çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putinlə Uitkoff Ukraynadan başqa 4 gizli sənədi də müzakirə ediblər...

Image


Abutalıb Səmədov: “O 4 sənəd sadəcə olaraq 28 bəndin 4 hissəyə bölünmüş varinatıdır, başlıqlar üzrə bölünüb və bu cür müzakirə etmək qərara alınıb”

Rusiyalı tanınmış politoloq Sergey Markov Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın komandası ilə danışıqlarının nəticələri haqda şərh verib. Markov bildirib ki, amerikalıların gətirdiyi 28 maddəlik planı və daha 4 sənədi müzakirə ediblər. Lakin bu sənədlərin nə olduğu belə açıqlanmayıb.

Bu nə sənədlər ola bilər?

Xatırladaq ki, dekabrın 2-də Rusiya lideri Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşneri qəbul edib. Əsas mövzu Ukraynada nizamlanma olub.

Diplomatik dairələrdə gedən müzakirələrə görə, bu 4 sənəd ABŞ-ın Ukrayna müharibəsindən sonra Rusiya ilə münasibətləri necə quracağı ilə bağlı məsələləri də özündə əks etdirir, yəni bunun içində bəzi sənədlər Ukrayna müharibəsindən sonra Rusiya-ABŞ münasibətlərinin tənzimlənməsi barədədir.

“Rusiya-Amerika münasibətləri ilə bağlı müddəalar da var”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Alyaska görüşü ərəfəsində Rusiya ilə ABŞ arasında sülh sazişinin ən vacib konturları müzakirə olunub və razılaşdırılıb. “Sonradan Alyaskada görüşdən sonra Tramp açıq şəkildə dedi ki, yalnız bir-iki məsələdə aramızda fikir ayrılığı oldu, əksər məsələlərdə razılığa gəldik. Görüşdən sonra Avropa nümayəndələri və Ukrayna prezidenti ilə müzakirələr keçirildi və Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq olundu, Rusiya-Amerika münasibətlərində müəyyən gərginlik yarandı və həmin dövrdə həm Rusiyanın xarici işlər naziri, həm prezidentin köməkçisi dəfələrlə bəyan etdilər ki, biz Alyaska razılaşmalarına sadiqik. Son günlər 28 bəndlik “Tramp planı” ortaya çıxdı. Aydındır ki, bu təkcə onun planı deyil, Rusiya prezidenti ilə birgə hazırlanmış bir plandır. Çünki orada Rusiyanın istəkləri, demək olar ki, tamamilə nəzərə alınıb. Tramp planı elan edəndən bir qədər sonra Təhlükəsizlik Şurasının iclasında Putin bəyan etdi ki, biz bunu qəbul edirik, ancaq Avropa və Ukrayna təbiidir ki, qəbul edə bilməzdi və etmədi. Avropa ortaya başqa bir plan qoydu, müzakirələr davam etdi, Amerika nümayəndələri Uitkoff və Kuşner Zelenski və onun nümayəndələri ilə danşıqlar apardılar, maksimum təzyiqlər göstərildi və Uitkoff Moskvaya səfərə gəldi. Səfər zamanı heç bir razılığa gəlmək mümkün olmadı. Səbəbi də aydındır. Çünki Uitkoff Ukraynanın da, Avropanın da mövqeyini müzakirəyə çıxardı, təbiidir ki, onları Rusiya qəbul etmədi. 28 bənd eyni zamanda 4 hissəyə bölünmüşdü və ayrı-ayrı istiqamətlər üzrə 4 sənəd ortaya qoyuldu. Təkliflər ərazi və təhlükəsizlik məsələləri, Ukraynaya təhlükəsizlik təminatının verilməsi, Ukraynanın dağıdılmış şəhərlərinin, iqtisadiyyatının, infrastrukturunun bərpası kimi əsas bölmələrə bölünüb. Həmin təkliflər 4 sənəd şəklində Rusiya ilə müzakirəyə çıxarıldı. Konkret hansı istiqamətlər olduğu deyilmədi. Ancaq aydındır ki, orada mütləq ərazi, təhlükəsizlik, Ukraynanın dirçəlməsi məsələsi var və sair. Həmin 4 sənəddən danışan Markov bunu nəzərdə tutur. Əsas məsələ ondan ibarət idi ki, Tramın təklif etdiyi planda nəzərdə tutulan prinsipial məsələlər Rusiyanın istəyi ilə o plana salınmışdı”.

