nın ye­rin­dən oy­na­ma­sı­na sə­bəb olur. Bə­zi hal­lar­da isə bu, xalqlar ara­sın­da son­suz mü­na­qi­şə­lə­rə, mü­ha­ri­bə­lə­rə gə­ti­rib çı­xa­rır.

Möv­zu­ya da­ha an­la­şıq­lı və bir az da ge­niş priz­ma­dan ya­na­şaq. So­si­al şə­bə­kə­lə­rin artdı­ğı, tək­mil­ləş­di­ril­di­yi in­di­ki dövrdə di­ni və mil­li mə­sə­lə­lər öz ak­tu­al­lı­ğı­nı heç də itir­mir, ək­si­nə, mü­na­si­bət­lər­də sev­gi və mə­həb­bət bir-bi­ri­ni ta­mam­la­yır.

Ötən­lə­ri unut­maq ol­maz, mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­ri in­ki­şaf et­dir­mək zə­ru­rə­ti ya­ra­nır. Ta­ri­xi va­raq­la­yaq, ötən yü­zil­li­yin sə­nət in­ci­lə­ri­ni yad­dan çı­xar­maq olar­mı?... Te­le­güz­gü­lər­dən bi­rin­də "Qa­ra­ca qız" fil­mi­nə ba­xı­ram. Can­lı hə­yat löv­hə­lə­ri­ni, dos­ta sev­gi və mə­həb­bə­ti əks et­di­rən kadrla­rı seyr et­dik­cə hal­dan-ha­la dü­şü­rəm. Qa­ra­ca-onun adı Tu­tu­du - gö­zəl rəqs edir, bö­yük­lər onun bu rəq­si­nə alu­də­dir­lər...

Tu­tu ata-ana­sı­nı iti­rən qa­ra­çı uşa­ğı­dır. Ta­le­yi üzü­nə gü­lüb, müd­rik bağ­ba­na rast gə­lir. Son­ra Ağ­ca ad­lı qız­la dostluq elə­yir... Son kadrlar ürə­yi­mi par­ça­la­yır. Tu­tu ilan vu­ran Ağ­ca­nın bar­ma­ğı­nın zə­hə­ri­ni so­rur və bağ­ba­nın qol­la­rı ara­sın­da ölür. Əsl fa­ciə! Ba­ğın kə­na­rın­da Qa­ra­ca qı­zın ki­çik mə­za­rı və bu mə­za­rı qu­caq­la­yan bağ­ba­nın göz yaş­la­rı...

O ki­no-filmdən ona gö­rə söz aç­dım ki, qa­ra­çı­lar ay­rı bir mil­lət­dir (on­la­ra çox za­man rus­ca "tsı­qan­ka" de­yir­lər). Bu gün Yev­lax şə­hə­rin­də on­lar ra­yo­nun 2 kən­din­də məs­kun­la­şıb­lar. Bə­zi­lə­ri de­yir ki, on­la­rın soy­kö­kü rus­du, baş­qa bir mən­bə bu­nu in­kar elə­yir. Yox, qa­ra­çı­lar İs­pan dil­li mil­lət­dir. Qə­ri­bə hə­yat ya­şa­yır­lar. 50-60 yaş­lı dul qa­dın 20-30 yaş­lı ca­van oğ­la­na ərə ge­dir. Baş­qa tay­fa­lar­dan ev­lə­nən oğ­lan­dan ha­mı üz dön­də­rir. Məq­səd bu­du: öz mil­lət­lə­ri in­ki­şaf elə­sin, artsın, yer üzün­dən si­lin­mə­sin.

Gör­mək is­tə­yir­siz on­la­rı? Uza­ğa get­mə­yin. Qon­şu Cə­li­la­bad ra­yo­nu­nun "İran" ba­za­rı­nın yu­xa­rı tə­rə­fin­də yas­tı-ya­pa­laq ev­lə­ri var. Ba­zar-dü­kan­da iş­lə­yir, qon­şu ra­yon­la­ra ge­dib-gə­lir­lər. Qa­dın­la­rı da zi­rək­di, ai­lə üçün çö­rək qa­za­nan­dı... Al­la­ha qəl­bən, ru­hən eti­qad­lı­dır­lar. Mə­hər­rəm ayın­da toy elə­məz­lər, İmam Hü­seyn mü­si­bə­ti­ni bi­zim ki­mi ke­çi­rir­lər.

