Cümə axşamı günü, 26 noyabr 2026
     

Azərbaycan İran üçün əsas tranzit məkanlardan birinə çevrilir

Image


İran nüvə proqramı ilə bağlı yaşanan ziddiyyətlərin ardından Qərb ölkələri ilə razılıq əldə etdikdən sonra əsas diqqətini neft və qaz bazarında əvvəlki mövqelərinin bərpasına yönəldib. Hazırda İran malik olduğu karbohidrogen ehtiyatlarını Avropa bazarlarına çatdırmaq üçün müxtəlif marşrutlar üzərində işləyir. Səslənən fikirlərdən bəlli olur ki, Azərbaycan da əsas tranzit məkanlar sırasında yer alır.
İranın neft-qaz şirkətləri sanksiyalardan azad olduqca ölkəmizlə bu sahədə əməkdaşlığın da genişlənəcəyi gözlənir.
Bu arada bildirək ki, Avropa İttifaqı İranın iki neft şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb. İranın "Petropars Əməliyyat və İdarəçilik" və "Petropars Ehtiyatların Mühəndisliyi" şirkətləri artıq beynəlxalq səviyyədə fəaliyyət göstərmək imkanına malikdir. Avropa İttifaqı Avropa Şurasının tövsiyəsini nəzərə alaraq sözügedən şirkətləri sanksiya tətbiq edilən şirkətlərin siyahısından çıxarıb. Qurumun bəyanatında bildirilir ki, bu addım İranın nüvə proqramına dair əldə olunan razılaşmaya əsasən atılıb. Bundan əlavə o da bəlli olub ki, avqustun 22-nə qədər İrandan İraqa qaz daşıyacaq boru kəməri istismara veriləcək İran Qaz Mühəndisliyi və İnkişaf Şirkətinin direktoru Əlirza Qəribi bildirib ki, kəmərin 100 kilometrlik hissəsində test yoxlamaları aparılır və avqustun sonuna qədər istismara veriləcək. Xatırladaq ki, İrandan İraqa qaz ixracı ilə bağlı iki ölkə arasında razılıq 2013-cü ildə əldə olunub. Yaxın tezlikdə isə İran qazı Azərbaycan üzərindən də Avropaya axa bilər. İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bu xüsusda bildirib ki, "Transadriatik" (TAP) boru kəməri İran qazının Avropaya nəqli üçün etibarlı marşrut ola bilər. O qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz sahəsində əməkdaşlıq üçün xeyli məsələ var: "Yol xəritəsi" bizim üçün müəyyən edib ki, hansı işləri görməliyik. İran vasitəsilə qazın Naxçıvan Muxtar Respublikasına ötürülməsi, TANAP və TAP layihələrində İranın iştirakı, "swop" tədarükləri, iki ölkənin Xəzər dənizində əməkdaşlığı, İranın "Şahdəniz" layihəsinin ikinci mərhələsində payının artırılması iki ölkənin enerji sahəsində əməkdaşlıq edə biləcəyi məsələlərdir ki, bununla bağlı danışıqlarda da çox yaxşı irəliləyişlər var. Sevindirici haldır ki, İran qazının ötürülməsi ilə bağlı Azərbaycanla öz araşdırmamızı aparmışıq. Ay yarım öncə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Tehrana səfər etmişdi və İranın neft naziri Bijən Zəngənə ilə çox yaxşı müzakirələri olmuşdu. Həmçinin İran neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya Azərbaycana səfər etmişdi. İran qazının Azərbaycan vasitəsilə ötürülməsilə bağlı çox yaxşı müzakirələrimiz olub".
M.Möhtəşəmi deyib ki, İran dünyada ən böyük qaz ehtiyatlarına sahib ölkələrdən biridir: "İran maraqlıdır ki, öz daxili tələbatından əlavə, digər ölkələrə də qaz ixrac etsin. Hazırda İran Türkiyəyə qaz ixrac edir. İran qazının digər ölkələrə ixracı üçün müxtəlif marşrutlar araşdırılır. Onlardan biri də TAP layihəsinin marşrutudur. Bu layihə ilə bağlı Azərbaycanla ilkin danışıqlar aparmışıq və bəzi işlər görülüb. Biz bu sahədə həm birgə sərmayə yatıra bilərik, həm də İran qazının Avropaya nəqli üçün TAP etibarlı marşrut ola bilər".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd edir ki, İranın neft-qaz sənayesindəki addımlarının Azərbaycana təsirində xüsusilə bazarlar məsələsinə diqqət yetirmək lazımdır. İran üzərindən sanksiyaların götürülməsinin Azərbaycana təsirlərini şərh edən ekspertin sözlərinə görə, bu proses heç də İranla Azərbaycan nefti, qazı arasında mübarizənin qızışması anlamına gəlmir: "İxrac strukturunda Azərbaycan neftinin təqribən 60%-i Avropa bazarına, 10%-i Yaxın Şərqə (İsrailə), 25 %-i Şərq ölkələrinə, 5%-i digər regionlara yönəldilir. Bu baxımdan İran nefti üzərindən sanksiyaların götürülməsi onunla Azərbaycan nefti arasında bazarlar uğrunda mübarizənin qızışması anlamına gəlmir. Təsir qiymətlərlə bağlıdır. Bu isə qlobal bazarla əlaqədardır və Azərbaycanla məhdudlaşmır. İran nefti bazarlara çıxan zaman qiymətlərin aşağı düşməsi daha kəskin formada özünü göstərə bilər. Çünki illər boyu bazardan təcrid edilmiş bir qlobal oyunçunun yenidən "oyuna qayıtması" amili hər zaman qeyri-adi qarşılanır. Bazarlarda bu prosesin normal məcraya düşməsi üçün müəyyən zaman lazım olacaq". Ekspert açıqlamasında İranın dünya bazarına qaz ixrac etmək üçün infrastrukturunun, demək olar ki, olmadığını bildirib: "Boru kəməri yalnız Türkiyə üzərindəndir, o da məhdud imkandadır. İran qazı Türkiyənin aldığı ən bahalı qaz olduğundan və müqavilə şərtləri çox sərt bağlandığından, Ankara onun həcmini artırmaqda maraqlı deyil. Ona görə də İran qazının Avropaya daşınmasında Azərbaycanın infrastruktundan istifadə üçün Bakının real şansları ortaya çıxır. Hətta İranın ərazisində hansısa infrastruktur tikməsinə belə ehtiyac yoxdur və Türkiyəyə yönəlmiş mövcud boru kəmərinin imkanlarından maksimum istifadə etmək kifayətdir. TANAP vasitəsilə İran qazı Avropa istehlakçılarına çatdırıla bilər. Bununla da Azərbaycanın infrastrukturu regionda üçüncü tərəf üçün açıq, regional inkişaf və stabilliyin bərqərar olması kimi strateji hədəflərə xidmətdə olduğunu ortaya qoymuş olar".
Nahid SALAYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