Sentyabrın 29-da 8-ci Vaşinqton İdeyaları Forumunda ABŞ Dövlət katibi Con Kerri dünyadakı problemlərdən danışanda qısaca Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Atlantik və Aspen İnstitutunun təşkil etdiyi forumda Kerri Qarabağ haqda deyib: “Bu gün dünyada bir sıra dondurulmuş münaqişələr var – Dağlıq Qarabağ, Azərbaycan – Ermənistan münaqişəsi.”
Kerri deyib ki, Dağlıq Qarabağda gərginlik var, liderlər isə həllə hazır deyillər.
Kerrinin çıxışında əsas diqqət isə Suriya və Rusiya məsələsinə yönəlib. Kerri deyib ki, Suriyada Rusiya ilə əməkdaşlığı dayandırmağın ABŞ bir addımlığındadır. Səbəb isə Kerrinin sözlərinə görə, Rusiyanın Hələbdəki əməliyyatıdır. Kerri deyib ki, son 10 gündə hava zərbələrində yüzlərlə mülki şəxs ölüb və bu hava zərbələri müharibə qanunlarına tamamilə ziddir.