Za­qa­ta­la ra­yo­nun­da Tat­lar kən­di möv­cud­dur. Öz dil­lə­ri, inancla­rı var. Ağ­saq­qal sö­zü bö­yük­lü-ki­çik­li ha­mı üçün qa­nun­dur. Yo­lun bu üzün­də türklər, yə­ni biz­lər ya­şa­yır, o üzün­də tat­lar. Ha­mı bir-bi­ri ilə meh­ri­ban­dır. Əl-ələ ve­rib yol çək­di­rir, kən­də uzaq­lar­dan iç­mə­li su gə­ti­rir, yox­sul­la­ra kö­mək əli uza­dır, xe­yir-şər iş­lə­rin­də bir yer­də­dir­lər.

İn­qi­loy­la­rı ni­yə unu­daq? Gür­cüs­tan­la həm­sər­həd kənddə məs­kun­la­şıb­lar. Həm türkcə, həm də gür­cü di­lin­də da­nı­şır­lar. Əh­li-na­maz olan bu mil­lət əsl Azər­bay­can və­tən­pər­vər­lə­ri­dir­lər. Er­mə­ni­lər­lə dö­yüş­də ne­çə öv­lad­la­rı şə­hid­lik zir­və­si­nə yük­sə­lə­rək, ölü­mün­dən son­ra Mil­li Qəh­rə­man adı­na la­yiq gö­rül­müş­dür.

...Şi­mal ra­yon­la­rı­mız­da avar­lar, ləz­gi­lər, çe­çen­lər və di­gər xalqla­rın nü­ma­yən­də­lə­ri məs­kun­la­şıb. Ha­mı­sı da Azər­bay­can döv­lə­ti­nin və­tən­daş­la­rı­dır. Öl­kə rəh­bər­li­yi­nin sə­rən­cam və gös­tə­riş­lə­ri­nə lə­ya­qət­lə, can­la-baş­la əməl elə­yir, ic­ti­mai-si­ya­si hə­yat­da ol­duq­ca fə­al­dır­lar. On­lar da Azər­bay­ca­nın is­tiq­la­lı və müs­tə­qil­li­yi uğ­run­da hə­mi­şə ön sı­ra­lar­da ol­muş­lar.

Azər­bay­can­la İs­ra­il döv­lə­ti ara­sın­da dostluq və qar­daş­lıq mü­na­si­bə­ti xü­su­si önəm kəsb edir. Bu­nun hə­rə­kət­ve­ri­ci gü­cü, qüv­və­si bi­zim məm­lə­kə­ti­miz­də­ki yə­hu­di ic­ma­sı­dır. Hət­ta on­lar­dan ne­çə­si yük­sək postlar­da və Mil­li Məc­li­sin üz­vü­dür, mə­sul döv­lət və­zi­fə­lə­rin­də sə­mə­rə­li fə­a­liy­yət gös­tə­rir­lər. Azər­bay­can­da, Ba­kı­da mü­qəd­dəs yer­lə­ri-si­na­qoq­la­rı var. Hə­mi­şə öl­kə rəh­bər­li­yi yə­hu­di­lə­rin mil­li bay­ram­la­rı­nın qeyd edil­mə­si­nə say­ğı gös­tə­rir, ta­ri­xi­mi­zi öy­rə­nən, adət-ənə­nə­lə­ri­mi­zi se­vən və xa­ric­də sev­di­rən yə­hu­di alim­lə­rin yu­bi­ley­lə­rin­də on­la­ra fəx­ri ad­lar, or­den və me­dal­lar təq­dim edi­lir.

...Da­ğın ətək­lə­rin­də, uc­qar yer­lər­də bir kənd var. Adı Xı­na­lıq­dır. Öz dil­lə­ri və adət-ənə­nə­lə­ri ilə diq­qə­ti cəlb edir. Qaf­qaz­da ən qə­dim, lap şu­mer­lər döv­rü­nə aid ta­rix­lə­ri, mə­i­şət­lə­ri, ya­şam tərzlə­ri var­dır. Qış ay­la­rın­da or­da qa­rın hün­dür­lü­yü az qa­la 1 met­rə ça­tır. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin mü­va­fiq sə­rən­ca­mı ilə Qu­ba­dan Xı­na­lı­ğa ge­dən yol da­ha əl­ve­riş­li sa­lı­na­raq as­falt ör­tük dö­şən­miş­dir. Əsa­sən hey­van­dar­lıq­la məş­qul olan o kən­din sa­kin­lə­ri be­lə qay­ğı­ya, diq­qə­tə gö­rə in­di öl­kə rəh­bə­ri­nə min­nət­dar­lıq­la­rı­nı ifa­də edir­lər.

