Rusiya prezidenti Putinin bu günlərdə Hindistana səfəri bəzi yaddaqalan faktlarla müşayiət olunub.
Putin çox hədələyici tonda Qərbə bəzi mesajlar versə də, təhlilçilər bu jestlərin "rol ifasına" daha çox bənzədiyini deyirlər. Belə ki, Putin "elə bilməsinlər ki, mən sadəcə enerji məsələsini həll etməyə gəlmişəm. Çoxcəhətli məsələlər gündəmdədir" deyib. Aşkar görünür ki, Rusiya prezidenti ən çətin mövzularda sadəcə "qürur nümayiş etdirir".
Səfərin ən maraqlı təzahürü bir multfilmin nümayişi olub. Putinlə Modi kolyaskalı motosikletdə gedirlər, yanacaqdoldurma məntəqəsinə gəlirlər, Tramp əlində benzin şlankı tutub, gözləyir ki, motosikleti yanacaqla dolduracaq, elə bu anda Putin Trampın papağını başından alıb sürətlə uzaqlaşırlar...
Görək Tramp papaqqapma multfilmindən nə nəticə çıxardacaq...
Namiq Quliyev