Cümə axşamı günü, 19 noyabr 2026
     

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 25 illiyində təşkilatın fəaliyyətinə xüsusi qiymət verdi

Image


"Bu gün bizim təşkilatın möhkəmlənməsinə şərait yaradacaq mühüm məsələlər müzakirəyə çıxarılıb. Biz işimizin optimallaşması ilə əlaqədar təşəbbüsləri dəstəkləyirik ki, ümumi maraq doğuran ən mühüm məsələlər üzərində diqqətimizi cəmləşdirə bilək.

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar, bu təşkilatın təsisçilərindən biri kimi, bizim dövlətimizin mövqeyini ifadə etmək istərdim. Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb".

“Trend”-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında deyib.

Prezident İlham Əliyev daha sonra bildirib: "Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik.

Humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd etmək istərdim. Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür. Bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu Forum humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çox mühüm beynəlxalq məkana çevrilib. Bu məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir. Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrıseçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir.

Həmçinin həmkarlarıma onu da bildirməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu gün Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzlərindən biri kimi tanınıb. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət veririk. Dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada da yaxşı perspektivlər yaranır. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərini qoruyub saxlaya biləcəyik".

Dövlət başçısı qeyd edib ki, indiki şəraitdə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir: "Bizim ölkəmiz uzun illərdir bu sahəyə fəal sərmayə yatırır. Bu gün ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edir və ölkələrimizə əlavə iqtisadi dividendlər gətirir. Biz, həmçinin MDB-nin üzvü olan qonşu dövlətlərlə ölkələrimiz üçün böyük gələcəyə malik olacaq layihələr həyata keçiririk. Biz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyuruq. Bu, daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahədir və həm də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Əməkdaşlığın möhkəmləndirilməsi təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir.

Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir.

Sonda ümidvar olduğumu bildirmək istərdim ki, MDB bundan sonra da fəal inkişaf edəcək. Biz düşünülmüş islahatlar yolu ilə gedirik. İslahatlar təkcə islahat xatirinə həyata keçirilməməlidir. Onlar çox dəqiq istiqamətlənməlidir ki, bizim təşkilatımız möhkəmlənsin, daha cəlbedici və daha fəaliyyətqabiliyyətli olsun.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və işimizə uğurlar arzulayıram. Çox sağ olun".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi - DİN-dən irimiqyaslı əməliyyat...

18.11.2026 / 19:06
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə REAKSİYA

18.11.2026 / 18:53
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

18.11.2026 / 18:49
Türkiyədə AK Parti iqtidarı “Sözcü TV”-ni də bağladı, müxalifətə qarşı cəza yürüşləri davam edir...

18.11.2026 / 18:34
Din xadimləri dövlət qulluğunda işləyə bilməyəcəklər...

18.11.2026 / 18:19
“Türkiyə və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir” - Yaşar Gülər

18.11.2026 / 18:01
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

18.11.2026 / 17:50
Rusiya Kalininqraddakı qoşunları çıxarmaq müqabilində NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb edir...

18.11.2026 / 17:26
“Ermənistan və Azərbaycan transsərhəd su ehtiyatlarının idarə olunması üzrə işçi qrupları yaradır” - Paşinyan

18.11.2026 / 17:12
Putin və Tramp Çində görüşdü...

18.11.2026 / 17:06
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

18.11.2026 / 16:50
İnstitut direktoru 6 min, müavinləri 5 min maaş alacaq – Əli Əsədov qərar verdi

18.11.2026 / 16:35
İrəvan Moskvanın dəmir yolu siyasətinə qarşı mövqeyini sərtləşdirdi...

18.11.2026 / 16:20
İran Qars-Gümrü keçidinin açılmasına qarşı çıxdı...

18.11.2026 / 16:19
Azərbaycan Cənubi Qafqazın qapılarını Qərbə açır...

18.11.2026 / 16:11
Azərbaycan dili və informatika dövlət qulluğu imtahanından çıxarılır? - DİM-dən AÇIQLAMA...

18.11.2026 / 16:01
Peskov: APEC sammiti çərçivəsində Putin və Tramp arasında tammiqyaslı danışıqların baş tutacağını gözləmir

18.11.2026 / 15:52
Fransada kütləvi nümayiş günü polislər işə çıxmaqdan imtina edib - Bütün zabitlər xəstəlik məzuniyyətinə çıxıblar

18.11.2026 / 15:41
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər - Uşakov açıqladı...

18.11.2026 / 15:37
"Daşnaksütyun" Qarabağ uğrunda 13 mənasız tələblə cəbhə açdı...

18.11.2026 / 15:14
Prezident İlham Əliyev Oman Sultanını milli bayram münasibətilə təbrik etdi

18.11.2026 / 15:10
Prezident İlham Əliyev Latviya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