Bə­li, Azər­bay­can to­le­rant öl­kə­dir. Pay­tax­tı­mız Ba­kı­da bü­tün mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri bir-bi­ri­lə qar­daş­lıq, dostluq şə­ra­i­tin­də ya­şa­yır­lar. Heç kim baş­qa­sı­nın hə­yat tər­zi­nə, adət-ənə­nə­si­nə baş­qa göz­lə bax­mır. Ba­kı­da məs­cid, kil­sə, si­na­qoq var. Hər kəs is­tə­di­yi iba­dət­ga­ha ge­dir. Mü­səl­man­lar məs­ci­də, xris­ti­an­lar kil­sə­yə, yə­hu­di­lər sne­qo­qa tə­lə­sir. Ha­mı Al­la­ha, Onun var­lı­ğı­na qəl­bən ina­nır və dua edir.

...Qaf­qaz Mü­səl­man­la­rı Ru­ha­ni İda­rə­si, Şey­xül İs­lam Ha­cı Al­lah­şü­kür Pa­şa­za­də bü­tün din­lə­rə, eti­qad­la­ra, Ulu Ya­ra­da­na si­ta­yiş edən­lə­rə hör­mət­lə ya­na­şır.

Öl­kə­miz­də əsrlər bo­yu möv­cud olan İs­lam di­ni ha­ki­miy­yə­ti təm­sil et­mə­sə də, özü­nün yük­sək də­yər­lə­ri ilə hə­mi­şə ha­ki­miy­yət­lə ek­vi­va­lentlik təş­kil edir, si­ya­si ba­xım­dan hə­mi­şə ha­ki­miy­yə­tə mə­nə­vi dəs­tək olur. Tə­bii ki, bu, qar­şı­lıq­lı, ha­ki­miy­yə­tin eti­qa­dı­mı­za, di­ni­mi­zə olan son­suz sev­gi­dən irə­li gə­lir. Müs­tə­qil di­ni mə­ra­sim­lə­rin yük­sək sə­viy­yə­də ke­çi­ril­mə­si, ay­rı-ay­rı böl­gə­lər­də ye­ni məs­cid­lə­rin ti­ki­lib xal­qın is­ti­fa­də­si­nə ve­ril­mə­si yu­xa­rı­da qeyd et­dik­lə­ri­mi­zin ba­riz nü­mu­nə­si­dir. Mil­li-mə­də­ni də­yər­lə­ri ilə zən­gin mul­ti­kul­tu­ral, to­le­rant res­pub­li­ka­mı­zın hər bir gu­şə­sin­də bu ab-ha­va hökm sü­rür, qəlb ov­sun­la­yır san­ki in­san­lıq mə­də­niy­yə­ti ilə...Cə­nub zo­na­mız Ta­lış ma­ha­lı­nı ya­da sa­laq. Nə yox­dur bur­da? Quş­qon­maz dağ­lar, ke­çil­məz me­şə­lər, göz ya­şı ki­mi dup­du­ru bu­laq­lar, can dər­ma­nı olan subtro­pik mey­və­lər, hər yer­də se­vi­lən, süf­rə­lə­ri­mi­zin bə­zə­yi olan dü­yü­lər­dən bi­şi­ri­lən plov, da­dı-ta­mı ha­mı­nı va­leh edən çay...

Da­ya­nın, ba­xın: Ma­sal­lı­nın "Ha­lay" qız­lar an­samblı­nın gö­zəl rəq­si. Əl-ələ tu­tub yal­lı ge­dir­lər. Nə gö­zəl qa­val ça­lıb "Əmi­oğ­luy­la, əmi­qı­zı­nın mah­nı­sı"nı ifa edir­lər. Bax­dıq­ca bax­maq is­tə­yir­sən bu ta­ma­şa­ya. Hə­lə ge­yim­lə­ri­nə diq­qət elə­yin: qı­ra­ğı qı­yı­lı ağ tu­man, qol­suz qır­mı­zı ja­ket, baş­la­rın­da yel­çək və rəngbə­rəng kə­la­ğa­yı­lar.