A.Səmədov qeyd etdi ki, birincisi, burada ərazi mübadiləsindən söhbət gedir, Ukrayna Donbasın onun nəzarətində olan hissəsindən çıxmalı və 5 min kvadrat kilometr ərazini Rusiyaya təhvil verməlidir, bunun qarşılığında Rusiya təqribən ona bərabər, yaxud ondan bir qədər az Sumı və Xarkov vilayətlərində işğal etdiyi ərazini Ukraynaya qaytarmalı idi. O hesab edir ki, ərazi mübadiləsinin mahiyyəti ondan ibarət idi, Rusiya nəyin bahasına olursa olsun, Donetskı öz nəzarətinə götürmək istəyirdi. Luqansk, demək olar ki, tamamilə Rusiyanın nəzarətindədir. Rusiyanın digər “güzəşti” ondan ibarətdir ki, Zaporojye və Xersonu inzibati sərhədləri ilə deyil, təmas xətti ilə istəyirdi. Yəni Xersonun 76 faizi, Zaporojyenin 74 faizi Rusiyanın nəzarətindədir. Rusiya bununla kifayətlənməyə razı olduğunu deyirdi. Ukrayanın NATO üzvlüyündən imtina etməsi məsələsi Rusiyanın qırmızı xəttidir. Eyni zamanda Ukraynanın da qırmızı xəttidir. Ukrayna ordusunun sayı plana görə 600 min olmalıdır, Avropa 800 min təklif edir. Ancaq heç kim demir ki, bu 600, yaxud 800 minlik ordunu Ukrayna necə saxlayacaq. Bu çox böyük maliyyə tələb edir. Elə bu səbəbdən Avropa ölkələrinin orduları çox azsaylı ordulardır. Avropada ən böyük ordu Polşaya məxsusdur, onun 300 minlik ordusu var. İndi Ukrayna 600, yaxud 800 min hərbiçini maliyyələşdirə bilərmi? O dağılmış şəhərləri kim bərpa edəcək, xarabazara çevrilmiş şəhərləri kim yenidən quracaq, infrastrukturu kim bərpa edəcək? Bütün bunlar təbiidir ki, Ukraynanın çox böyük problemləridir. Çox təəssüf ki, yerində olmayan rəhbərlik Ukraynanı çıxılmaz vəziyyətə salıb.

Son olaraq ABŞ prezidenti Trampın Ukrayna üzrə nümayəndəsi general Kelloq belə dedi ki, iki prinsipial məsələ qalıb və digərləri demək olar ki, həll olunub. İnandırıcı deyil. Üstəlik deyir ki, onlardan biri Zaporojets Atom Elektrik Stansiyası ilə bağlıdır, digəri ərazi məsələləridir. Yəni Donbasın bütünlüklə Rusiyaya verilməsi. Yəni belə çıxır ki, NATO üzvlüyü məsələsində razılaşma əldə olunub. Ordunun sayı, təhlükəsizlik məsələlərilə bağlı razılaşma artıq əldə olunub, yalnız Zaporojets Atom Elektrik Stansiyası, bir də ərazi məsələsi qalıb. İnandırıcı deyil. Əgər razılaşma da əldə olunubsa, bu, Ukraynanın istədiyi kimi ola bilməz. Demək burada Ukrayna güzəştə məcbur edilib. Zaporojets Atom Elektrik Stansiyası haqqında məsələ Trampın planında açıq şəkildə göstərilib. Stansiyanın istehsal etdiyi elektrik enerjisinin yarısı Rusiyaya, yarısı Ukraynaya verilməlidir. Bu da, hesab edirəm ki, Rusiya üçün elə ciddi problem olmamalıdır. Ancaq digər məsələlər yəqin ki, uzun müddət müzakirə olunacaq. Markovun dediyi o 4 sənəd sadəcə olaraq 28 bəndin 4 hissəyə bölünmüş varinatıdır, başlıqlar üzrə bölünüb və bu cür müzakirə etmək qərara alınıb. Həmin 28 bəndlik sənəddə Rusiya-Amerika münasibətləri ilə bağlı müddəlar da var. Arktikada əməkdaşlıq, bütövlükdə iqtisadi sahədə əməkdaşlıq və digər məsələlər həmin Tramp planında nəzərdə tutulub”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