ABŞ prezidenti Tramp, Rusiya prezidenti Putin, Türkiyə prezidenti Ərdoğan, Macarıstanın baş naziri Orban, Slovakiyanın baş naziri Fitço, Çinin sədri Si Cinpin və başqaları son 3 ildə Ukraynada atəşkəs əldə etmək üçün hər cür vasitələrə əl atırlar. Nəticə yoxdur və yaxınlarda olacağı görünmür...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Lakin Heydər Əliyev hakimiyyətə gələndən cəmi 12 ay sonra - 1994-cü ildə Ermənistanla atəşkəs imzaladı. Şərəfli atəşkəs idi, hansısa itkini özündə əks etdirmirdi, ərazi güzəşti olmadı, xarici siyasətə aid hər hansı öhdəlik götürülmədi, Azərbaycanın bloklarda iştirakı ilə bağlı məhdudiyyətlər qəbul edilmədi...
Bu atəşkəs Böyük Zəfər üçün hazırlıq mərhələsi oldu...”
Tahir TAĞIYEV