Mil­li-mə­nə­vi, di­ni də­yər­lə­ri­mi­zin zən­gin­li­yi bu ya­zı­da mə­ni o qə­dər özü­nə al­dı ki, çox uzaq­la­ra əl apar­dım, ya­şa­dı­ğım, do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğım Bi­lə­su­va­rı­mın, ya­ra­nı­şın­dan mul­ti­kul­tu­ral də­yər­lə­ri­mi­zə sa­diq bir gu­şə­nin ör­nək də­yər­lə­ri­ni di­lə gə­tir­mə­yi lap unut­muş­dum. Bu haq­da da­nı­şar­kən ra­yo­nu­mu­zun də­yər­li zi­ya­lı­la­rın­dan, ya­zı­çı-pub­li­sist Əli­ba­la Rə­hi­mo­vun ma­raq­lı xa­ti­rə­lə­ri­nə is­ti­nad et­mə­mək müm­kün de­yil:

-Xə­yal mə­ni qa­nad­la­rı­na alıb çox uzaq­la­ra apar­dı. Bur­da qə­ri­bə­lik, ab­surd ab-ha­va ax­tar­ma­ğa dəy­məz. Hər bir Azər­bay­can və­tən­da­şı­nın bor­cu­dur ki, şə­hər və kəndlə­ri­ni gəz­sin, ta­nı­sın. Adət ən-ənə­lə­ri, etik nor­ma­la­rı öy­rən­sin.

Mən­ci­yəz çox ra­yon­la­rı­mız­da tə­lə­bə dostla­rım, ta­nış­la­rı­mın qo­na­ğı ol­mu­şam, bir­cə Nax­çı­van­dan baş­qa...

Qə­dim və gö­zəl, qo­naq­pər­vər Bi­lə­su­va­rı­mı­zı od­lu-alov­lu mə­həb­bət­lə se­vi­rəm və bu­ra­nın, ya­şın­dan ası­lı ol­ma­ya­raq, in­san­la­rı mə­nim­çün doğ­ma­dır.

Bi­zim ra­yon Bi­lə­su­var (o za­man­lar Puş­kin ra­yo­nu) 1930-cu ilin 8 av­qus­tun­da for­ma­la­şıb. O za­man 12.500 nə­fər əha­li­miz var idi. Onun 4000 nə­fə­ri mü­səl­man, 8500 nə­fə­ri xris­ti­an:pro­vos­lav və ka­to­lik di­ni­nə eti­qad­lı rus­lar olub. Mər­kəz Puş­kin qə­sə­bə­si ol­maq­la kəndlə­rin adı­na ba­xın: Klu­bin­ka, Bar­ya­tin, No­vo-Qras­ta­nov­ka, Fi­o­le­tov­ka, No­vo-Mi­kay­lov­ka, Ar­xan­ge­lov­ka, Bo­ğas­lov­ka, No­vo-Tro­itski, Mu­rav­yov­ka. Düz 26 rus, 12 mü­səl­man ya­şa­yış mən­tə­qə­si. Ha­mı bir-bi­ri­lə meh­ri­ban qon­şu­luq şə­ra­i­tin­də ya­şa­yıb. Bir nü­mu­nə: Be­ri­ya ad­lı şə­hə­rə ya­xın kol­xo­zun əsas iş­çi qüv­və­si rus­lar ol­muş­dur. O tə­sər­rü­fa­tın səd­ri isə mil­li­yət­cə ta­tar İsaq Şəm­səd­di­no­viç Şəm­səd­di­nov idi.

Ha­mı to­le­rant hə­yat sü­rür­dü. Bir-bi­ri­nin xe­yir-şər iş­lə­rin­də əlin­dən gə­lən kö­mə­yi əsir­gə­mir­di. Ya­dım­da­dır, ra­yo­nun tə­li­mat­çı­sı Ni­ko­lay Bo­qa­tır­yov 36 ya­şın­da sün­nət olun­du, mü­səl­man­çı­lı­ğı qə­bul et­di. Biz ha­mı­mız onun məc­li­sin­də idik. Kir­və­si kim ol­sa yax­şı­dır? Ya­xın dos­tu, RİK-nin şö­bə mü­di­ri Mət­ləb Qu­li­yev!

