Türkiyənin cənubunda İncirlik hərbi hava bazasından qalxan ABŞ təyyarələri ilk dəfə Suriyadakı hədəfləri bombaladı.
Baki-xeber.com xəbər verir ki, CNN-ə açıqlama verən ABŞ müdafiə rəsmiləri Türkiyənin İncirlik bazasından qalxan ABŞ təyyarələrinin ilk dəfə Suriyadakı hədəfləri vurduğunu açıqlayıb. Bazar günü bazadan qalxan silah yüklü ABŞ pilotsuz təyyarələri Suriya hava məkanında kəşfiyyat uçuşları keçirib, sentyabrın 5-də axsam saatlarında isə Suriyadakı hadəfləri bombalamağa başlayıb. Hava hücumu ABŞ təlim proqramında iştirak etmiş suriyalı müxaliflərə dəstək məqsədilə keçirilib. Ancaq hava hücumunun İŞİD, ya əl-Nusra terror təşkilatına qarşı keçirildiyi barədə heç bir açıqlama verilmir.
O da xəbər verilir ki, ABŞ yeni əməliyyatla bağlı bazada hazırlıqlar aparır.
Yayılan digər məlumata görə, ABŞ Almaniyadakı ABŞ hava qüvvələrinə aid 480-ci donanma təyyarələrini də hər an İncirlik Hava bazasına gətirə bilər.
Qeyd edək ki, ABŞ və Türkiyə İncirlik bazasının koalisiya qüvvələrinin istifadəsinə açılması mövzusunda bir müddət əvvəl razılığa gəlib.