çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan və Türkiyənin AB-yə sıx yaxınlaşması yolunda ciddi problem yarandı...

Image


Xəyal Bəşirov: “Azərbaycanın və Türkiyənin Avropa Birliyinə üzv olmasının qarşısına sədd...”

Xarici medianın yaydığı məlumata görə, Avropa Məhkəməsi bütün üzv dövlətləri başqa ölkələrdə rəsmiləşdirilmiş eynicinsli nikahları tanımağa məcbur edən qərar çıxarıb.

Yəni Avropa Məhkəməsi bütün üzv ölkələrin üzərinə belə bir öhdəlik qoyub ki, bütün Avropa ölkələri hətta başqa ölkələrdə də eyni cinsdən olan şəxslərin nikahını qəbul etməlidir.

Belə bir qərarın, normanın qüvvəyə minməsi Azərbaycanın və Türkiyənin Avropa Birliyinə daha sıx inteqrasiyasına ciddi maneçilik törədən bir faktora çevrilə bilərmi?

Çünki belə çıxır ki, Avropa Birliyinə Azərbaycan və Türkiyə üzv olarsa, gərək bizdə də cinsi azlıqların nümayəndələrinin nikahı tanınsın. Bu halda o quruma üzv olmaq bizim nəyimizə lazımdır?

“Belə “dəyərlərin”, “qaydaların” mövcud olduğu təsisatlarda özümüzü görmürük”

Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan xalqının mental dəyərlərinə uyğun olmayan məsələlərlə bağlı müzakirələr xoşagələn deyil, amma bu, dünyanın bugünkü reallığıdır. “Avropa bir sıra hallarda dəyərlərdən danışsa da, ayrı-ayrı xalqların, cəmiyyətlərin, toplumların dəyərlərinə, minillər boyu mövcud olan milli adət və ənənələrinə zidd addımlar atmaqdan da çəkinmir. Təbii ki, bu, təəssüfedici məqamdır və özü-özlüyündə insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin mahiyyətinə ziddir. Ona görə ki, hansısa iki şəxsin mövqeyini üstün tutub cəmiyyətin çoxluğunun maraqlarına zidd münasibət sərgiləyirlər. Dar çərçivədə bir neçə şəxsin hüquqlarını əllərində bayraq edib onların olduğu cəmiyyətin, toplumun, milyonlarla insanın maraqlarına zidd diqtələr irəli sürmək heç də demokratik dəyərlərdən, insan hüquq və azadlığı prinsiplərindən irəli gələn məsələ deyil.

Düzdür, bunu başqa ölkələrdə rəsmiləşdirilmiş nikahların tanınması kimi təqdim edirlər. Yəni bunu Avropanın hansı ölkəsində ki eyni cinslilərin nikah bağlamasına yol verilir, orada nikaha girmiş şəxslərin başqa ölkələrdə nikahının tanınması kimi qələmə verirlər. Amma növbəti mərhələdə həmin o Avropa dövlətlərinə təzyiq edəcəklər ki, siz də eynicinslilərin nikahını rəsmiləşdirməlisiniz. Deməli, bu mərhələli şəkildə həyata keçiriləcək. Bunu anlayırıq.

Amma Azərbaycan dövləti Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yürüdür. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, Azərbaycan dövləti ailə dəyərlərinə ən yüksək səviyyədə yanaşan bir dövlətdir. Bizim konstitusiyamız da, qanunvericiliyimiz də bunu diqtə edir. Bir amili vurğulayım ki, ən ali qanunumuz olan Konstitusiyamızın tələblərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında normativ aktlar sisteminin ierarxiyası var. Ona görə Konstitusiya ən yüksək səviyyədə durur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, imzaladığı sənədlər yalnız Konstitusiyaya uyğun olduqda qüvvəyə minə bilər. Bu gün bizim Konstitusiyamız rəsmi nikahı kişi və qadın, fərqli cinslər arasında tanıyır. Bu gün Avropada ayrı-ayrı dövlətlərə münasibətdə təlqin edilən məlum məsələ bizim Konstitusiyamızla ziddiyyət təşkil edir və bu bizim ölkədə birmənalı olaraq qəbul edilə bilməz. Biz nəzərə almalıyıq ki, Azərbaycanın Avropa Şurası, Avropa Parlamenti ilə münasibətləri məlumdur, onların bizə göstərdikləri münasibətə adekvat cavab vermişik, Avropa Şurası Parlament Assambleyasında təmsil olunmuruq. Fəaliyyətimiz dondurulub.