Da­ha bir ma­raq­lı, yad­da­qa­lan ha­di­sə. Bö­yük Və­tən mü­ha­ri­bə­si­nin iş­ti­rak­çı­sı Hə­sən Mus­ta­fa­yev çox­dan haqq dün­ya­sı­na qo­vu­şub. Onun Rya­zan­da ev­lən­di­yi is­tək­li Na­ta­şa­sı hə­lə ya­şa­yır, Nə­ri­man­kənddə azər­bay­can­lı­lar­la meh­ri­ban, sə­mi­mi qon­şu­dur. Ai­lə­nin 3 qız öv­la­dı kənddə ər­də­dir.

To­le­rantlı­ğı­mı­za da­ha bir nü­mu­nə. Şə­hər­də­ki Ni­za­mi adı­na tam or­ta mək­təb­də rus böl­mə­si, Çi­nar­lı kənd or­ta təh­sil oca­ğın­da Ərəb di­li üz­rə dərslər ke­çi­ri­lir. Qız uşaq­la­rı mək­tə­bə hi­cab­la gə­lir...

Şə­hər qəb­ris­tan­lı­ğın­da rus və azər­bay­can­lı­la­rın mə­za­rı yan-ya­na­dır. Ra­yo­nu­muz­da rus ai­lə­lə­ri Mə­hər­rəm ayın­da heç za­man toy elə­məz­lər...

Nov­ruz şən­lik­lə­ri, xü­su­si­lə çər­şən­bə ax­şam­la­rı ha­mı bir yer­də olur, bir-bi­ri­nin evi­nə qo­naq ge­dir.

...Uza­ğa get­mə­yin, ba­xın, ba­xın: "Rus­lan" şad­lıq sa­ra­yın­da toy­du. Gö­zəl­lik sa­lo­nun­da bə­zə­nib-dü­zə­nən La­ri­sa­nın Sa­bir bəy­lə to­yu­du. Ha­mı əl-ələ tu­tub yal­lı ge­dir, ye­yib-içir şən­lə­nir.

Söh­bə­tin be­lə şi­rin mə­qa­mın­da da­ha bir ta­ri­xi ha­di­sə­nin mo­tiv­lə­ri can­la­nır göz­lə­rim önün­də... Söy­lən­di­yi ki­mi, Bi­lə­su­var­da rus­lar­la mü­səl­man­lar hər za­man meh­ri­ban qon­şu­luq mü­na­si­bət­lə­ri qu­rub ya­şa­mış­lar. Hə­min dövrlər­də Bi­lə­su­va­rın Tat­ya­nov­ka (in­di­ki Aran­lı) kən­din­də kol­xo­zun xə­zi­nə­da­rı ol­muş Mat­ve­yin mü­əm­ma­lı qət­li­nin mil­li zə­min­də tö­rə­dil­mə­si ki­mi qə­lə­mə ver­sə­lər də, bu, son­da təs­di­qi­ni tap­ma­mış­dır. Be­lə ki, cid­di araş­dır­ma və na­ra­hat­lıq do­ğu­ran bu iş Moskva­nın xü­su­si tap­şı­rı­ğı ilə, o za­man ye­ni­cə Azər­bay­can Res­pub­li­ka­sı DTK-da yük­sək post tu­tan, mil­li ruh­lu, hər sa­hə­də haq­qın-əda­lə­tin zə­fər çal­ma­sı­nı qəl­bən ar­zu­la­yan da­hi Hey­dər Əlir­za oğ­lu Əli­ye­vin Bi­lə­su­var­da ha­di­sə ilə bağ­lı apar­dı­ğı uğur­lu təh­qi­qa­tı sa­yə­sin­də öz ob­yek­tiv, hü­qu­qi qiy­mə­ti­ni tap­mış­dır. Və be­lə­lik­lə qa­ti­lin elə Mat­vey­lə bir süf­rə­də ye­yib-içən, ya­xın dos­tu spirtli iç­ki alu­də­çi­si Alik ol­du­ğu sü­but olu­nub.

