Türkiyə növbəti 6 ayda ola bilsin, Ermənistanla quru sərhədini açsın. Bu haqda ABŞ-ın “Bloomberg” agentliyinin məlumat yayıb. İddia edilir ki, Türkiyə hakimiyyəti Ermənistanla quru sərhədini növbəti 6 ayda açmaq imkanını nəzərdən keçirir.
Qeyd edilir ki, Azərbaycanla münasibətlərdə diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistanda iyun ayında planlaşdırılan seçkilərdən əvvəl Ermənistanın baş naziri Paşinyana əhəmiyyətli təkan verəcək.
“Əgər Paşinyan seçkilərdə qalib gələrsə, Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla əməkdaşlıq edə və rəsmi sülh müqaviləsini bağlaya biləcək. Bu haqda iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi prosesini bilən insanlar deyirlər. Yalnız bundan sonra Türkiyə diplomatik münasibətlərin bərpası üçün Ermənistana səfir təyin edə biləcək” – deyə agentlik yazır.
Bildirilir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin rəsmi şəkildə bağlanması regionun sabitləşməsinə kömək edəcək.
TAHİR