çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Ərəb Əmirliklərinin mediası islamofobiya ilə mübarizədə Azərbaycanın rəsmi baxışlarına xüsusi maraq göstərdi

Image


Azərbaycan beynəlxalq təşkilatlarda ərəb dünyasını narahat edən məsələlərə dəstəyini davam etdirir və 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman bunu fəal şəkildə edib. XİN-dən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Fəcr” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, BƏƏ 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycanı tanıyan ilk müsəlman dövlətlərindən biridir: "1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilmiş bugünkü İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində mərhum Ulu Öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında təşkil edilmiş tarixi görüşdə iki ölkə arasında əlaqələrin möhkəm bünövrəsi qoyulub. Həmin görüşdən sonra dövlət rəsmilərinin səfər mübadilələri başlayıb. O vaxtdan bəri ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir və davamçılar Azərbaycan Prezidenti İlham Əliyev və Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl Nəhyan tərəfindən daha da möhkəmləndirilir. BƏƏ Vitse-Prezidenti, Baş naziri, Dubayın hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun Azərbaycana rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri mövcud möhkəm siyasi əlaqələrin daha da güclənməsinə, eləcə də iqtisadi-ticari əməkdaşlığın artması ilə yanaşı, qeyri-neft sektorunun daha da inkişafına səbəb olub. Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlar Azərbaycan-BƏƏ əlaqələrinə təkan verilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, 2015-ci ilin oktyabr ayından etibarən BƏƏ vətəndaşları ölkəmizin beynəlxalq statuslu hava limanlarında viza ala bilirlər. Mədəniyyət və Turizm Nazirliyinin statistik məlumatlarına əsasən, 2016-cı ildə BƏƏ vətəndaşlarının sayında kəskin sıçrayış olub ki, bu da 2015-ci illə müqayisədə qat-qat çoxdur. Məhz bu axının davamlığını təmin etməkdən ötrü həftəlik uçuşların sayı 8-dən 28-ədək çatdırılıb və həmçinin cari ilin mart ayının ikinci yarısında Şarcadan birbaşa uçuşların başlanması gözlənilir. Eyni zamanda, 2009-cu ildə təsis edilmiş Hökumətlərarası Birgə Komissiyanın növbəti, sayca 6-cı iclası gözlənilir. Şübhəsiz ki, belə dinamika iqtisadi əlaqələrin inkişafında qarşılıqlı marağın əyani sübutudur".

"Azərbaycanın ərəb ölkələri ilə münasibətləri barədə nə deyə bilərsiniz?" sualını cavablandıran E.Məmmədyarov qeyd edib ki, Azərbaycan qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, onların daxili işlərinə qarışmama kimi yanaşmalara əsaslanan tarazlı və çoxvektorlu xarici siyasi kurs həyata keçirir: "Bu kursda müştərək mənəvi və tarixi bağları bölüşdüyümüz və geniş coğrafi məkanı əhatə edən ərəb dünyasının özünəməxsus yeri vardır. Bu gün ölkəmiz əksər ərəb ölkələrində diplomatik missiyalarla təmsil olunur və həmin ölkələrin Bakı şəhərində diplomatik missiyaları fəaliyyət göstərir, qarşılıqlı səfərlərin dinamikası yaxşı səviyyədədir. Parlamentlər səviyyəsində uğurlu işbirliyi həyata keçirilir. Belə ki, Milli Məclisdə AR-BƏƏ dostluq qrupu daxil olmaqla, ərəb ölkələri ilə fərdi qaydada dostluq qrupları fəaliyyət göstərir və oxşar qruplar həmin ölkələrdə mövcuddur. Qrupların qarşılıqlı səfərləri müşahidə olunur və beynəlxalq müstəvidə qarşılıqlı dəstək yolları müzakirə olunur. Həmçinin, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və strukturlarının fəal üzvüdür, təşkilatın gündəminin formalaşdırılmasında, gündəlikdə duran məsələlərin müzakirəsində aktiv şəkildə iştirak edir. Eyni zamanda, Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikik və Liqa ilə səmərəli əməkdaşlıq aparırıq. Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Bu əməkdaşlığın təsisatlanmış çərçivəyə salınması və daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərilir. Cari ildə KƏŞ ilə birlikdə Bakıda strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Azərbaycan beynəlxalq təşkilatlarda ərəb dünyasını narahat edən məsələlərə dəstəyini davam etdirir və 2012-2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman bunu fəal şəkildə edib.