Bu gün to­le­rant öl­kə­miz­də mil­lət­lə­ra­ra­sı mü­na­si­bət­lər sö­zün əsl mə­na­sın­da yük­sək sə­viy­yə­də in­ki­şaf et­di­ri­lir. Cə­nab Pre­zi­den­ti­miz İl­ham Əli­yev Azər­bay­can­da ke­çi­ri­lən Bey­nəl­xalq İs­lam Konfran­sın­da­kı yük­sək sə­viy­yə­də çı­xı­şı ilə bir da­ha sü­but et­di ki, to­le­rantlıq nü­mu­nə­si olan öl­kə­miz­də din azad­dır və bü­tün xalqla­rın di­ni ayin­lə­ri­nə xü­su­si diq­qət ye­ti­ri­lir, hör­mət­lə ya­na­şı­lır.

Bu­nu da xü­su­si­lə vur­ğu­la­ma­lı­yıq ki, Pre­zi­dent İl­ham Əli­yev mü­va­fiq sə­rən­ca­mı ilə 2016-cı ili öl­kə­miz­də "Mul­ti­kul­tu­ra­lizm ili", elə­cə də ya­şa­dı­ğı­mız 2017-ci ili "İs­lam Həm­rəy­li­yi ili" elan et­mə­si, Azər­bay­can xal­qı­nın dostluq, qar­daş­lıq şə­ra­i­tin­də ya­şa­ma­ğa qa­dir xalq ol­du­ğu­nu bir da­ha bü­tün dün­ya­ya nü­ma­yiş et­dir­di. Mul­ti­kul­tu­ra­lizm, to­le­rantlıq, sa­də dil­lə de­sək, elə in­san­lıq de­mək­dir. Azər­bay­can­da əsrlər bo­yu həm müx­tə­lif din­lər, həm də müx­tə­lif et­nik qrup­lar və xalqlar­la bir­gə, qar­daş­lıq və dostluq mü­hi­tin­də ya­şa­mış­lar. Məhz bu­na gö­rə də, cə­nab Pre­zi­den­tin söz­lə­ri ilə ifa­də et­sək, mul­ti­kul­tu­ra­lizm, to­le­rantlıq Azər­bay­ca­nın hər bir və­tən­da­şı­nın hə­yat tər­zi­dir.

Məhz bu to­le­rantlı­ğın, bir­gə­ya­şa­yı­şın və öl­kə baş­çı­sı­nın bu sa­hə­də hə­ya­ta ke­çir­di­yi düz­gün si­ya­si kur­sun nə­ti­cə­si­dir ki, Azər­bay­can to­le­rant bir öl­kə ki­mi dün­ya­ya nü­mu­nə gös­tə­ri­lir, mil­lət­lə­rin mə­də­niy­yət­lə­ra­ra­sı və din­lə­ra­ra­sı mü­na­si­bət­lə­ri­nə həsr olun­muş bey­nəl­xalq fo­rum­lar Azər­bay­can­da ke­çi­ri­lir. Bəl­li hə­qi­qət­lər­dən bi­ri ki­mi de­yər­dim ki, bu gün öl­kə­miz­də hər kəs bir­gə­ya­şa­yış nor­ma­sı­nı xal­qı­mı­zın mil­li-mə­nə­vi də­yə­ri­nin ay­rıl­maz his­sə­si sa­yır, döv­lət­çi­lik ənə­nə­miz­də mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­ni al­qış­la­yır.

Və be­lə­lik­lə, gö­rün­dü­yü ki­mi, Azər­bay­can Res­pub­li­ka­sın­da hər kə­sin vic­dan azad­lı­ğı­nı, mü­qəd­dəs di­ni­mi­zə mü­na­si­bə­ti­ni müs­tə­qil mü­əy­yən­ləş­dir­mək və bu zə­min­də baş­qa­la­rı ilə bir­ləş­mək hü­quq­la­rı­nın mü­da­fiə və tə­min edil­mə­si üçün mü­va­fiq şə­ra­it ya­ra­dıl­mış və bu is­ti­qa­mət­də dü­şü­nül­müş döv­lət si­ya­sə­ti hə­ya­ta ke­çi­ri­lir.

