Bazar günü günü, 20 sentyabr 2026
     

Qazaxıstan prezidentinin Putinə "ana mesajı" - "vasitəçilik ermək istəmirəm, müharibəni özünüz dayandırın"...

Image


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Omsk şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Rusiya-Ukrayna münaqişəsinin dayandırılması ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, uzun müddətdir davam edən müharibəni müvəqqəti dayandırmaq və əvvəlki İstanbul danışıqları əsasında yenidən sülh danışıqlarına başlamaq olar. Tokayev hesab edir ki, həmin danışıqlarda müəyyən nəticələr əldə olunmuşdu və böyük dövlətlərin təminatı ilə bu proses davam etdirilərsə, sülhə nail olmaq mümkündür.

O, eyni zamanda Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəmədiyini deyib. Tokayev bildirib ki, Rusiya böyük dövlətdir və bu məsələni vasitəçi olmadan da həll etmək gücünə malikdir.

Qazaxıstan Prezidenti qeyd edib ki, Avropa və ABŞ-dan ona bu münaqişə ilə bağlı müxtəlif fikirlər və müraciətlər daxil olur. Onun sözlərinə görə, münaqişənin necə başa çatacağını heç kim dəqiq bilmir. Çünki tərəflərin mövqeləri fərqlidir. Bununla belə, o hesab edir ki, müharibəni müvəqqəti dayandırmaq beynəlxalq təcrübədə tətbiq olunan üsullardan biridir və bu variant nəzərdən keçirilə bilər.

Tokayev vurğulayıb ki, müharibənin davam etməsi nəticəsində çoxlu gənc həyatını itirir. Onun fikrincə, bu vəziyyət həm Rusiya, həm də Ukrayna xalqları üçün ağır nəticələr yaradır və bundan ən çox həmin ölkələrin əleyhdarları faydalanır. Buna görə də münaqişənin dayandırılması və sülh yolunun axtarılması vacibdir.

O, Qazaxıstanın Rusiyaya münasibətinin dəyişmədiyini də bildirib. Tokayev deyib ki, ölkəsi Rusiyanı böyük dövlət hesab edir və strateji əməkdaşlıqla yanaşı, müttəfiqlik münasibətlərinə sadiq qalır.

Prezident əlavə edib ki, bu hadisə vətəndaş müharibəsi deyil, iki müstəqil dövlət arasında baş verən münaqişədir. O bildirib ki, Qazaxıstan Ukraynaya da həmişə hörmətlə yanaşıb və münaqişənin yaranma səbəbləri bir çox insanlar üçün hələ də tam aydın deyil.

Sonda Tokayev qeyd edib ki, onun fikrincə, Vladimir Putin Alyaskada keçirilən görüş zamanı diplomatik baxımdan kifayət qədər çevik mövqe nümayiş etdirib.

Kasım-Jomart Tokayevin bu çıxışında bir neçə mühüm siyasi mesaj var. O, bir tərəfdən Rusiyaya yaxın mövqedə olduğunu göstərməyə çalışır, digər tərəfdən isə müharibənin uzanmasının heç kimə fayda vermədiyini diqqətə çatdırır.

Ən əsas mesaj ondan ibarətdir ki, Tokayev hərbi yolla qələbə əldə etməyin getdikcə çətinləşdiyini hesab edir. Buna görə də tərəflər döyüşləri dayandırmalı və yenidən danışıqlara başlamalıdırlar. Onun İstanbul danışıqlarını xatırlatması da göstərir ki, əvvəllər müəyyən razılaşmalar əldə olunmuşdu və həmin istiqamətə qayıtmaq mümkündür.

Tokayev Putinə dolayısı ilə onu da çatdırır ki, müharibə nə qədər uzansa, Rusiya üçün siyasi, iqtisadi və insan itkiləri bir o qədər artacaq. O, gənclərin həyatını itirməsini vurğulamaqla bildirir ki, münaqişənin davam etməsi hər iki xalq üçün ağır nəticələr yaradır və buna son qoymaq lazımdır.

Onun "münaqişəni dondurmaq" təklifi Rusiyanın məğlub olması və ya geri çəkilməsi demək deyil. Bu ifadə daha çox cəbhədə döyüşlərin dayandırılması, atəşkəs əldə olunması və danışıqlara şərait yaradılması mənasını daşıyır. Tokayev hesab edir ki, əvvəlcə silahlar susmalı, sonra isə siyasi həll yolları axtarılmalıdır.

Tokayevin "vasitəçi olmaq istəmirəm" deməsi də təsadüfi deyil. Bununla o, Putinə hörmət göstərməyə və Rusiyanın daxili qərarlarına qarışmadığını nümayiş etdirməyə çalışır. Eyni zamanda bildirir ki, Rusiya böyük dövlətdir və öz qərarlarını özü verməlidir. Bu, diplomatik dildə deyilmiş ehtiyatlı mövqedir.

Onun Rusiyanı "böyük dövlət", rus xalqını isə "böyük xalq" adlandırması Moskvanı sakitləşdirməyə yönəlmiş mesaj kimi qiymətləndirilə bilər. Çünki Qazaxıstan həm Rusiya ilə strateji münasibətlərini qorumaq, həm də Qərb və digər tərəfdaşlarla əlaqələrini davam etdirmək istəyir. Tokayev balanslı xarici siyasət yürütməyə çalışır.

Tokayevin Avropa və ABŞ-dan ona müxtəlif siqnallar gəldiyini deməsi də diqqət çəkir. Bununla o göstərmək istəyir ki, Qazaxıstan müxtəlif ölkələrlə əlaqə saxlayır və beynəlxalq ictimaiyyət müharibənin dayandırılmasını istəyir. Bu, eyni zamanda Putinə dolayısı ilə "dünyada sülhə çağırışlar artır" mesajını vermək kimi də şərh oluna bilər.

Onun "müharibə Rusiyanın və Ukraynanın əleyhdarlarının xeyrinə işləyir" fikri isə Rusiyada tez-tez səsləndirilən yanaşma ilə üst-üstə düşür. Bu sözlərlə Tokayev Putinə göstərir ki, o, Rusiyanın təhlükəsizlik narahatlıqlarını anlayır, amma bunun çıxış yolunu müharibənin uzadılmasında deyil, danışıqlarda görür.

Çıxışın sonunda Putinin Alyaskadakı görüşdə diplomatik çeviklik göstərdiyini deməsi də tərifdən daha çox təşviq xarakteri daşıyır. Tokayev bununla Putinə mesaj verir ki, diplomatik addımları davam etdirmək və kompromis axtarmaq müharibəni uzatmaqdan daha faydalı ola bilər.

Siyasi baxımdan bu çıxış nə Rusiyanın tam dəstəklənməsi, nə də Ukraynanın müdafiəsi kimi görünür. Tokayev əsasən Qazaxıstanın uzun müddətdir qoruduğu balanslı mövqeni nümayiş etdirir. O, Rusiyaya strateji tərəfdaş olduğunu xatırladır, eyni zamanda Putinə diplomatik dillə bildirir ki, müharibənin uzanması heç bir tərəfin maraqlarına uyğun deyil və sülh danışıqlarına qayıtmağın vaxtı çatıb. Bu, təzyiqdən daha çox dost ölkənin ehtiyatlı məsləhəti və münaqişənin siyasi yolla həllinə çağırışı kimi qiymətləndirilə bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