Ukrayna prezidenti Petro Poroşenko Donbasda 9 min, işğal edilən Krımda isə 60 min Rusiya əsgərinin olduğunu bildirib.
Baki-xeber.com xəbər verir ki Poroşenko Donbasda müasir silahlara sahib 9 min rus hərbçisinin ölkəni işğal etdiyini deyib: "60 min rus hərbçisi isə Krımı işğal edib. Bu beynəlxalq normaların ciddi pozuntusudur”.
Donbasın Ukrayna vətəndaşlarının yaşadığı Ukrayna torpağı olduğunu ifadə edən Poroşenko, "İki şey edilməlidir: əcnəbi əsgərlər geri çəkilməli və sərhəd bağlanmalıdır. Ukraynalılar arasında heç bir problemi yoxdur. Bu Ukraynada daxili qarşıdurma deyil, bu Ukraynaya qarşı hücumdur" - deyə bildirib.
Bundan əvvəl "Putin, bizim icazə verdiyimiz qədər irəli gedəcək" deyən Poroşenko Finlandiya, Baltik və Qara dəniz bölgəsi ölkələrinin Rusiya hücumunun növbəti hədəfləri ola biləcəyini demişdi.