Cümə axşamı günü, 19 noyabr 2026
     

Rusiya Əsədi vurmağa hazırlaşan ABŞ-ı “S-300” və “S-400” sistemlərilə hədələdi

Image


Suriyada böhrandan çıxış yolları üçün birbaşa danışıqlardan imtina edən ABŞ və Rusiyanın hərbi toqquşma ehtimalı günü-gündən daha da yüksəlir. Baki-xeber.com xəbər verir ki, bir neçə gün əvvəl «The Washington Post» qəzeti Rusiya ilə uğursuz Suriya danışıqlarından sonra ABŞ Əsəd rejiminə qarşı hərbi əməliyyatlar planını gündəmə gətirib.

Qəzet diplomatik mənbələrə istinadla yazır ki, keçən həftə Ağ Evdə baş tutan toplantıda Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Qərargah Rəisləri Komitəsinin rəsmiləri Suriya hökumətinə qarşı «məhdud hərbi zərbələr» məsələsini müzakirə ediblər. Amerika rəsmilərinin fikrincə, bu zərbələr Suriya diktatoru Bəşər Əsədin atəşkəsin pozulması məsələsinə münasibətini dəyişə bilər, Hələb sakinlərinə qarşı cinayətlərinin qarşısını alar və rejimi danışıqlar masası arxasına keçməyə məcbur edər.

Hətta bəzi Amerika rəsmiləri Hələbdə əməliyyatların qarşısını almaqdan ötrü qanadlı raketlərdən və başqa uzaqmənzilli silahlardan istifadə etməyi məsləhət görür. Onların fikrincə, bu silahlar koalisiya gəmiləri və təyyarələrindən atılaraq Suriya hərbi hava qüvvələrinin uçuş-enmə zolaqlarını dağıda bilər.

ABŞ-ın digər variantı BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən gizli əməliyyatlara başlamaqdır. Müzakirələrdə iştirak edən rəsmilərdən birinin «The Washington Post»a verdiyi məlumata görə, ötən danışıqlardan fərqli olaraq, Əsəd rejiminə zərbə vurmaq variantının tərəfdarları çoxalıb: «CIA və Qərargah Rəisləri Komitəsi hesab edir ki, Hələbin yıxılması Amerikanın Suriyada terrorla mübarizə məqsədlərini sarsıdar».

Amma Ağ Evin hərbi əməliyyatlar planını dəstəkləyəcəyi sual altındadır. Qəzetin administrasiya rəsmilərindən aldığı bilgidə deyilir ki, Obama Suriyada hərbi əməliyyatlara meylli deyil. Dövlət katibi Con Kerri də Əsəd rejiminə təzyiqlərin artırılmasını istəsə də, hələ ki, diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir.

Ancaq son açıqlamalardan belə görünür ki, Ağ Ev də Əsədin vurulmasını dəstəkləyə bilər. Ağ Evin mətbuat katibi Coş Ernest də Suriya ordusuna zərbələr endiriləcəyini istisna etməyib. Bununla belə o, bunun ABŞ-ın maraqlarına uyğun olacağına şübhə etdiyini də qeyd edib: “Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox güman ki, milli maraqlarımıza zidd olacaq gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər-hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm”.

Təbii ki, ABŞ-ın Suriya ordusuna qarşı əməliyyatlara başlaması, Əsədə açıq hərbi dəstək verən və birbaşa müharibənin iştirakçısına çevrilən Rusiya ilə toqquşma ehtimalını da gündəmə gətirir. Bu fonda tərəflərin artıq hərbi hazırlıqlara başladığı da deyilir. Misal üçün bir neçə gün əvvəl Rusiya Suriyaya “S-300” raketdən müdafiə sistemi göndərdiyini bəyan etdi.

Rusiya XİN rəhbəri Sergey Lavrov deyir ki, Moskva Suriyada “S-300” zenit-raket komplekslərini Rusiya hərbçilərinin etibarlı müdafiəsini təmin etmək məqsədi ilə yerləşdirib: “Biz davam edən gərgin vəziyyətdə hərbçilərimizin, Hərbi-Kosmik Qüvvələrimizin, Tartus limanındakı maddi-texniki təminat məntəqəmizin etibarlı təhlükəsizliyini təmin etməliyik...

“S-300” və “S-400” kompleksləri sırf müdafiə silahlarıdır. Onlar heç kimə təhlükə yaratmır”.

