Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində panel müzakirəsində iştirak edib.
Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
""Dohа Forumu" çərçivəsində mən və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistan–Azərbaycan Davamlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək” adlı paneldə moderator David Hearst ilə birlikdə iştirak etdik.
Biz Vaşinqton razılaşmalarının icrası istiqamətində atılmış addımları, o cümlədən sülhün iqtisadi faydaları, əlaqə və kommunikasiya imkanları, etimad quruculuğu tədbirləri və s. barədə müzakirə apardıq. Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək istiqamətində olan güclü niyyətini vurğuladım".
ZÜMRÜD