Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan seçkilərdə yüksək fəallığa əmin olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşlar səsverməyə böyük maraq göstərirlər və onların səsinin ölkənin gələcəyini müəyyən etdiyini başa düşürlər. O, səsvermədən sonra jurnalistlərə bildirib ki, insanlar seçkilərlə çox maraqlanırlar, onlar mövqelərini ifadə etməli olduqlarını və ölkəmizin gələcəyi hər bir səsdən asılı olduğunu başa düşürlər. Ermənistan vətəndaşlarının xaricdən etiraz aksiyalarında iştirak etmək və ictimai narazılıq yaratmaq üçün gələ biləcəyi barədə xəbərlərə münasibət bildirən Mirzoyan bildirib ki, dövlət çevrilişi etməyi düşünənlər "başlarını divara çırpırlar".
"Bu, min dəfə deyilib və yenə də deyiləcək. Dövlətin dadı onların ağzında qalacaq. Ermənistana, dövlətçiliyimizə, suverenliyimizə və konstitusiya sistemimizə meydan oxumağa cəsarət edən hər kəs illərlə həbsxanada çürüyəcək", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
İradə SARIYEVA