Sur­xay Şah­ba­zov,
"Re­gi­on-Press" qə­ze­ti­nin baş re­dak­to­ru
Bi­lə­su­var

Mə­qa­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun 2017-ci il Nov­ruz Bay­ra­mı mü­na­si­bə­ti­lə ke­çir­di­yi fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­si­nə təq­dim olu­nur. 



VİDEO

SON XƏBƏRLƏR

25.07.2025 / 22:22
Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə

25.07.2025 / 22:10
Ceyhun Bayramov və Hakan Fidan Ermənistanla sülh danışıqlarını müzakirə etdi...

25.07.2025 / 21:23
Bütün Fransa Makronun qəsdinə durdu - ölkə yeni aksiyalara hazırlaşır...

25.07.2025 / 21:08
Millət vəkili Mehriban Vəliyeva Aydın Quliyevi təbrik etdi

25.07.2025 / 21:06
65 yaşda "Əməkdar jurnalist" adı almaq mənim günahım deyil...

25.07.2025 / 21:05
EKO-nun Xankəndi zirvəsi Rusiyanı niyə bu qədər narahat edir?

25.07.2025 / 20:49
Sülhü pozan Ermənistan, hədəf Azərbaycan - Fransa parlamentindən absurd qərar...

25.07.2025 / 20:34
Zəngəzur dəhlizi məsələsinə NATO da qarışdı...

25.07.2025 / 20:19
Paşinyan həbs etdiyi rus oliqarxı barədə beynəlxalq məhkəmə qərarını da heçə saydı...

25.07.2025 / 20:12
Ermənistanın hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

25.07.2025 / 20:04
Paytaxt köçürülə bilər - su qıtlığı daha kəskin problemə çevrilir...

25.07.2025 / 19:49
Paşinyanın siyasəti Elçibəyin 90-cı illərdəki Qərbyönlü siyasətinə bənzədildi...

25.07.2025 / 19:35
ABŞ-ın Zəngəzur planı Rusiya layihəsindən kəskin fərqlidir - Zaxarova narahatdır...

25.07.2025 / 19:22
Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

25.07.2025 / 19:16
Bakıda DİN müşavirəsində sərt tələb - “icra olunmalıdır”

25.07.2025 / 19:09
Qubanın şəhid ailələri təklif etdilər - hər şəhid barədə kitab yazılsın...

25.07.2025 / 19:01
MM-in Korsikaya Dəstək Qrupundan Fransa parlamentinə sərt cavab - bu onları qıcıqlandırır...

25.07.2025 / 18:58
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

25.07.2025 / 18:55
Tələbə təqaüdləri artırıldı - 300, 450 manat...

25.07.2025 / 18:50
İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi

25.07.2025 / 18:41
Rusiya Aİİ çərçivəsində Ermənistanı iqtisadi sanksiyalarla hədələdi...

25.07.2025 / 18:35
Mixail Qusmanın Azərbaycan boyda səmimi və doğma ailəsi var – Cavid İsmayıl yazır

25.07.2025 / 18:30
Şuşa Media Forumu qlobal mətbuatda

25.07.2025 / 18:27
Nazirlər Kabineti 2018-də söz vermişdi ki, yaxın 3 ildə 100 faiz olacaq - hanı bəs?

25.07.2025 / 18:14
Kreml rəsmisi Zəngəzur dəhlizindən imtina etdi - şok...

25.07.2025 / 18:09
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO

25.07.2025 / 17:59
Rusiya Ermənistanın qazını kəsməkdən başladı – Tiflis-İrəvan xəttində nə baş verir?..

25.07.2025 / 17:46
İstanbulda Rusiya-Ukrayna danışığının iflas etməsinin şok səbəbləri - təfərrüatlar...

25.07.2025 / 17:33
Türkiyənin Akkuyu AES tikintisində maaş qalmaqalı günbəgün böyüyür...

25.07.2025 / 17:14
Ərdoğan Trampla Putini İstanbulda bir araya gətirmək istəyir...

