Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd əl-Misnad ilə görüşüb.
Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
"Bu gün Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Məhəmməd bin Əhməd əl-Misnad ilə görüşdüm. Görüşdə iki ölkə arasındakı münasibətlər, həmçinin regional və beynəlxalq inkişaflar müzakirə edildi", - deyə paylaşımda qeyd olunub.