Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu çərçivəsində Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşüb.
Hikmət Hacıyev bu barədə özünün "X" hesabında paylaşım edib.
"Doha Forumu çərçivəsində Qətər Dövlətinin Beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri zati-aliləri Maryam bint Əli bin Nasir Al-Misnad ilə görüşməkdən məmnun oldum. Görüş zamanı ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığımızı intensivləşdirmək barədə razılığa gəldik", - deyə paylaşımda qeyd olunub.