25.07.2025 / 17:10
"Zəngəzur dəhlizi regional logistikanı gücləndirəcək" - Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatı

25.07.2025 / 17:07
“Yüksəliş” müsabiqəsi insan kapitalına dəyərli investisiyadır" - Fərəh Əliyeva

25.07.2025 / 17:01
"Beşinci “Yüksəliş” müsabiqəsinin 20 qalibindən ikisi ADA Universitetinin tələbəsi, biri isə ADA-nın müəllimidir" - Hafiz Paşayev

25.07.2025 / 16:49
Polis Pirallahıda əməliyyat keçirdi - 42 kq narkotik aşkarlandı

25.07.2025 / 16:33
Keçmiş Baş Qərargah rəisindən xəbərdarlıq - Rusiya-Ukrayna müharibəsi 2034-cü ilə qədər uzana bilər…

25.07.2025 / 16:15
ABŞ səfiri Makronun Fələstin qərarını ələ saldı - onda İngiltərə də Fransanı öz müstəmləkəsi elan edə bilər

25.07.2025 / 16:09
"Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir" - Corc Dik

25.07.2025 / 15:56
Cənubda ilk qız məktəbini təşkil edən Məryəm xanım...

25.07.2025 / 15:46
Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

25.07.2025 / 15:27
"Gəncəyə raketlər düşəndə mən oradaydım" - İsrail səfiri erməni hücumlarından danışdı

25.07.2025 / 15:22
Castin Timberleyk Bakıdadır!

25.07.2025 / 14:43
"Şuşanı ziyarət etmiş ilk İsrail səfiri olmaq mənim üçün böyük şərəfdir" - Corc Dik

25.07.2025 / 14:27
Kreml Ukraynanın təklifini yenə qəbul etmədi - Putin-Zelenski görüşü çətin ki, mümkün olsun...

25.07.2025 / 14:21
Şəxsiyyət vəsiqəsinə yeni məlumatlar əlavə ediləcək - FOTO

25.07.2025 / 14:18
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

25.07.2025 / 14:11
44 günlük müharibə zamanı Ermənistanın əsir götürdüyü azərbaycanlı - "Mənə işgəncələr verildi"

25.07.2025 / 13:43
"Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında mühüm rol oynayıb" - Səfir

25.07.2025 / 13:35
Qazaxıstan Xəzər dənizini xilas etməyə çağırdı...

25.07.2025 / 13:19
"Azərbaycan multikulturalizm modeli ilə haqlı olaraq qürur duyur" - İsrail səfiri

25.07.2025 / 13:10
За что уволили в России бакинца М. Гусмана? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.07.2025 / 12:55
Yeni tədris ilində təhsil haqlarında dəyişiklik olacaq? - RƏSMİ AÇIQLAMA

25.07.2025 / 12:37
Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı

25.07.2025 / 12:28
İnsan ölümü bilib, boşuna yaşayır - müğənni Günel

25.07.2025 / 11:04
Zaxarova Azərbaycana şərt qoydu. İşə baxın! - CANLI

25.07.2025 / 10:12
İsrailə bəd xəbər - Kanada da Fələstini tanımağa hazırlaşır

25.07.2025 / 10:06
Bu gün 22 min abonentin qaz təchizatı dayandırılacaq

25.07.2025 / 10:00
Trampdan QƏRAR - USAID üçün ayrılan 7,9 milyard dollar geri qaytarıldı

25.07.2025 / 09:30
Bu gün Cənub zonasında işıq olmayacaq - səbəb açıqlandı

25.07.2025 / 09:22
Ukraynalı deputat yol qəzasında ölüb

25.07.2025 / 09:18
"Pivəçilər" bu futbolçu üçün 75 milyon avro təklif edir!

25.07.2025 / 09:12
ABŞ-dan Makrona ŞOK- "Fələstini dövlət kimi tanımayacayıq"

25.07.2025 / 09:06
Ər-Riyadda sürücüsüz avtomobillər işə düşür

25.07.2025 / 09:00
Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

25.07.2025 / 08:44
İli 5 min manata peşə təhsili olar? Universitetlərdən baha?

25.07.2025 / 08:30
Goranboyda dəhşətli qətl - yeniyetmə öz anasını və nənəsini öldürdü!

24.07.2025 / 22:35
Ermənistan Zəngəzur dəhlizini ABŞ-a icarəyə verməkdən imtina etdi

24.07.2025 / 21:43
Ermənilərin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs ifadə verdi - MƏHKƏMƏ +FOTO

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 21:01
Lerikdə yanğına səbəb olan iki nəfər saxlandı

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Azərbaycanın ilk peykindən süni intellekt layihələrinin maliyyələşməsinə qədər...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910