Cümə axşamı günü, 26 noyabr 2026
     

Politoloqa görə, İranla "altılıq" arasında danışıqlar İran-Rusiya münasibətlərinin gərginliyi aşkarladı

Image


Rusiya İranla "altılıq" arasında danışıqların başa çatmasına ciddi reaksiya verdi. İranla "altılıq" arasında danışıqlar İran-Rusiya münasibətlərinin gərginliyi aşkarladı". Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, BRİKS və ŞƏT-in sammitlərində (Ufa, RF) iştirak edən İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə əvvəlki ritorika yerində idi: "Amma bu vaxtadək konkret işlərin peyda olmaması Rusiya-İran münasibətlərinin yalnız ritorikada yaxşılığının göstəricisidir. Yeri gəlmişkən, Kerri Konqresdə İranla imzalanmış müqaviləni təqdim edərkən, onu Rusiya və İran cütlüyü qarşısında geri çəkilməkdə ittiham edənlərə cavab olaraq maraqlı detal açıqladı. O, danışıqlarda RF-nin daha kəskin antiiran mövqedə durduğunu və bunun üçün İran nümayəndələrinin Rusiyadan dəfələrlə incidiyini bildirdi. İranın sonradan Rusiya ilə bağlı mövqeyi də Kerrinin bu fikirlərini - İranın Rusiyadan narazı olması fikirlərini təsdiq edir".

Politoloq deyib ki, Rusiya İranla "altılıq” arasında danışıqların başa çatmasına, müqavilə imzalanmasına ciddi reaksiya verdi: "İranla danışıqlar zamanı Rusiya ilə ABŞ arasında ciddi iş birliyini etimad yaratmaq üçün əsas kimi götürərək, RF ABŞ-la münasibətlərini yaxşılaşdırmaq kursu götürmüşdür. Barak Obama, eləcə də ABŞ-ın digər rəsmiləri İranla aparılan danışıqlarda Rusiyanın tutduğu rola bir neçə dəfə xüsusi əhəmiyyət verdilər. Bu mövzuda tez-tez bəyanatlar yaydılar. B.Obama İranla əlaqəli keçirdiyi hər iki tədbirdə Rusiyanın xüsusi rolunu qeyd etdi. B.Obama məxsusi olaraq bu məsələdən ötrü RF prezidenti V.Putinə zəng etdi. Telefon zəngi SSRİ ilə ABŞ arasında "Soyuz-Apollon” birgə kosmik uçuşunun 40 illiyi münasibətilə təbriklə başlasa da, əsasən, İranla əlaqəli məsələlər müzakirə edildi. Bu baş verənlər Putinin gərginliyi azaltma kursunu götürdüyünü göstərir. Amma daha konkret misal Ukrayna ilə əlaqəli baş verənlərdədir. V.Putin "Normand formatında” liderlərin əlaqələrini intensivləşdirdi. Telefon danışıqları baş tutdu. "Minsk-2” müqaviləsinin reallaşmasının sürətlənməsini aktuallaşdırdı. Bu məsələni RF Təhlükəsizlik Şurasında müzakirə etdi. RF rəsmiləri ilk dəfə olaraq Ukraynanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirdilər. Baş nazir D.Medvedev RF-in Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirdi. Amma Krımla əlaqəli məsələlərin bitməsi fonunda Ukraynanın ərazi bütövlüyünün tanındığını bəyan etdi. Başqa sözlə Krım məsələsi müzakirə edilməməlidir. Donbas xüsusi statusla, bufer zona kimi Ukraynanın tərkibinə qayıdır. ABŞ-da Ukraynanın əsas kuratoru ABŞ-ın vitse-prezidenti C.Bayden Donbası bufer zona kimi qəbul etdiklərini bəyan etdi. ABŞ dövlət katibinin müavini V.Nulandla RF xaricinin işlər nazirinin müavini Q.Karasin arasında Minsk-2 reallaşmasına aid məsələlərin müzakirəsi xeyli intensivləşib".