Hesab edirəm ki, Avropa Məhkəməsi Azərbaycanın dəyərləri ilə daban-dabana zidd olan belə məsələlərlə bağlı bizə təzyiq edəcəksə, Azərbaycanda olan ənənəvi dəyərlər daha üstün tutulacaq. Bizim üçün əsas olan Azərbaycan xalqının mental dəyərləridir. Təbii ki, bu, məsələnin mənəvi tərəfidir. Amma real tərəfdən baxanda, faktiki olaraq, Azərbaycanda hüquqi baxımdan konstitusiya üstünlük təşkil edir. Qeyd etdiyim kimi, Konstitusiyamızda həmin o eynicinsli şəxslərin nikahı tanınmırsa, təbii ki, biz bu məsələdə Konstitusiyamızı və onun tələblərini üstün tutacağıq”.

X.Bəşirovun fikrincə, bütün bunlar bu gün təkcə Azərbaycana münasibətdə deyil, eyni zamanda Türkiyəyə qarşı da var. X.Bəşirli qeyd etdi ki, Türkiyədə də Azərbaycanda mövcud olan mənəvi dəyərlər, mental dəyərlər dominantlıq təşkil edir. “Bu ənənəvi ailə dəyərləridir ki, normal olaraq bütün dünyada mövcuddur. Hətta Donald Tramp administrasiyası da eyni cinsli şəxslərin nikahına qarşı olduqlarını açıq şəkildə bəyan edir. Amma bilirik ki, Avropada bəzi qüvvələr var və onlar öz şərtlərini, tələblərini irəli sürür, maraqlarını diqtə edirlər. Onların məqsədi müxtəlif cəmiyyətlərə nüfuz etməkdir ki, həmin dövlətləri, cəmiyyətləri daim asılı vəziyyətdə saxlasınlar. Bunu əllərində təzyiq vasitəsi kimi saxlamaq istəyirlər ki, eynicinslilərin nikahının tanınması tələbi ilə ayrı-ayrı dövlətlərə təzyiq edə bilsinlər. Azərbaycan bunu qətiyyən qəbul etmir və bu yollarla ölkəmizə təsir etmək istəyi bütövlükdə uğursuzluğa düçar olacaq.

Ən son gördük ki, Avropadakı həmin qüvvələr Gürcüstanda LGBT təbliğatını və cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunun qəbul edilməsinə qarşı hansı səfərbərliyi həyata keçirdilər. O qüvvələr nə qədər səfərbər olunsalar da, kollektiv hücuma keçsələr də, Gürcüstanda hər hansı bir nəticə əldə edə bilməyiblər. Təbii ki, eyni cavab digər dövlətlər tərəfindən də onlara veriləcək. Bu baxımdan, Azərbaycanın Avropa təsisatlarına münasibəti məlumdur, bu münasibət açıq şəkildə bəyan edilib. Amma əgər həmin o təsisatlar Azərbaycana hörmətlə yanaşırlarsa, bir dövlət kimi maraqlarını, mövqeyini nəzərə alırlarsa, bilməlidirlər ki, Azərbaycana təzyiq göstərə bilməzlər. Əgər nəyisə diqtə etmək istəyərlərsə, bu artıq bərabərhüquqlu əməkdaşlıq demək deyil, bu sadəcə bir tərəfin diqtəedici münasibətidir ki, bu da qəbulolunmazdır. Bu gün Avropa Məhkəməsi belə bir prosesi başladırsa, Azərbaycanın və Türkiyənin Avropa Birliyinə üzv olmasının qarşısına sədd çəkməyə ehtiyac yoxdur, çünki biz belə “dəyərlərin”, “qaydaların” mövcud olduğu təsisatlarda özümüzü görmürük. Bu baxımdan, onlar dövlətlərin Avropa Birliyinə üz tutmalarını istəyirlərsə, əvvəlcə o dövlətlərin aid olduğu cəmiyyətlərin, toplumların dəyərlərini nəzərə almalıdırlar. Əks halda bu, dövlətlərin daxili işlərinə qarışmaq və həmin o cəmiyyətlərin milli ənənələrinə, mental dəyərlərinə hörmətsizlik etmək deməkdir. Bu da Azərbaycan və Türkiyə üçün birmənalı şəkildə qəbuledilməzdir”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