May ayında IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsində rolu barədə sualı cavablandıran nazir vurğulayıb ki, Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir və bütün müsəlman dünyasında islami dəyərlərə sadiq bir ölkə kimi tanınır və qəbul olunur: "Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Biz bütün müsəlman dövlətləri ilə əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli əsasda daha da gücləndirilməsinə böyük önəm veririk və İslam ölkələri ilə əməkdaşlığımız ildən-ilə genişlənir. Azərbaycan islam həmrəyliyinin möhkəmləndirilməsi, dünyada islami dəyərlərin təbliğinə böyük töhfələr verir. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib və 2018-ci ildə Azərbaycanın digər qədim şəhəri olan Naxçıvanın bu şərəfli adı öz üzərinə götürməsi barədə qərar qəbul olunub. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib. Ölkəmiz 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bu tədbirlər və görüləcək işlər dövlətimizin, həmçinin Prezident cənab İlham Əliyevin İslam dünyasında birliyə və ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə verdiyi böyük diqqətin bariz göstəricisidir".

"Siz BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun fəal üzvü və din və mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinin mühüm dayaqlarından biri olaraq, islamofobiya adlanan təzahürün get-gedə artmasının, eləcə də bəzilərin terrorizmi İslamla əlaqələndirmək cəhdlərinin qarşısının alınmasının mümkünlüyünü nədə görürsünüz?" - sualının cavabında isə XİN rəhbəri deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub: "Ölkəmiz hər zaman multikulturalizm, tolerantlıq və dini-mənəvi dəyərlərin qorunub saxlanılması, onların inkişafına öz töhfəsini verərək, humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayıb. Təsadüfi deyildir ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu məqsədlə, ölkəmiz multikulturalizm ideyaları, müxtəlif din, mədəniyyət və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə ölkəmizdə fərqli dini etiqad və mədəniyyət sahiblərinin iştirakı ilə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin başlıca məqsədi başqasına ehtiramın, tolerantlığın, mötədilliyin, eləcə də həqiqi islami dəyərlərin təşviqindən ibrətdir. Əfsuslar olsun ki, müasir dünyamızda müxtəlif din və məzhəblər arasında baş verən qarşıdurmalar, xüsusilə sülh və anlaşma dini olan İslamın qəsdən terrorizm ilə əlaqələndirilməsi cəhdləri Qərb cəmiyyətlərində islamofobiya meyllərinin artmasına səbəb olur ki, bu da tolerant Azərbaycan xalqında ciddi narahatlıq doğurur. Bu qəbuledilməz meylin daha da artmasının qarşısını almaq üçün bütün İslam ölkələri öz səylərini birləşdirməli və İslamın doğru-dürüst obrazını yaymaq məqsədilə işbirliyini əlaqələndirməlidirlər. İslamın terrorizm ilə əlaqələndirilməsi cəhdləri qətiyyən yolverilməzdir. Terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi terrorun bütün forma və təzahürlərini pisləyir. Ölkəmiz bundan sonra da islami dəyərlərin qorunub saxlanılması və təbliğinə tam dəstəyini ifadə etməklə, İslamofobiya meyllərinin gətirdiyi ayrı-seçkilik, düşmənçilik və zorakılığa qarşı mübarizəyə öz töhfəsini verməkdə davam edəcək".

E.Məmmədyarov "Azərbaycanın müstəqilliyindən əsrin dörddə birinin keçdiyini nəzərə alaraq, bu dövr ərzində əldə olunan nailiyyətləri necə qiymətləndirirsiniz və gələcək gözləntiləriniz nədən ibarətdir?" - sualına cavab olaraq isə bildirib ki, 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa edən Azərbaycan bu illər ərzində uğurlu siyasi və iqtisadi kurs həyata keçirib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strateji kursun sayəsində Azərbaycan öz siyasi və iqtisadi müstəqilliyini təmin edir. İnkişafda olan milli iqtisadiyyatın quruluşu böyük nəticələrə gətirib çıxarıb. Xalqın rifahı nəzərəçarpan dərəcədə yüksəlib, ölkənin, xüsusən də paytaxtın siması kəskin şəkildə müasirləşib və çağdaşla qədimliyin sintezini təşkil edir. Bu gün Azərbaycanda iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun diversifikasiyası istiqamətində köklü islahatlar həyata keçirilir. Azərbaycan xarici sərmayəçilər üçün ən çox cəlbedici məkana çevrilib. Hazırkı nikbin duruma arxalanaraq, deyə bilərəm ki, gələcək gözləntilərim son dərəcə ümidvericidir. Belə ki, bu günlərdə TAP, TANAP, Böyük İpək Yolu, Şİmal-Cənub kimi nəhəng qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu da öz növbəsində, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirəcək, xalqımızın rifahını daha da artıracaqdır. Həmçinin ümidvaram ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın perspektivdə öz ədalətli həllini tapmaqla regiona hərtərəfli inkişaf gətirəcək".

