Səudiyyə Ərəbistanı Yəmənə ordu yeridib. Baki-xeber.com xəbər verir ki, Yəmən prezidenti Abdurabbu Mansur Hadi tərəfdarı Xalq Müqaviməti Hərəkatı ölkənin liman şəhəri Ədənin şimalındakı al-Anad hərbi bazasını Husilərin əlindən geri alıb.
Bölgədə hava hücumu keçirən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin qarşıdurma bölgəsinə tank və zirehli texnika da göndərdiyi iddia edilir.
Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının "Al Hayat” qəzeti onlarla tank, zirehli texnika və əksəriyyəti Birləşmiş Ərəb Əmirliklərində aid 1500 əsgərin Ədənə girdiyini bildirmişdi. Indi bölgədəki tank və zirehli texnikanın Husilərə qarşı əməliyyatda koalisiya qüvvələri tərəfindən istifadə edildiyi iddia edilir.
Həmin hərbi birliklərin al-Anadda keçirilən keçirilən hücumda iştirak edib-etməməsi barədə rəsmi heç bir açıqlama verilmir.