Ancaq ekspertlər bildirir ki, ümumiyyətlə Rusiyanın Suriyada S-300 yerləşdirməsinə ehtiyac yox idi. Çunki Rusiyanın burada qarşı-qarşıya gəldiyi tərəflər elə də böyük raketlərə, yaxud da döyüş təyyarələrinə sahib deyil. Ekspertlər burada diqqəti daha çox S-300-lərin ABŞ-a və Əsədi hədəf alan digər xarici qüvvələrə qarşı yönəldilə biləcəyinə diqqət çəkir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə ABŞ-ın Suriya əməliyyatlarına qarşı Vaşinqtonu sözügedən raket sistemlərilə açıq təhdid edib. Onun sözlərinə görə, Suriyada rejimin nəzarətindəki bölgələrə hava və ya raket hücumları edilərsə buradakı rus əsgərləri üçün təhlükə yarana bilər. Konaşenkov bildirib ki, Suriyadakı rus zabitlərin çoxu sahədə xidmət edir: "Buna görə də Suriya hökumətinin nəzarətindəki bölgələrə qarşı hava və ya raket hücumu rus əsgərləri üçün də açıq bir təhlükə yarada bilər. ABŞ liderliyindəki koalisiya qüvvələrinin Deyr əz-Zur şəhərində ordu birliklərini bombalamasının ardından, rus əsgərlərinə qarşı ola biləcək səhvlərin qarşısını almaq üçün bütün tədbirlər gürülüb".

Bununla belə Konaşenkov amerikalı həmkarlarına bu planı həyata keçirməzdən əvvəl mümkün nəticələrini yaxşı hesablamalarını tövsiyə edib və dolayısı ilə ABŞ-ı təhdid edib: "Amerikalı strateqlərə xatırlatmaq istəyirəm ki, “S-300” və “S-400” hava müdafiə sistemlərinin əhatə dairəsi naməlum obyektlər üçün sürpriz ola bilər. Çünki sistemin raketin hansı ölkəyə məxsus olduğunu təyin etmək üçün vaxtı olmayacaq".

Rusiya ilə ABŞ-ın Suriyada birbaşa qarşı-qarşıya gəlmə ehtimalını dəyərləndirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə tərəflərin toqquşmalarını önləyə biləcək bir razılaşmasının olduğunu deyir: "Bu problemin bir çox komponent var. Amma buna veriləcək cavab amerikalılarla aramızda toqquşmaları önləyəcək bir razılaşmadır".

Ta­hir TA­ĞI­YEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

18.11.2026 / 14:41
Xəzər İran-ABŞ savaşının əsas meydanlarından birinə çevrilir.

18.11.2026 / 14:36
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırıldı

18.11.2026 / 14:33
Hörmüz boğazında üç tanker minaya düşdü – boğaz tam bağlandı...

18.11.2026 / 14:18
Ukrayna Krasnodarda iki iri neft emalı zavoduna yenidən zərbə endirdi...

18.11.2026 / 14:01
Putin Tramla görüşdən əvvəl Cinplə iki saatdan çox qapalı görüş keçirdi

18.11.2026 / 13:52
Tramp Çinə gedib

18.11.2026 / 13:49
Almaniya Cənubi Qafqazda Rusiya ilə açıq mübarizəni bəyan etdi...

18.11.2026 / 13:46
Türkiyənin qlobal elektrikləşməni 35 faizə çatdırmaq təşəbüsünə 75 ölkə dəstək verib

18.11.2026 / 13:33
Kərkük folkloru və musiqi irsi gənclərə tanıdıldı

18.11.2026 / 13:30
Körfəzdə gərginlik yenidən artır - İran Küveytdəki ABŞ hərbi bazasını bombaladı...

18.11.2026 / 13:23
"DƏDƏMİZ DƏDƏ MƏDƏD" ADLI TOPLU-KİTABIN TƏQDİMATI KEÇİRİLİB

18.11.2026 / 13:15
“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

18.11.2026 / 13:07
ABŞ-da Azərbaycan bayrağının endirilməsi xəbərləri yalan çıxdı - Dövlət Komitəsindən açıqlama...

18.11.2026 / 12:55
Alman nazir Azərbaycanı Avropanın enerji təchizatında mühüm tərəfdaş adlandırdı...

18.11.2026 / 12:39
İkinci əl avtomobillərin satışı üçün yeni vergi proseduru müəyyənləşir...

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:14
Ceyhun Bayramov: "Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir"

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:28
Lavrov Rusiyanın müttəfiqlərini incidən qeyri-diplomatik bəyanat verdi...

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:19
Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirov apellyasiya şikayəti verdi

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