"2019-cu ildə paytaxt Bakı Qoşulmama Hərəkatının zirvə toplantısına ev sahibliyi edəcək. Bu zirvə toplantısı zamanı hansı prioritetlərə diqqət yetirməyi planlaşdırırsınız?" sualı ilə bağlı isə nazir bildirib: "Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi ən böyük beynəlxalq platformadır. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub və üzv olduğu gündən Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan edib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir. Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada baş tutmuş XVII zirvə toplantısında növbəti zirvə toplantısının 2019-cu ildə Azərbaycanda keçirilməsi və 2019-2022-ci illərdə təşkilata sədrliyin Azərbaycana verilməsi barədə qərar qəbul olunub. Qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv ölkələr tərəfindən belə bir qərarın verilməsi ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaq".

Azərbaycanın geostrateji mövqeyinin üstünlükləri və bu strateji mövqeyin əhəmiyyətindən irəli gələn imkanları necə dəyərləndirilməsi ilə bağlı nazir bildirib: "Xəritəyə baxsaq görə bilərik ki, Azərbaycan mühüm qlobal enerji və nəqliyyat dəhlizlərinin keçdiyi unikal coğrafi məkandır. Dünyada baş verən iqtisadi böhran və siyasi hərcməcliklərə baxmayaraq, Azərbaycandakı mövcud siyasi və iqtisadi sabitlik, həmçinin ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması qlobal layihələrin həyata keçirilməsində iştirak üçün münbit zəmin yaradır. Bu kimi amillər nəhəng qlobal oyunçuları cəlb edir və bizim beynəlxalq nüfuzumuzu artırır. Hazırda Azərbaycan geosiyasi və geoiqtisadi cəhətdən bölgənin ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Təsadüfi deyildir ki, ölkəmiz regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də iştirakçısı rolunda çıxış edir. Regionun lider dövləti kimi Azərbaycan son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etməkdədir. Bu isə ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırmaqla, beynəlxalq aləmdə onun nüfuzunun daha da güclənməsinə vəsilə olur".

"Azərbaycan yerləşdiyi regionda sülhsevər və əmin-amanlığın əsaslarını möhkəmləndirən siyasət yürüdür. Qonşularınızla işbirliyi sayəsində Xəzər dənizini sülh və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək mümkündürmü?" sualına cavab olaraq XİN rəhbəri deyib ki, Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir: "Xəzər dənizindən enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, həmçinin yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır. Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə olunub. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri Xəzəryanı dövlətlər tərəfindən razılaşdırılıb. Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycan tərəfinin mövqeyi belədir ki, statusla bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi, bir-birilərinin daxili işlərinə qarışmaması və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

16.11.2026 / 12:05
Büdcəyə ən çox pul gətirən vergi bəlli oldu – Çoxumuz hər gün ödəyirik!

16.11.2026 / 11:53
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partladı...

16.11.2026 / 11:31
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edildi

16.11.2026 / 11:20
Ukrayna Krım körpüsünə növbəti dəfə zərbə endirdi – nəqliyyatın hərəkəti dayandırıldı...

16.11.2026 / 11:03
Mağazada qiymət göstərməyənlər 1 650 manatadək cərimələnəcək

16.11.2026 / 10:44
Ombudsman beynəlxalq ictimaiyyəti minatəmizləməyə dəstəyi artırmağa çağırdı

16.11.2026 / 10:17
Şahdağda qarın hündürlüyü 20 santimetrə çatdı

16.11.2026 / 10:02
Bakıda güclü külək 32 ağacı sındırdı

16.11.2026 / 09:55
İrandan Azərbaycana dronla narkotik keçirilməsinin qarşısı alındı - aparatı idarə edən iranlı da yaxalandı

16.11.2026 / 09:36
Azərbaycan və Ermənistan nümayəndələri yenidən görüşəcək

16.11.2026 / 09:05
Bakıda mağaza və evlərdən oğurluq edən şəxslər saxlandı

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