Mən inanıram ki, demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və demokratiya regional sülh üçün bir vasitədir. Bunu Ermənistanın Baş naziri Paşinyan səsvermədən sonra jurnalistlərlə söhbətində seçkilərin regiona təsiri ilə bağlı suala cavab olaraq bildirib.
"Regional dinc gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz var. Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlər qurmağı səbirsizliklə gözləyirəm. Əminəm ki, Türkiyə ilə dəmir yolu və avtomobil yolları da tezliklə açılacaq.
TRIPP regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İrana faydalıdır ", - deyə Paşinyan əlavə edib
O, Rusiya ilə münasibətlərdə gərginlik görmədiyini, hazırki vəziyyətin isə süni olduğunu bildirib.
"Rusiya ilə münasibətlərin institusional təməli var və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışırlar. Bu gərginlik Rusiya Federasiyasının Prezidenti ilə çox yaxın münasibətlərimizin olmasından qaynaqlanan sadə bir səbəbə görə, ortaya çıxmır ", - deyə Baş nazir bildirib.
Tahir TAĞIYEV