M.Əhmədoğlu vurğulayıb ki, RF İranla əldə olunmuş razılaşmanı dünyada mürəkkəb problemlərin həlli üçün nümunə kimi görmək istəyir: "O bu model əsasında Suriya və Ukrayna problemlərini də həll etmək niyyətindədir. İranla "altılıq” arasında müqavilənin imzalandığının səhərisi gün RF xarici işlər naziri S.Lavrov AvroRƏMS layihəsinin aktuallığını itirdiyini bildirdi. Lavrovun məntiqi güclü idi. ABŞ AvroRƏMS layihəsini ortalığa qoyarkən İranın ballistik raketlərinin mövcudluğunu və Qərbə düşmənçiliyini nəzərdə tutmuşdu. Lavrova görə müqavilə imzalanıbsa İran Qərbin düşməni olmaq istəmir. İran Avropaya raket atmayacaq. Beləliklə, Avropanı İran raketlərindən qorumağa ehtiyac da yoxdur. Lakin ABŞ RF-in AvroRƏMS-lə bağlı yeni ideyalarını dərhal rədd etdi. AvroRƏMS layihəsinin reallaşdırılacağını bildirdi. Rusiya isə yenidən AvroRƏMS-in məhz onun özünə qarşı yönəldiyini düşünür".

Politoloq deyib ki, RF-nin Dağlıq Qarabağ tənzimlənməsinə operativ münasibət bildirməsi də İran-ABŞ yaxınlaşmasını özü üçün təhlükə görməsindən irəli gəlir: "S.Lavrov azərbaycanlı həmkarını Rusiyaya dəvət etdi. E.Məmmədyarovla görüşdükdən sonra Ermənistan xarici işlər naziri E.Nalbandyanla telefonla danışdı".

Onun sözlərinə görə, RF Səudiyyə Ərəbistanı ilə əlaqələrin intensiv görünməsində maraqlıdır: "Səudiyyə Ərəbistanının neftin qiymətini öldürməklə Rusiya iqtisadiyyatına vurduğu ziyanı Rusiya unudur. RF mətbuatına görə, guya yaxınlarda Səudiyyə Ərəbistanı Rusiyaya 10 milyard dollarlıq investisiya yatıracaqdır. RF dünyada gərginliyi azaltma kursunu bəyan etsə də, hərbi addımlarından geri çəkilmək fikrində deyil. Dəniz doktrinasının yenilənmiş konsepsiyasını qəbul etməklə hərbi gücünü daha da aqressivləşdirdiyini göstərdi. Bu konsepsiyada Krım və Arktika məsələlərinə xüsusi yer verilib. İlk dəfə olaraq RF hərbi gəmiləri Efiopiya limanlarına yan aldı. Eləcə də RF Suriyadakı limanlarında hərbi aktivliyini gücləndirir. Məhz Suriyadakı hərbi aktivliyinin güclənməsi Türkiyə prezidenti R.T.Ərdoğanı Türkiyədəki son terror hadisələrilə bağlı RF prezidenti V.Putinlə danışmağa vadar etdi. Suriya ilə sərhəddə yerləşən Suruc şəhərində 32 nəfərin ölümüylə nəticələnən terror hadisəsindən sonra Türkiyə Suriyanın daxilində hərbi müdaxiləni genişləndirmək niyyətində idi".

M.Əhmədoğlu bildirib ki, İranın nüvə danışıqlarında əldə olunmuş uğur ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmayacaq: "Rusiya bu məsələdə öz maraqlarını müdafiə edib. ABŞ-ın İran və Ukrayna siyasəti arasında heç bir əlaqə yoxdur. Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozması davam etdikcə ABŞ-la Rusiya arasında dərin ziddiyyətlər qalacaqdır. ABŞ-ın Ukraynadakı səfiri C.Payettin bu fikirləri təsdiqini tapdı: ABŞ Ukrayna məsələsinə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Donbasla əlaqəli razılaşmalar reallaşdıqdan sonra yeni sanksiyalar aradan qaldırılacaq. RF ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırdı. Kreml isə bu sanksiyaların gözlənilməz olduğunu bildirməklə yanaşı assimetrik cavab verə biləcəyini bildirdi. Ağ Ev ABŞ və Rusiya prezidentlərinin arasındakı münasibətin işgüzar münasibətlər olduğunu bildirdi".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