Yalana baxın.Ermənistanın keçmiş və cinayətkar prezidenti Köçəryan bu gün daha bir super yalana imza qoyub. Deyib ki, "Arsaxın” Ermənistana birləşdirilməsi barədə sənəd Kivestdə masanın üstündə idi, biz sadəcə qabağa düşüb birtərəfli qaydada bunu bəyan etmədik, çünki müharibə düşə bilərdi"...
Cinayətkarın yalan danışdığına heç bir şübhə yoxdur. Əgər 2001-ci ildəki görüşü nəzərdə tutursa, Heydər Əliyev də həmin sənədə imza atmağa razı idisə, onda bəs müharibə niyə olmalı idi?!
Əgər həmin sənəd həqiqətən var idisə, bəs sonrası necə oldu? Niyə həmin sənədi Köçəryandan başqa kimsə görmədi?
Ancaq Köçəryanın bu yalana görə ağzının üstündən elə Paşinyan vurub. Paşinyan dedi ki, heç bir Kivest paketi mövcud olmayıb.
Namiq Quliyev