Rusiya Prezidenti Vladimir Putin, Qırğızıstana səfərindən sonra keçirilən mətbuat konfransında ona ünvanlanan "Donbas məsələsini təxirə salmağa hazırsınızmı?" sualına cavab olaraq, Rusiyanın hələ də "orada-burada" atəşkəs təşəbbüsləri aldığını bildirib.
"Əgər Ukrayna qoşunları işğal olunmuş ərazilərdən çıxsa, döyüşlər dayanacaq. Çıxmasa, biz buna döyüş yolu ilə nail olacağıq" – deyə Rusiya Prezidenti bildirib.
Putin həmçinin qeyd edib ki, Krasnoarmeysk (Pokrovsk) və Dimitrov şəhərləri tamamilə, Sever şəhəri isə üç tərəfdən mühasirəyə alınıb.
Bununla Putin, Ukraynanın uğrunda döyüş meydanındakı vəziyyətinin acınacaqlı olduğunu və oktyabr ayında 47 mindən çox əsgər itirdiyini iddia edib.
Ancaq analitiklər Rusiyanın üçün də döyüş meydanında vəziyyətin ağır olduğunu bildirirlər. Hesab edilir ki, Rusiyanın irəliləyişləri məhduddur, ağır itkilər verir və Donbasın tamamilə ələ keçirilməsi illər çəkə bilər.
TAHİR